13 Aprel 2025 08:05
470
SİYASƏT
A- A+
Azərbaycanın barış və sülh missiyası

Azərbaycanın barış və sülh missiyası


Regionda aparıcı ölkə, söz sahibi olan Azərbaycan həm də dünyada sülhü və təhlükəsizliyi təşviq edən, bu istiqamətdə real addımlar atan dövlət kimi tanınır. Respublikamızın mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqa verdiyi töhfələr də bu məqsəddən irəli gəlir. Habelə müxtəlif vaxtlarda rəsmi Bakı özünün barışdırıcılıq missiyası ilə dost və tərəfdaş dövlətlər arasında meydana çıxan ziddiyətlərin aradan qaldırılmasına nail olub.


Respublikamız bütün platformalarda qlobal təhlükəsizliyə layiqli töhfələr verib

 

Respublikamız daim dünyada sülhyaratma prosesinə böyük töhfələr verir, bu istiqamətdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə qlobal səviyyədə təhlükəsizliyin təmin olunmasında fəal rol oynayır. Respublikamız təmsil olunduğu müxtəlif platformalarda da bu məqsədlə real effektiv nəticələri olan fəaliyyət həyata keçirib. Hələ bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına üzvlüyü və sədrliyi dövründə  Azərbaycan əsas diqqətini dünyanın müxtəlif yerlərindəki konfliktlərin aradan qaldırılmasına yönəltmişdi. 

Deyilənlərə başqa bir misal olaraq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri göstərmək olar. Azərbaycanın bu təşkilata sədrliyi çox çətin bir vaxta, bütün dünyada COVID pandemiyasının tüğyan etdiyi dövrə təsadüf etdi. Buna baxmayaraq Prezident İlham Əliyev Qoşulmama Hərəkatını COVID pandemiyası uğrunda mübarizəyə uğurla səfərbər etdi. COVID pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərdi. Respublikamız peyvəndlərə çıxışla əlaqədar dövlətlər arasındakı qeyri-bərabərliyin aradan qaldırılması üçün qətiyyətli fəaliyyət həyata keçirdi.


Bakı dost və tərəfdaş dövlətlər arasındakı problemlərin həllində də daim fəallıq göstərib


Qeyd etdiyimiz kimi, respublikamız dost və tərəfdaş dövlətlər arasındakı problemlərin həllində də hər zaman fəallıq göstərib. Bir neçə il əvvəl Türkiyə və Rusiya arasındakı münasibətlərdə yaranmış dərin böhranın aradan qaldırılmasında məhz rəsmi Bakı böyük rol oynamış, onların barışmasına töhfələr vermişdi. Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu da ölkəsinin Rusiya ilə münasibətlərinin normallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi vurğulamışdı. 

ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevə verilən suallardan biri də elə bu mövzuda oldu. Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunu təmsil edən Darya İsaçenko Azərbaycanın Türkiyə ilə İsrail arasında gərginliyin azaldılması istiqamətində  hər hansı bir fəaliyyətdə rol oynaması ilə maraqlandı.

Məlum olduğu kimi, həm Türkiyə, həm də İsrail Azərbaycana yaxın dövlətlərdir. Türkiyə respublikamızın müttəfiqidir. İsrail də dost dövlətdir. Ona görə də, Prezident 

İlham Əliyevin qeyd etdiyi kimi, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Təbii ki, Azərbaycan belə vəziyyətdə seyrçi qala bilməzdi. Prezident İlham Əliyev forumda bu barədə danışaraq dedi ki, Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. "İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik", - deyə Prezident bildirdi.

Bu gün də Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasına çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir.

Azərbaycanın dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, həyata keçirdiyi barışdırıcılıq missiyası həm də beynəlxalq miqyasda söz sahibi olması ilə əlaqədardır. Dünyanın aparıcı siyasi və iqtisadi dairələri Azərbaycanın regiondakı liderliyini, Prezident İlham Əliyevin qlobal siyasətdəki rolunu daim yüksək qiymətləndirirlər. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycan qlobal səviyyəli məsələlərin həllində fəal iştirakçıdır.


 Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:11
23 Aprel

DSMF-də Türkiyənin Sosial Təminat Qurumunun nümayəndə heyəti ilə görüş olub

10:10
23 Aprel

Kənd təsərrüfatı nazirinin müavini Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

10:03
23 Aprel

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

10:02
23 Aprel

Dövlət proqramına uyğun yeni yolun inşası sürətlə davam etdirilir

10:01
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

09:58
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub  

09:54
23 Aprel

BVF-dən xəbərdarlıq: Britaniya iqtisadiyyatı tariflərin təsirinə düşür

09:53
23 Aprel

Nəfəs almaq üçün hava nə qədər təhlükəsizdir? - TƏDQİQAT

09:50
23 Aprel

Ərdoğan: Türkiyə-Pakistan əməkdaşlığı bölgədə sülhə mühüm töhfə verir

09:49
23 Aprel

Fransada kriminal gərginlik 

08:50
23 Aprel

Naftalandan iki xəbər

08:45
23 Aprel

Paşinyanın sözləri ilə hərəkətləri üst-üstə düşmür

08:40
23 Aprel

"Xristian klubları"nın bitməyən qərəzi

08:35
23 Aprel

"Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlayır"

08:30
23 Aprel

Saxtakarlıq və yalan sağalmaz erməni xəstəliyidir

08:25
23 Aprel

Qazaxda intellektual yarış keçirilmişdir

08:20
23 Aprel

Ərazilərimizin bütövlüyü günü

08:15
23 Aprel

Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru 

08:10
23 Aprel

Uzaqlar yaxın olur

08:05
23 Aprel

“24 aprel"ə 23 aprel hədiyyəsi

08:00
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!