15 Avqust 2026 08:35
3224
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


Mənzil almışam, amma əvvəlki ev sahibinin ailə üzvləri hələ də həmin ünvanda qeydiyyatdadır və çıxmaq istəmirlər. Bu halda nə edə bilərəm?


Mətləb ZAMANOV,

Xırdalan şəhəri


Sualınıza cavab olaraq bildiririk ki, mənzil mülkiyyətinizə keçdikdən sonra prioritet məsələlərdən biri həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların qeydiyyatdan çıxarılmasıdır.

Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi bağlandıqdan və mülkiyyət hüququnuz Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alındıqdan sonra siz həmin əmlakın tamhüquqlu mülkiyyətçisi hesab olunursunuz.

Təcrübə göstərir ki, adətən tərəflər arasında mənzilin alqı-satqısına dair bağlanmış müqavilədə satıcı (keçmiş mülkiyyətçi), eləcə də mənzildə qeydiyyatda olan şəxslər (keçmiş mülkiyyətçinin ailə üzvləri və s.) mənzilin satışından sonra müəyyən müddət çərçivəsində qeydiyyatdan çıxmaq barədə müvafiq öhdəlik götürürlər. Lakin belə bir öhdəliyin yerinə yetirilməməsi, yaxud alqı-satqı müqaviləsində sözügedən məsələnin öz əksini tapmaması halları da istisna edilmir.

Keçmiş mülkiyyətçinin ailə üzvlərinin qeydiyyatdan çıxmaqdan imtina etməsi hüquqi müstəvidə həll olunan məsələdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur, o cümlədən mülkiyyətçinin öz əmlakına sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, mülkiyyət hüququ - subyektin qanunla nəzərdə tutulmuş hədlərdə əmlaka öz mülkiyyəti kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququdur.

Siz mülkiyyətçi olaraq  əmlakınızın hər bir pozuntudan müdafiəsini tələb edə bilərsiniz. Əgər mülkiyyət hüququ sahiblikdən məhrum edilmə ilə əlaqədar olmayan başqa üsullarla pozularsa, mülkiyyətçi pozuntunun aradan qaldırılmasını müqəssirdən tələb edə bilər. Sabiq mülkiyyətçinin ailə üzvlərinin evdə qeydiyyatda qalması və ya orada yaşaması sizin mülkiyyət hüququnuzun tam həcmdə həyata keçirilməsinə maneə yaradır.

Vaxtınıza qənaət etmək və əlavə xərclərdən azad olmaq üçün keçmiş mülkiyyətçi ilə aranızda yaranmış mübahisəni ilkin olaraq danışıqlar yolu ilə həll etməyə çalışın. Əgər danışıqlar hər hansı müsbət nəticə verməzsə, o zaman mübahisənin həlli prosesini rəsmi müstəviyə keçirmək lazımdır. Bunun üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, iddiaçı olaraq cavabdehə (qeydiyyatda olan şəxslərə) qarşı məhkəmədə iddia qaldıra bilərsiniz. Əsas tələblə yanaşı, əgər sizə müəyyən maddi ziyan dəyibsə, onun ödənilməsini, həmçinin psixoloji gərginlik və rahatlığın pozulmasına görə mənəvi ziyanın kompensasiyasını da tələb etmək hüququnuz vardır.

İddia tələbinizin təmin olunması ilə bağlı məhkəmə qətnaməsi sözügedən şəxslərin mülkiyyətinizdə olan mənzildən qeydiyyatdan çıxarılması üçün hüquqi əsasdır.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!