20 Avqust 2026 08:00
21542
İQTİSADİYYAT
A- A+
Sənaye zonaları qeyri-neft sektorunun inkişafında irəli çıxır

Sənaye zonaları qeyri-neft sektorunun inkişafında irəli çıxır


Bu ilin yanvar-iyul aylarında ölkəmizdəki sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 38,9 milyard manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çoxdur. Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, məhsul istehsalı neft-qaz sektorunda 0,4 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 4,4 faiz artıb. 

Qeyri-neft-qaz sektorunda istehsal olunan məhsulun bir hissəsi də sənaye parklarının payına düşür. Hazırda ölkəmizdə 8 sənaye parkı fəaliyyət göstərir. Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb. Onların 101-i artıq işləyir və məhsul buraxır. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb.

Əvvəla xatırladaq ki, sənaye parklarının yaradılması bir sıra məqsədlərdən irəli gəlir. Bu parklar ilk növbədə iqtisadiyyatın, o cümlədən qeyri-neft-qaz sektorunun davamlı inkişafının təmin olunmasına xidmət edir. Onlar eləcə də innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafını, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasını və bu sahədə sahibkarlığı dəstəkləyir. Sənaye parklarının fəaliyyyəti nəticəsində ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyi artır. Əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması da vacib məqamlardan biridir.

Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı  Prezident İlham Əliyevin 22 yanvar 2021-ci il tarixli fərmanına əsasən İqtisadi Zonaların inkişafı Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, icrasını təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirməkdir.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfər çərçivəsində buradakı Sənaye Parkının təməlqoyma mərasimində də iştirak ediblər. Bu sənaye parkı dövlətimizin başçısının 2024-cü ildə imzaladığı fərmanla yaradılıb.

Beləliklə, indi fəaliyyət göstərən Sumqayıt, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam, Hacıqabul, "Araz Vadisi İqtisadi Zonası" və Balaxanı sənaye parkları sırasına daha biri daxil oldu. Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır.

Naxçıvan Sənaye Parkından söz düşmüşkən qeyd edək ki, onun fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazi istifadəyə yararlı vəziyyətə gətiriləcək. Növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur.

Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.

Bəs xeyli müddətdir fəaliyyət göstərən sənaye parklarında iş necə gedir, onlar nəyə nail ola biliblər? İki sənaye parkını misal gətirək. Əvvəlcə Sumqayıt Sənaye Parkına nəzər salaq.

Bu park Prezidentin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulub.

Hazırda Sumqayıt Sənaye Parkının ərazisi təxminən 583-640 hektara çatıb. Parkda ümumi dəyəri 6 milyard manatdan çox olan 41 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, onlardan 24-ü fəaliyyət göstərir, 6600-dən artıq daimi iş yeri açılıb. 

Burada polimerlər, azot gübrəsi, ferroərintilər, aqrokimyəvi məhsullar, tikinti materialları və digər məhsullar istehsal edilir. "Yaşıl iqtisadiyyat"a keçid və "NextGen" sənaye klasteri təşəbbüsləri həyata keçirilir.

Sənaye parkının rezidentlərinə bir sıra vergi və gömrük güzəştləri də tətbiq olunur. Belə ki, onlar 7 il müddətinə mənfəət, əmlak, torpaq vergilərindən, eləcə də texnika və avadanlıqların idxalına görə ƏDV və gömrük rüsumlarından azad edilirlər.

Təqdirəlayiq haldır ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə də sənaye parkları fəaliyyət göstərir. Məsələn, Qarabağın dirçəldilməsi, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Burada tikinti materialları və metal məmulatlar, elektrik paylayıcı avadanlıqlar, dam və fasad örtükləri, divar kağızları, xüsusi iş geyimləri, ayaqqabılar və mebel məmulatları istehsal olunur.

2026-cı ilin avqust ayına olan məlumata əsasən, Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım edilib, 30-dan çox sahibkarlıq subyektinə rezident statusu verilib. Parkda 12 müəssisə fəaliyyət göstərir, 12-sinin tikintisi və 10-nun layihələndirilməsi gedir. 

Ağdam Sənaye Parkı tərəfindən cari ilin birinci yarısında 976 milyon manatlıq məhsul satılıb. Bunun da 42 milyon manatlıq hissəsi ixrac olunub. Açılan daimi iş yerlərinin sayı isə 1230-dan çoxdur. 

Ümumilikdə isə bu il iyulun 1-nə olan məlumata görə, ölkəmizin sənaye parklarında 21,4 milyard manatlıq məhsul istehsal edilib. Bunun 6,7 milyard manatlıq hissəsi ixraca yönəldilib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!