25 Aprel 2025 20:10
593
SİYASƏT
A- A+
Şahin İsmayılov: Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına töhfə verəcək  

Şahin İsmayılov: Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına töhfə verəcək  

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” və digər sənədlər tərəfdaşlıq münasibətlərinin uzunmüddətli, dayanıqlı və davamlı inkişafını təmin edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan və Çin diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verib və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi istiqamətində fəal iş aparıblar. “Məhz iki ölkənin liderləri arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri Azərbaycan-Çin münasibətlərinin inkişafında müstəsna rol oynayıb. Bu xüsusda, ötən illər ərzində aparılan fəal siyasi dialoq münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edib”, - deyə Şahin İsmayılov vurğulayıb.

Ölkələrimizin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdıran komitə sədri bildirib ki, Birgə Bəyanatda da qeyd olunduğu kimi, Azərbaycan Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə bəyan edir. Çin də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib, həmçinin ölkəmizin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə də bir daha “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini ifadə etdi.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın Azərbaycanın Asiya regionu ölkələri ilə əlaqələrin inkişafında önəmli rol oynadığını söyləyən Şahin İsmayılov bildirib ki, təşkilatda dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan onunla müxtəlif istiqamətlərdə fəal əlaqələr qurub. Si Cinpinin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət etməsi Çinin ölkəmizin təşkilatla əməkdaşlığına verdiyi önəmin gösətiricisidir. Eyni zamanda, hər iki ölkə Birgə Bəyanatda çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını ifadə edirlər.

Komitə sədri bildirib ki, Azərbaycan ilə Çin arasında əməkdaşlıq çox zəngin gündəliyə malikdir. Xüsusən iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları olduqca genişdir. Bu gün Çinin beynəlxalq bazarlardakı mövqeyi hər kəsə məlumdur. Qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi işlər görən Azərbaycan bu sahədə Çinin təcrübəsindən yararlanmaq imkanına malikdir.

“Ölkəmiz ötən illərdə strateji coğrafi yerləşməsini doğru qiymətləndirərək, Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktur layihələrini uğurla icra edib. Ölkə ərazisində mühüm magistralların, dəmir yollarının, hava və dəniz limanlarının tikintisi Azərbaycana Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala yük daşımalarını həyata keçirməyə imkan verir”, - deyən komitə sədri bildirib ki, bu cür əlverişli infrastruktura malik Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Prezident İlham Əliyevin Sinxua agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiya qoyan ikinci ölkədir. Eyni zamanda, qeyd etmək lazımdır ki, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda da bu məsələyə dair xüsusi bənd yer alır.

Şahin İsmayılov qeyd edib ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsi, həmçinin bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın artması iqtisadi-ticari əlaqələrimizin inkişafının əyani göstəricisidir. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İqtisadiyyatımızda Çin investisiyalarının artması müşahidə edilir. Azərbaycanda Çin kapitalı ilə qeydə alınan 375 şirkətdən 298-i aktiv fəaliyyət göstərir. Dövlətimizin başçısının Sinxua agentliyinə müsahibəsində bildirdiyi kimi, Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Səfər çərçivəsində həm müvafiq dövlət strukturları, eyni zamanda, şirkətlər arasında imzalanan sənədlər bu istiqamətlərdə, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini deməyə əsas verir. Bu xüsusda onu da bildirmək lazımdır ki, Çinin “BYD” şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı ilə yanaşı, ötən il şirkət ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanda elektrik avtobusların istehsalının qurulması da nəzərdə tutulur. Eyni zamanda, COP29 ərəfəsində 160 elektrik mühərrikli BYD markalı avtobus ölkəmizə gətirilərək marşrut xəttinə çıxarılıb.

“Dövlətimizin başçısının Çin Xalq Respublikasına səfəri çərçivəsində aparılan səmərəli müzakirələr iki ölkə arasında gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm rola malikdir. Bu səfər ölkələrimiz arasında energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməsinə mühüm təkan, Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək”, - deyə o əlavə edib.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!