08 Aprel 2025 08:05
1269
SİYASƏT
A- A+
Azərbaycanın şərtləri prinsipial və dəyişməzdir

Azərbaycanın şərtləri prinsipial və dəyişməzdir


Sülh müqaviləsinin imzalanması üçün Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir 


Hazırda Cənubi Qafqazda mövcud olan ümumi sabitlik və davamlı sülh üçün formalaşan münbit şərait Azərbaycanın yaratdığı yeni reallıqlara görə mümkün olub. Vətən müharibəsi sayəsində üç onillik boyu sürən münaqişəyə son qoyan ölkəmiz Ermənistana təkmil sülh modeli təklif edib və bu istiqamətdə əməli işlər gerçəkləşdirib. İki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyasına başlanılması, Qazaxın dörd kəndinin azad edilməsi, sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşması rəsmi Bakının davamlı səylərinin müsbət nəticələridir.

Aprelin 2-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuata bəyanatla çıxışı zamanı jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev də məhz bu məqama xüsusi vurğu etdi: "...İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdir. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu, özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq". 

Dövlətimizin başçısı əlavə etdi ki, Ermənistandan hər hansı bir cavab gəlmədiyi üçün biz mümkün olan bu müqavilənin əsas prinsiplərini də ortaya qoyduq: "Yadımdadır, 5 əsas prinsip irəli sürülmüşdü və bu prinsiplər əsasında müzakirələrə start verildi".


İrəvan sülh müqaviləsini imzalamaq istəyirsə...


44 günlük Vətən müharibəsinin üzərindən beş ilə yaxın müddət keçməsinə baxmayaraq, hələ də iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Bunun əsas səbəbi isə Ermənistanın ölkəmizə qarşı ərazi iddiasından əl çəkmək istəməməsidir. Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən yer alan ərazi iddiaları bunu aydın göstərir. Eyni zamanda İrəvan ATƏT-in keçmiş Minsk qrupunun ləğvi üçün ölkəmizlə birgə müraciət etməkdən yayınır. Halbuki Azərbaycan öz gücünə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək hərbi yolla torpaqlarını işğaldan azad edib. Bu minvalla onilliklər boyu  adıçəkilən qrupun danışıqlar yolu ilə həll edə bilmədiyi (yaxud həll etmək istəmədiyi) münaqişəyə son qoyub. Yəni faktiki olaraq bu yarıtmaz qrupun hüquqi olaraq da fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. 

Jurnalistlərin suallarını cavablandıran zaman dövlətimizin başçısı İlham Əliyev məlumat verdi ki, sülh müqaviləsinin 17 paraqrafdan ibarət mətni tam razılaşdırılıb. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. 

Ölkəmizin rəhbəri vurğulayıb ki, bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq: "Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir... 

...Ermənistanın buna razı olmaması haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? Onların sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə əsas yardımçıları olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır". 

Prezident İlham Əliyev söylədi ki, Ermənistan konstitusiyasında müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır: "Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir".


"Sülh göyərçini" Ermənistanın müharibə hazırlığı  

 

Fransa yenidən Cənubi Qafqaza yerləşmək üçün regionda davamlı münaqişənin olmasında birbaşa maraqlıdır. Bir müddət əvvəl "Caliber.az" nəşrinin yazdığı məlumatda da göstərilir ki, son iki ildə Ermənistan hərbi alışlarını kəskin şəkildə artıraraq, Fransa və Hindistandan silah almağa milyardlarla dollar xərcləyib. Fransadan Ermənistana müasir "CAESAR 155" mm-lik özüyeriyən artilleriya qurğuları və onların komplekt hissələri, həmçinin tank əleyhinə raket sistemləri və hava-hava tipli raketlər tədarük edilib. Ermənistan ordusu R511 və R530 hava-hava raketləri, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, Almaniya istehsalı olan DM32 ("bunkerfaust") qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə sistemləri də əldə edib. Bundan əlavə, Ermənistana Fransanın Apilas tipli 500 ədəd birdəfəlik reaktiv qumbaraatanı və ABŞ istehsalı olan 50 ədəd BGM-71 TOW tank əleyhinə raket kompleksi tədarük olunub.

Özünü beynəlxalq ictimaiyyətə "sülh göyərçini" kimi təqdim edən Ermənistan Fransanın əli ilə sürətlə silahlanır və müharibəyə hazırlaşır. Bütün bunlara görədir ki, İrəvan və hamisi Paris Azərbaycanın bu iki şərti qəbul edilmədən sülh müqaviləsinin imzalanmasına çalışır. Təbii ki, bu halda gələcəkdə yenidən Azərbaycana torpaq iddiası irəli sürməsi üçün özünə əlyeri qoyur. 

Eyni zamanda Ermənistanı revanşa qızışdıran müstəmləkəçi ölkə Azərbaycan əleyhinə qarayaxma kampaniyasını dayandırmır.

Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasındakı çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməniəsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi əsassız iddialar da Parisin riyakar planlarının tərkib hissəsidir. Belə ki, neokolonial siyasət yürüdən bu ölkənin xarici işlər naziri Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi qanuni tələbi sual altına alaraq bunu yeni şərt kimi təqdim edib. Ancaq Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan hər hansı əlavə şərt irəli sürməyib. 

Buna görə də, təcavüzkar Ermənistanı silahlandıraraq onu yeni müharibəyə, yəni məhvə sürükləyən Qərb himaydarları anlamalıdırlar ki, Azərbaycanın şərtləri prinsipial və dəyişməzdir. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir. Əks təqdirdə sülh müqaviləsinin bağlanması onlar üçün arzu olaraq qalacaq.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!