Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Belə ki, ərazilərimiz Ermənistan tərəfindən təxminən 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.
Statistikaya görə, Vətən müharibəsinin başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 388 azərbaycanlı mina qurbanı olub. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 4 minə yaxın vətəndaşımız minalardan zərər çəkib. 44 günlük müharibə bitdikdən sonra da Ermənistan ərazilərimizdə mina basdırmağa davam edib.
Müharibədən sonra Laçında aşkarlanan xeyli sayda piyada əleyhinə minalar da bunun əyani təsdiqidir. Aşkar olunan minalar 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır. Baxmayaraq ki, beynəlxalq humanitar hüquq, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
Ermənistanın dəqiq mina xəritələrini ölkəmizə verməməsi səbəbindən bu günə qədər də vətəndaşlarımız mina terrorunun qurbanına çevrilir, həlak, yaxud əlil olurlar.
Xatırladaq ki, 2021-ci ildə Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair Ermənistan tərəfindən verilmiş məlumatların dəqiqliyi cəmi 25 faiz təşkil edib.
2024-cü ilin fevralında Ermənistanın Azərbaycana təqdim etdiyi növbəti mina sahələrinə dair 8 ədəd formulyarda da məlumatların əvvəlkilər kimi qeyri-dəqiq, etibarsız və natamam əks edildiyi məlum olub.
Bildirək ki, çoxsaylı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyan da ölkəsinin Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib. O, "komandir"i olduğu "Ağdərə rayonunun 7-ci müdafiə xətti"nin hərbçilərinin Goranboy rayonunun Gülüstan kəndi istiqamətində mina basdırdıqlarını etiraf edərək deyib: "Səhv eləmirəmsə, PMN-1 minaları idi".
Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməlidir
Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yaydığı məlumatda bildirilib ki, Azərbaycan Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq öhdəliklərini yerinə yetirməyə və Azərbaycan ərazisində işğal dövründə kütləvi şəkildə basdırılmış minalar haqqında dəqiq məlumatları paylaşmağa çağırıb.
Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında mina qurbanlarının hüquqlarının tanınması istiqamətində mühüm addım atılıb: "Azərbaycan əsl həmsponsor kimi BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında "Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam istifadəsinə təsiri" adlı qətnamənin qəbul edilməsini alqışlayır".
Azərbaycan Milli Məclisinin 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar münasibətində də bildirilib ki, Azərbaycan Ermənistanın otuz il davam etmiş hərbi işğalı nəticəsində ərazilərinin mina və partlamamış hərbi sursatlarla çirklənməsi kimi ciddi problemlə üz-üzədir: "Bu problem mülki əhali üçün ciddi təhlükə yaradır, sosial-iqtisadi inkişafa, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına ciddi əngəl törədir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi irimiqyaslı dağıntılar və mina probleminin aradan qaldırılması külli miqdarda vəsait tələb edir".
Münasibətdə qeyd olunub: "Xüsusilə təəssüf doğuran hal odur ki, beynəlxalq humanitar hüquq və minatəmizləmə sahəsində beynəlxalq fəaliyyətə böyük əhəmiyyət verdiyini iddia edən bəzi dövlətlər Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmir, əksinə, Ermənistanın silahlanmasına hərtərəfli dəstək verirlər.
Milli Məclis beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə məsuliyyətini etiraf etməsi və səhih mina xəritələrini Azərbaycana verməsi üçün bu dövlətə təzyiq göstərməyə və minatəmizləmə sahəsində Azərbaycana yardımlarını artırmağa çağırır".
Ölkəmizdə münaqişədən sonra mina qurbanlarının sayı artır
Nyu Yorkda BMT-nin mənzil qərargahında Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi" adlı brifinq keçirilib.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, partlayıcı döyüş silahları və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə olan bir çox ölkəyə təsir göstərməkdə davam edir və mülki əhali, hərbçilər, sülhməramlılar və humanitar heyət üçün ölümcül təhlükə yaradır. O bildirib ki, Azərbaycan ərazisinin 13 faizindən çoxu bu təhlükənin təsirinə məruz qalıb. Səfir əlavə edib ki, münaqişənin başa çatmasına və sülh gündəliyində əldə edilən irəliləyişlərə baxmayaraq, ölkəmizdə münaqişədən sonra mina qurbanlarının sayı artır.
"Minalar əsas yenidənqurma işlərini ləngidir və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına mane olur. Geniş şəkildə mina çirklənməsi davamlı inkişaf proseslərinin həyata keçirilməsinə ciddi maneələr yaradır", - deyə səfir bildirib.
Ardınca çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev məlumat verib ki, Azərbaycan minalardan ən çox əziyyət çəkən ilk on ölkədən biridir və Birləşmiş Millətlər Təşkilatı da bu problemin olduğunu təsdiqləyib: "Azərbaycanda 800 min məcburi köçkün Vətənə qayıdışını gözləyir. Minalar onların geri qayıtmasının qarşısını alır, ona görə də hökumət onların həmin ərazilərə təhlükəsiz qayıtmasını təmin etmək istəyir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra minaçıxarma əməliyyatlarında mühüm irəliləyiş əldə edilib, ümumilikdə 179 min hektar ərazi uğurla təmizlənib".
Göründüyü kimi, Ermənistan Azərbaycan xalqına qarşı yürütdüyü mina terrorunu hələ də davam etdirir, dəqiq mina xəritələrini ölkəmizə verməkdən yayınır. Bu halın başlıca səbəblərindən biri də beynəlxalq cəzasızlıq mühiti və təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmamasıdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Novruz bayramı ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib
Rumıniya nümayəndə heyəti Bakıda bəstəkar Corce Eneskunun abidəsini ziyarət edib
Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Xanlar Vəliyev kollektivə təqdim edilib
Fransada uşaq hüquqlarının müdafiəsi sahəsindəki vəziyyətlə bağlı BMT-yə şikayət olunub
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə sıx və uğurlu əməkdaşlıq təcrübəsinə malikdir
Dünyanın ən çox yüklənən tətbiqi – “ChatGPT”
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Baş nazir Əli Əsədov Rumıniya Parlamenti Senatının sədri ilə görüşüb
HDQ-nin dalğıc heyəti ilə təlim-metodiki toplanış keçirilib
Kreml: Münasibətlərin bərpası yolunun əvvəlində Moskvanın Vaşinqtondan böyük gözləntiləri olmayıb
Volodimir Zelenski: Aprel ayından bəri Rusiya Ukraynaya qarşı 2800 bomba, 1400 PUA və 60-a yaxın raketdən istifadə edib
UEFA Azərbaycanı mükafatlandırıb
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb
Mirça Abrudean: Rumıniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial var
“Aqroservis”in İdarə Heyətinin sədri Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Litvanın xarici işlər nazirinin müavini Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin qarşısında duran çağırışlar barədə məlumatlandırılıb
Peter Siyarto: Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək
Si Cinpin: Ticarət müharibələrinin qalibi olmayacaq
Luka Modriç İngiltərə klubunun sahibi olacaq
Ermənistan növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb
Rayonlarda leysan yağacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!