13 Aprel 2025 08:45
433
SİYASƏT
A- A+
Azərbaycan Astanada II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq

Azərbaycan Astanada II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq


Aprelin 16-17-də Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək.

AZƏRTAC Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Böyük Britaniya, Çin, Qətər, Rusiya və digər ölkələrin media rəhbərləri və ekspertləri iştirak edəcəklər.

Media forumunun panel sessiyalarında iki gün ərzində Mərkəzi Asiya dövlətlərinin mediası arasında yeni inkişaf nöqtələri və əməkdaşlıq imkanları, qlobal medianın inkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və məlumat axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğində rolu müzakirə olunacaq.

Tədbirdə 500-dən çox iştirakçı (Qazaxıstan və xarici media rəhbərləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşları, universitet tələbələri, nüfuzlu şəxslər, media ekspertləri və s.) iştirak edəcəklər. Onlar üçün aparıcı mütəxəssislərdən ustad dərsləri təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan Prezidenti İstanbulda baş verən zəlzələ ilə bağlı Türkiyə liderinə dəstəyini ifadə edib  

09:16
25 Aprel

Tramp: Növbəti bir neçə gün Ukrayna danışıqları üçün çox vacib olacaq

09:15
25 Aprel

Vladimir Fekete: Papa Fransisk bütün dini liderlər üçün əsl nümunədir  

09:11
25 Aprel

Danışıqlar da, savaş da davam edir

08:55
25 Aprel

Azərbaycanın ilk pediatrının həyatından bəhs edən videoçarx hazırlanıb

08:50
25 Aprel

Keşməkeşlər içində keçən ömür...

08:45
25 Aprel

"Onları əzin!"

08:40
25 Aprel

Cəfəng "böyük Ermənistan" xülyası real Ermənistanı məhvə aparır

08:35
25 Aprel

Ultramillətçi dünyagörüşünün təzahürü

08:30
25 Aprel

Azərbaycan elminə, vətəndaş cəmiyyətinə və insan hüquqlarına həsr olunmuş ömür

08:25
25 Aprel

Özəl sektor - Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi

08:20
25 Aprel

Dəyişən dünya, Bakının qloballaşan maraqları

08:15
25 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müstəviyə daxil olur

08:10
25 Aprel

Milli Məclisin Sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

08:05
25 Aprel

Çin İlham Əliyevin sülh gündəliyini qətiyyətlə dəstəkləyir

08:00
25 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli və “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 42 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:23
25 Aprel

Kiyevdə Rusiyanın kütləvi hücumları nəticəsində həlak olanlarla bağlı matəm günü elan olunub

21:57
24 Aprel

Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa keçirilib

21:56
24 Aprel

Əbu-Dabidə Dünya Təbiəti Mühafizə konqresi keçiriləcək

21:54
24 Aprel

Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub  

21:48
24 Aprel

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

21:43
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!