13 Aprel 2025 08:30
376
SİYASƏT
A- A+
İkili standartların növbəti təzahürü

İkili standartların növbəti təzahürü


AŞPA-nın Azərbaycana qarşı qərəzi davam edir


"Təəssüflə qeyd etməliyik ki, AŞPA-nın ölkəmizə qarşı qərəzi və ədalətsiz mövqeyi, ikili standartlar siyasəti davam edir. İlk dəfə deyil ki, biz bunu müşahidə edirik".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, AŞPA prezidentinin çıxışı ikili standartların növbəti təzahürü, istiqaməti kimi diqqət çəkir. Təəssüf ki, mərəzdən, şakərdən əl çəkərək dövlətlərin daxili işinə qarışmamaq, onların qərarlarına hörmətlə yanaşmaq əvəzinə xalqların, dövlətlərin daxili işlərinə müdaxilə tendensiyası hələ də davam edir. Biz bu prosesin xoşagəlməyən bir formada aparılmasının şahidiyik. "Onların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz uğurlu və doğru siyasətini həyata keçirir. Gələcəkdə də belə davam edəcək. Azərbaycan müstəqil dövlətdir və müstəqil daxili və xarici siyasət yürütməyə qadirdir. Azərbaycan qalib xalqdır, görünür ki, bizim qalib olmağımız, uğurlarımız onları hələ də narahat edir. Onlar hələ də bu məsələdə eyni siyasəti davam etdirirlər", - deyə siyasətçi əlavə edib.

Deputat qeyd edib ki, əgər onlar diktator axtarırlarsa,  diktatorun ən böyüyü Fransa prezidentidir, çünki o, siyasi rəqiblərinə qarşı müharibə elan edib, "sarı jiletli"lərə,   vətəndaşlara qarşı da belə davranıb. Əlcəzairdə nə qədər insanın qanını töküblər. Bu kimi nə qədər faciələr törədiblər. Ona görə yaxşı olar ki, Avropa  bizi ittiham etməkdənsə, özlərinə baxsın, Azərbaycana qarşı apardıqları bu siyasətə son qoysunlar. 

C.Məmmədov Xarici İşlər Nazirliyinin AŞPA-ya cavabının da yerində, tutarlı olduğunu vurğulayaraq, hətta onların bu mövqeyinə daha sərt, daha kəskin reaksiya vermək lazım olduğunu bildirib və onları Azərbaycanın daxili işlərinə qarışmağa son qoymağa çağırıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:11
23 Aprel

DSMF-də Türkiyənin Sosial Təminat Qurumunun nümayəndə heyəti ilə görüş olub

10:10
23 Aprel

Kənd təsərrüfatı nazirinin müavini Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

10:03
23 Aprel

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

10:02
23 Aprel

Dövlət proqramına uyğun yeni yolun inşası sürətlə davam etdirilir

10:01
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

09:58
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub  

09:54
23 Aprel

BVF-dən xəbərdarlıq: Britaniya iqtisadiyyatı tariflərin təsirinə düşür

09:53
23 Aprel

Nəfəs almaq üçün hava nə qədər təhlükəsizdir? - TƏDQİQAT

09:50
23 Aprel

Ərdoğan: Türkiyə-Pakistan əməkdaşlığı bölgədə sülhə mühüm töhfə verir

09:49
23 Aprel

Fransada kriminal gərginlik 

08:50
23 Aprel

Naftalandan iki xəbər

08:45
23 Aprel

Paşinyanın sözləri ilə hərəkətləri üst-üstə düşmür

08:40
23 Aprel

"Xristian klubları"nın bitməyən qərəzi

08:35
23 Aprel

"Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlayır"

08:30
23 Aprel

Saxtakarlıq və yalan sağalmaz erməni xəstəliyidir

08:25
23 Aprel

Qazaxda intellektual yarış keçirilmişdir

08:20
23 Aprel

Ərazilərimizin bütövlüyü günü

08:15
23 Aprel

Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru 

08:10
23 Aprel

Uzaqlar yaxın olur

08:05
23 Aprel

“24 aprel"ə 23 aprel hədiyyəsi

08:00
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!