Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Ağdamdan başlayan sonuncu mərhələ Xankəndidə başa çatıb. Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər. Son mərhələnin qalibi kişilər arasında türkiyəli Ömər Alkanoğlu, olub. Onun həmyerlisi Üzeyir Söyləməz və gürcüstanlı Giorgi Lomidze müvafiq olaraq, 2-ci və 3-cü yerləri tutublar.
Qadınların mübarizəsində isə türkiyəli Hasibə Dəmir bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan tez çatıb. Ukraynalı Olena Şevçenko 2-ci, Azərbaycan təmsilçisi Leyla Abdinova 3-cü olub.
Dörd mrhələnin nəticəsinə əsasən, Üzeyir Söyləməz və Olena Şevçenko yarışın baş mükafatına (4000 manat) layiq görülüblər. İkinci yeri tutan Ömər Alkanoğlu və Hasibə Dəmir 3000, üçüncü olan Giorgi Lomidze və rusiyalı Mariya Kalpakova 2000 manata sahib çıxıblar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafon aprelin 10-da “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürüb. 192 kilometr məsafəni əhatə edən yarışa 81 atlet qatılıb. Ultramarafon iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də olub. İştirakçılar Qəbələdən Ağdaşa 55, Ağdaşdan Bərdəyə 65, Bərdədən Ağdama 44, nəhayət Ağdamdan Xankəndiyə 28 kilometr qaçıblar.
Çinli ekspert: Azərbaycan-Çin əlaqələri Qlobal Cənub ölkələri üçün yaxşı modeldir
Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ
Çin şirkətinin nümayəndəsi: Vizasız rejim Çin və Azərbaycan arasında turizm mübadiləsinə təkan verəcək
Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Şahin İsmayılov: Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına töhfə verəcək
AZAL Hindistanın daha bir şəhərinə birbaşa uçuşlara başlayır
Ceyhun Bayramov: ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq
BƏƏ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Baş katib: ATƏT minaların təmizlənməsində dəstək göstərməyə hazırdır
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularına orden və medallar təqdim olunub
ATƏT Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini ifadə etdi
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib
Aprelin 30-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir
Ceyhun Bayramov: Minatəmizləmə sahəsində ATƏT-lə potensial əməkdaşlıq bizim üçün maraq kəsb edir
Xarici işlər naziri: Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur
Su Tao: Prezident İlham Əliyevin Çinə səfərini ölkələrimizin tarixində mühüm mərhələ kimi görürəm
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizliyi və əməkdaşlığı müzakirə edib
DİN: Ötən illə müqayisədə cinayətlərin dinamikasında azalma qeydə alınıb
Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya səfərə gəlib
Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılan məsələ plenar iclasa tövsiyə olunub
"Azərreyl"in baş məşqçisi: Çempion olmağa layiq idik
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!