18 İyul 2026 09:05
5763
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Marketə girərkən çantanı mühafizəçiyə və ya saxlanca vermək məcburidirmi? Verməsəm, məni içəri buraxmamaq səlahiyyətləri varmı?


Pərvanə RZAYEVA,

Sumqayıt şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, marketə daxil olarkən çantanızı mühafizəçiyə və ya saxlanc kamerasına (kassaya, şkafa) vermək məcburi deyil. Eyni zamanda çantanızı təhvil vermədiyiniz əsası ilə sizi içəri buraxmamağa market rəhbərliyinin və ya mühafizəçinin hüquqi səlahiyyəti yoxdur.

Qanunvericiliyə nəzər yetirsək müəyyən edərik ki, fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar və onları hər hansı bir müqaviləni bağlamağa məcbur etmək yolverilməzdir. Bu hal eyni zamanda müqavilə azadlığı prinsipinə ziddir.

Nəzərə alın ki, çantanızı saxlanca qoyduqda marketlə sizin aranızda mahiyyət etibarilə pulsuz saxlanc müqaviləsi bağlanmış olur. Qanunvericilik hər hansı bir şəxsi bu müqaviləni bağlamağa məcbur edə bilməz. Əgər siz əşyanızın qorunmasını marketə etibar etmək istəmirsinizsə, bu sizin tam hüququnuzdur.

Bundan başqa, marketlər və supermarketlər şəbəkəsi pərakəndə satış fəaliyyəti ilə məşğul olduqları üçün fəaliyyətləri kütləvi müqavilə xarakteri daşıyır. Kütləvi müqaviləyə əsasən, sahibkarlıq subyekti müraciət edən hər bir şəxslə müqavilə bağlamaq (yəni malı satmaq, xidmət göstərmək) öhdəliyi daşıyır. Market daxili qaydalarını bəhanə edərək müştərilər arasında fərq qoya bilməz və əsassız olaraq xidmət göstərməkdən (şəxsi içəri buraxmaqdan) imtina edə bilməz. Unutmaq olmaz ki, çantanı saxlanca verməmək daxili qaydalara zidd olsa belə bu qayda qanundan üstün ola bilməz.

Həmçinin marketin mühafizəçisi cinayət-prosessual mənada sizə qarşı məcburi şəxsi axtarış apara bilməz və ya əmlakınızı müsadirə edib saxlanca qoymağınızı tələb edə bilməz. Onun sizi içəri buraxmamaq hüququ yalnız ictimai qaydanı kobud şəkildə pozduqda, digər şəxslərin həyat və sağlamlığına aşkar təhlükə yaratdıqda və ya obyektə qanunsuz daxil olmağa cəhd etdikdə yarana bilər. Unutmaq olmaz ki, şəxsi çanta ilə marketə girmək ictimai qayda pozuntusu deyil.

Buna baxmayaraq, belə vəziyyətin yaranması gözləniləndir və bu halla qarşılaşanda nə etmək lazımdır? Əgər mühafizəçi sizi çantanızla içəri buraxmaqdan imtina edərsə, müvafiq hüquqi addımları ata bilərsiniz. Öncə mühafizəçidən hansı qanunvericilik aktına əsasən kütləvi müqavilə obyektinə girişinizin məhdudlaşdırıldığını soruşun. Daha sonra baş vermiş hadisəni marketin şikayətlər üçün nəzərdə tutulmuş rəsmi jurnalında (qeydiyyat sənədində) ətraflı şəkildə qeyd edin. Bu, gələcəkdə mümkün mübahisələr üçün rəsmi sübut rolunu oynayır. Əgər belə bir jurnal mövcud deyilsə, o zaman hadisə barədə marketin rəhbərliyinə məlumat verin.

Müraciətiniz müsbət mənada öz həllini tapmazsa, o zaman qarşılaşdığınız hadisə ilə bağlı (istehlakçı hüquqlarının pozulması ilə bağlı) müvafiq quruma şikayət ünvanlaya bilərsiniz.

İnzibati orqana müraciətlə birlikdə, yaxud ondan sonra məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Şikayətinizin əsaslı olması üçün isə müvafiq sübutlar zəruridir (məsələn, hadisə ilə bağlı videogörüntü və s.).


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!