06 Aprel 2025 14:03
591
DÜNYA
A- A+
Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq

Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq


Bəşəriyyət bir çox güc mərkəzlərinin üstünlüyü ilə yeni dünya nizamına addım-addım yaxınlaşır. Birqütblü və ya ikiqütblü dünya olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Özbəkistana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

Onun fikrincə, Çin qlobal güc mərkəzlərindən birinə çevriləcək. Hindistan, Braziliya, Meksika və çəkisi artan Türkiyə də bu rola iddialıdır.

Numan Kurtulmuş deyib ki, mövcud beynəlxalq münasibətlər sistemi eskalasiya dövrlərinin qarşısını almaq iqtidarında deyil: “Dünya birliyi dünya nizamının tələblərinin sadəcə bir kağız parçası olduğu bir vəziyyətə doğru yuvarlanır. Hər hansı bir məcburetmə mexanizmi yoxdur”.

O qeyd edib ki, gərginlik istəyən qüvvələrin arsenalında əvvəlkindən daha çox ölümcül silah var: “Silahlanma yarışının aktiv mərhələsinə start verilib. Silahların yığılması prosesinin nə ilə nəticələndiyini proqnozlaşdırmaq mümkün deyil”.

TBMM-nin sədri, ABŞ Prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinin yükünü nə Vaşinqtonun, nə də NATO-nun üzərinə götürəyəcəyi ilə bağlı açıqlamalarına diqqət çəkib. “Bununla da, Avropa bərabərləşdirmədən kənarda qalacaq”, - deyə o söyləyib.

Türkiyə parlamentinin sədri vurğulayıb ki, vəziyyətdən çıxış yolu dialoq və diplomatiya yolu ilə ən çətin məsələlərin belə həll etməyə qarşılıqlı hazırlığın nümayiş etdirilməsidir: “Türkiyə əvvəldən hər kəsi bu yanaşmaya çağırır. Böhran və gərginlik dövründə Ankaranın tezislərinin əhəmiyyəti artır”.a

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib  

19:09
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib

18:59
13 Aprel

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb

18:47
13 Aprel

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

18:32
13 Aprel

Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək  

18:13
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim  

18:03
13 Aprel

Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil  

17:39
13 Aprel

Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir  

17:16
13 Aprel

“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub 

16:21
13 Aprel

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

12:46
13 Aprel

Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib

11:38
13 Aprel

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

10:35
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib

10:03
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!