06 Aprel 2025 08:35
421
SİYASƏT
A- A+
Ermənistan ekoloji terroruna görə cəzalandırılmalıdır

Ermənistan ekoloji terroruna görə cəzalandırılmalıdır


Bunu BMT-nin Bioloji Müxtəliflik haqqında və digər sənədlərindən irəli gələn öhdəliklərin pozulması tələb edir


Ermənistan 1988-ci ilin fevralından xarici havadarlarına, erməni terror təşkilatlarına arxalanaraq Azərbaycana qarşı işğalçılıq müharibəsinə başladı. Düşmənin əsas məqsədi ölkəmizin ərazilərini ələ keçirmək və xəyallarında dolaşan "böyük Ermənistan" yaratmaq idi. Bu çirkin məqsədinə çatmaq üçün erməni qəsbkarları bütün imkan və vasitələrindən istifadə edirdi. Qarabağda yuva qurmuş erməni terror təşkilatlarının üzvləri mövqelərimizə hücum edir, torpaqlarımızı, şəhər və kəndlərimizi ələ keçirməyə çalışırdılar. Qəsbkarlar şəhər və kəndlərimizi dağıdır, soydaşlarımıza qarşı misli görünməmiş qırğınlar, soyqırımları törədirdilər. Təəssüflər olsun ki, düşmən çirkin məqsədinə nail oldu. Ermənistan silahlı qüvvələri ərazilərimizi 30 ilə yaxın işğal altında saxladı.

Bu illər ərzində Ermənistan xalqımıza qarşı soyqırımları törətməklə, şəhər və kəndlərimizi yandırıb dağıtmaqla kifayətlənmədi. Düşmən işğal dövründə ölkəmizin təbiətini də, bitki və heyvanlar aləmini də məhv etdi. Ermənistanın işğal dövründə torpaqlarımıza, Azərbaycan təbiətinə vurduğu zərbə bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti kimi qiymətləndirilməlidir. Bu illər ərzində Ermənistanın apardığı ekoloji terror siyasəti nəticəsində su mənbələri, torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qaldı.

Ermənistan dövlətinin birbaşa təşkilatçılığı ilə ekoloji təhlükəsizliyə təhlükə və təhdidlər yaradan qanunsuz fəaliyyətlər zaman-zaman qəbul olunmuş bir çox beynəlxalq konvensiyanın, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji Müxtəliflik haqqında, səhralaşmaya qarşı mübarizə haqqında və digər beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərin kobudcasına pozulması deməkdir. 

İşğalın davam etdiyi çağlarda - 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin məqsədyönlü şəkildə suvarma suyundan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamə qəbul etmişdi. Sənəddə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat işlərinin aparılmasının təmin edilməsi tələb olunurdu. Lakin işğalçılıq siyasəti yürüdən Ermənistan BMT-nin qətnamələrinə əməl etmədiyi kimi, Avropa Şurasının da bu sənədini vecinə almadı. Məhz buna görə də Azərbaycanın Bərdə, Tərtər, Göranboy, Beyləqan, Biləsuvar və İmişli rayonlarının fermerləri İkinci Qarabağ müharibəsinə qədər işğal altında olan ərazilərdə formalaşan su ehtiyatlarından istifadə edə bilmədilər. Bunun da nəticəsində susuz qalmış torpaqlar deqradasiyaya uğradı, təbiətə ağır zərbə vuruldu. 

İşğal olunmuş ərazilərdəki mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsi Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri ermənilər tərəfindən talan edilmişdi. Ekologiyaya qənim kəsilmiş qəsbkarlar işğal etdikləri ərazilərdə meşələri vəhşicəsinə qırıb yandırmışdılar. Araz çayı və qollarının çirkləndirilməsi nəticəsində qiymətli flora və fauna növləri məhv edilmişdi. Ermənilər işğal olunmuş ərazilərdə qaraçöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və sairə növ ağacları məhv etməklə dünya florasının xəzinəsinə ağır zərbə vurmuşdular. İşğal olunmuş ərazilərdə "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu. Təəssüflər olsun ki, ermənilərin terror siyasəti nəticəsində bu heyvanlar, quşlar və həşəratlar da məhv edilmişdir. 

İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı və başqa ərazilərdə yaşı iki min ildən artıq olan təbiət abidələri sayılan çinarlar kəsilib aparılmışdır. Kəlbəcər meşələrindəki endemik növlərdən olan qırmızı palıd meşələri tamamilə qırılaraq Yer üzündən silinmişdir. Erməni iş adamları qırmızı palıddan çox bahalı mebel materialı kimi istifadə etmişdilər. Avropa mətbuatının yazdığına görə, Kəlbəcər meşələrində kütləvi qırılan qırmızı palıd oduncağından düzəldilən mebel milyonlarla dollara satılmışdır. 

Qazax rayonu istiqamətində, Murovdağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və digər çoxillik ağaclar kəsilərək Ermənistana daşınıb. Bu ərazilərdəki döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi, mühəndis-istehkam qurğularının inşası, şəxsi heyətin və texnikanın manevr etməsi məqsədilə əlaqələndirici yolların çəkilməsi, torpaq qazıntı işlərinin aparılması zamanı ağac və kolların qırılması, otlaq sahələrinin yandırılması nəticəsində flora və faunaya ciddi ziyan dəyib. Həmin ərazilərdə düşmənin gördüyü işlər Azərbaycan təbiətinin məhvinə yönələn ekoloji terror aktıdır.

Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini diz çökdürərək torpaqlarımızı azad etdi. Qəsbkarlar işğaldan azad olunmuş ərazilərdə xarabalıqlar və ekoloji fəlakətlər qoymuşdular. Düşmən 30 ilə yaxın işğal altında saxladığı əraziləri həm Azərbaycandan, həm də beynəlxalq birliyin nəzarətindən kənarda saxlamış, burada istədikləri qanunsuzluqları törətmişdi. İşğalçı ölkə beynəlxalq konvensiyalara zidd fəaliyyət göstərərək təbii sərvətlərimizi talan etmiş, su ehtiyatlarımızı çirkləndirmiş, flora və faunanı məhv etmiş, əraziləri xarabazara çevirmişdi. 

Prezident İlham Əliyev 2020-ci il dekabrın 1-də xalqa müraciətində Ermənistanın uzun illər işğalda saxladığı torpaqlarımızda vəhşiliklər törətməsindən bəhs edərək demişdir: "Orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır… İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm bağları mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıl rayonlarına gedərkən yolboyu görmüşdüm ki, bir çox üzüm bağlarımız dağıdılıb, orada köhnə şpalerlər qalıb. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Ondan istifadə edirdi, bizim suyumuzdan istifadə edirdi, elektrik enerjisi istehsal edirdi... Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb".

Ermənistan bu gün də öz ərazisində təbiətə böyük zərbə vurmaqda davam edir. Hazırda Azərbaycanla sərhədə yaxın 20-dən çox bölgəsində əlvan metallar çıxarılır. Bu işlərə də əsasən beynəlxalq investorlar cəlb olunur. Bununla da rəsmi İrəvan Qafqazın ekologiyasına ciddi zərbələr vurur, çayları zəhərli tullantılarla çirkləndirir. Ermənistan bu cinayətkar hərəkətlərini dayandırmalı və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir. Beynəlxalq təşkilatlar da seyrçi mövqe tutmamalı, Ermənistana ekoloji terroru dayandırmaq üçün müxtəlif vasitələrlə təzyiq göstərməlidirlər. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

12:46
13 Aprel

Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib

11:38
13 Aprel

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

10:35
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib

10:03
13 Aprel

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb  

09:37
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!