13 Aprel 2025 08:50
350
CƏMİYYƏT
A- A+
Bakıda I Gənc Kardioloqlar Forumu olub

Bakıda I Gənc Kardioloqlar Forumu olub


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə Bakıda aprelin 10-dan 12-dək I Gənc Kardioloqlar Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, deputatlar, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri, "ETKİ könüllüləri" və Azərbaycanın elm və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin nümayəndələri iştirak ediblər.

I Gənc Kardioloqlar Forumunun rəsmi açılış mərasimində Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru və forumun sədri professor Gülnaz Dadaşova tədbirin vacibliyini vurğulayıb: "Bu forum kardiologiya sahəsində həyata keçirilən islahatların ilkin nəticələrini və perspektivlərini dərindən analiz etmək, eləcə də geniş, çoxtərəfli müzakirələr aparmaq üçün əhəmiyyətli bir platformadır. Əminəm ki, forumda aparılan səmərəli müzakirələr və fikir mübadilələri kardiologiyanın növbəti dövründəki inkişafına əhəmiyyətli töhfə verəcək".

Çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev bildirib ki, zəngin proqram çərçivəsində maraqlı panellər və kurslar keçirilir və bu da öz növbəsində kardiologiya sahəsinin inkişafına müsbət təsir göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli forumun kardiologiya sahəsində gənc mütəxəssisləri bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxışında forumun proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin praktiki aspektlərinə həsr olunmuş iclasların, orijinal tədqiqat nəticələrinin və real klinik təcrübədən götürülmüş hallar əsasında keçirilən klinik debatların daxil olduğunu bildirib.

Qeyd edək ki, üç gün davam edən foruma 600-dən artıq yerli mütəxəssis qatılıb. 

I Gənc Kardioloqlar Forumu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 46 DTT kredit balı ilə qiymətləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pekində Azərbaycan-Çin sənədləri imzalanıb

13:16
23 Aprel

Futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

13:12
23 Aprel

Azərbaycanın COP29 uğuru Londonda mükafatlandırılıb

13:07
23 Aprel

  Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb

12:40
23 Aprel

Dünya bazarında qızıl 91 dollardan çox ucuzlaşıb

11:42
23 Aprel

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:11
23 Aprel

DSMF-də Türkiyənin Sosial Təminat Qurumunun nümayəndə heyəti ilə görüş olub

10:10
23 Aprel

Kənd təsərrüfatı nazirinin müavini Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

10:03
23 Aprel

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

10:02
23 Aprel

Dövlət proqramına uyğun yeni yolun inşası sürətlə davam etdirilir

10:01
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

09:58
23 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub  

09:54
23 Aprel

BVF-dən xəbərdarlıq: Britaniya iqtisadiyyatı tariflərin təsirinə düşür

09:53
23 Aprel

Nəfəs almaq üçün hava nə qədər təhlükəsizdir? - TƏDQİQAT

09:50
23 Aprel

Ərdoğan: Türkiyə-Pakistan əməkdaşlığı bölgədə sülhə mühüm töhfə verir

09:49
23 Aprel

Fransada kriminal gərginlik 

08:50
23 Aprel

Naftalandan iki xəbər

08:45
23 Aprel

Paşinyanın sözləri ilə hərəkətləri üst-üstə düşmür

08:40
23 Aprel

"Xristian klubları"nın bitməyən qərəzi

08:35
23 Aprel

"Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlayır"

08:30
23 Aprel

Saxtakarlıq və yalan sağalmaz erməni xəstəliyidir

08:25
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!