01 Sentyabr 2026 18:43
3733
SİYASƏT
A- A+
Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

Beynəlxalq münasibətlərdə rəqabətin kəskinləşdiyi, hüquqi prinsiplərin sınağa çəkildiyi dövrdə Azərbaycan regional sabitliyin və çoxtərəfli əməkdaşlığın əsas təminatçılarından biri kimi çıxış edir. Cənubi Qafqazı münaqişə zonasından real tərəfdaşlıq və nəqliyyat mərkəzinə çevirən ölkəmiz diplomatik imkanlarını Avrasiya məkanının nüfuzlu təşkilatları çərçivəsində də genişləndirir. Bu baxımdan, dövlətimizin başçısının beynəlxalq sammitlərdəki iştirakı və səsləndirdiyi konseptual fikirlər dünya nizamının yenidən formalaşdığı şəraitdə strateji önəm kəsb edir.

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüş Azərbaycan üçün növbəti mühüm beynəlxalq platformaya çevrildi. Sammitdə çıxış edən Prezident İlham Əliyev regionun mənzərəsini təhlil etməklə yanaşı, həm də Cənubi Qafqazda formalaşan yeni reallıqları, BMT-nin fəaliyyətindəki konseptual boşluqları və Azərbaycanın qlobal nizamdakı rolunu əks etdirən strateji mesajlar verdi. Dövlətimizin başçısının beynəlxalq təşkilatın tribunasından səsləndirdiyi bəyanatlar regional təhlükəsizliyin, ədalətli beynəlxalq hüquq prinsiplərinin və Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş aydın fəaliyyət proqramı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin çıxışında diqqət yönəltdiyi mühüm məqamlardan biri regionda köklü şəkildə dəyişmiş təhlükəsizlik mühiti idi. 30 il ərzində “münaqişə zonası” kimi xarakterizə olunan Cənubi Qafqaz artıq sülh və iqtisadi əməkdaşlıq məkanı kimi yenidən formalaşır. Dövlətimizin başçısı bu tarixi dəyişikliyi çıxışında belə ifadə edib: “Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”. Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi və tranzit imkanları yaratması göstərir ki, Bakı sülhü praktiki addımlarla, regional ticarət və nəqliyyat şəbəkələri quraraq möhkəmləndirir. 

Azərbaycan Prezidentinin çıxışında qlobal əhəmiyyət kəsb edən məqamlardan biri beynəlxalq təşkilatların, xüsusilə BMT-nin icra mexanizmlərinin fəaliyyətsizliyinə yönəlmiş tənqid oldu. Dövlətimizin başçısı beynəlxalq hüququn tətbiqindəki ikili standartları konkret tarixi faktla diqqətə çatdırdı: “Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər”. 

Dövlətimizin başçısının vurğuladığı kimi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin 30 il ərzində kağız üzərində qalması beynəlxalq təhlükəsizlik sisteminin böhran vəziyyətində olduğunu nümayiş etdirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını azad etməklə dünyaya göstərdi ki, beynəlxalq təşkilatlar öz qərarlarının arxasında durmursa, yaxud dura bilmirsə, suveren dövlətlər beynəlxalq hüququ və ərazi bütövlüklərini təkbaşına bərpa etməli olurlar. Bu mənada dövlətimizin başçısının BMT Təhlükəsizlik Şurasında icra mexanizmlərinin yaradılması barədə çağırışı qlobal sistemin islahatı üçün vacib bir təklifdir. 

Prezident İlham Əliyevin çıxışının başqa önəmli elementlərindən biri Azərbaycanın qlobal miqyasda həyata keçirdiyi çoxtərəfli diplomatiyaya vurğu edilməsi idi. Dörd il ərzində Qoşulmama Hərəkatına (QH) uğurla rəhbərlik edən Azərbaycan “qlobal Cənub”un maraqlarını müdafiə edərək neytral və balanslaşdırılmış xarici siyasətin uğurlu modelini yaradıb. Dövlətimizin başçısı bu məqama çıxışında belə diqqət yönəldib: “Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.

“ŞƏT plyus” platformasında Azərbaycan liderinin çıxışı ölkəmizin bərabərhüquqlu, çoxtərəfli və ədalətli beynəlxalq nizamın tərəfdarı kimi çıxış etdiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin sammitdə səsləndirdiyi fikirlər Azərbaycanın yeni dövrdəki xarici siyasət doktrinasının aydın xülasəsidir. Bu kurs öz gücünə arxalanan, regional əməkdaşlığı və iqtisadi inteqrasiyanı təşviq edən, eyni zamanda beynəlxalq sistemin çatışmazlıqlarını açıq şəkildə göstərən cəsarətli və praqmatik bir yanaşmadır. Azərbaycan regionda dayanıqlı sülhün və yeni logistik xəritənin əsas memarı kimi öz mövqeyini bir daha qlobal miqyasda bəyan etdi. 

Bu gün Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük və nüfuzlu platformanın Azərbaycanı öz tərəfdaşı kimi görməsi də məhz bu siyasi kursun nəticələrindən biridir. Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız onun coğrafi mövqeyi və nəqliyyat-kommunikasiya imkanları ilə məhdudlaşmır. Azərbaycan beynəlxalq təşkilatlara uzaqgörən siyasəti, qətiyyəti və regional proseslərə təsir imkanları ilə dəyər qatan ölkə kimi çıxış edir. ŞƏT-in Azərbaycanın bu potensialını nəzərə alması təsadüfi deyil. Çünki hazırda dünya siyasətində çoxqütblülük meyilləri güclənir və ŞƏT, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi platformaların rolu getdikcə artır. Şərqdən Qərbə uzanan nəqliyyat və logistika xətlərinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin geoiqtisadi əhəmiyyətini artırır. ŞƏT ölkələrinin Avropa istiqamətində etibarlı və təhlükəsiz bağlantı imkanlarını genişləndirməsində Azərbaycanın xüsusi rolu var. Bu, Azərbaycanın qlobal miqyasda həlledici ölkələrdən biri olduğunun göstəricisidir. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!