04 Aprel 2025 08:40
432
SİYASƏT
A- A+
Ermənistan yenə öz ampluasındadır

Ermənistan yenə öz ampluasındadır


İrəvan xarici siyasət kursundakı ənənəvi metodunu davam etdirir


"Ermənistanın son dövrlərdəki siyasəti ziddiyyətli və qeyri-müəyyən xarakter daşıyır. Belə ki, rəsmi İrəvan bir tərəfdən sülh prosesinə və sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan edir, digər tərəfdən isə Azərbaycanla şərti sərhəd zonasında müxtəlif təxribatlara əl atır, eyni zamanda Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur".

Bu fikirləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev deyib. Siyasi şərhçi qeyd edib ki, 30 illik işğal dövrü ərzində Ermənistan tərəfindən danışıqların və əldə edilmiş müəyyən razılaşmaların  bu formada sabotaj edilməsinə dair bir çox nümunə var. Ermənistanın xarici siyasət kursunda bu metod bir növ ənənəyə çevrilib. İrəvan yenə  öz ampluasındadır. Belə ki, rəsmi İrəvan bu cür təxribatlar və Aİ müşahidə missiyası vasitəsilə Azərbaycanın qeyri-konstruktiv mövqedə olduğunu beynəlxalq ictimaiyyətə göstərmək niyyətindədir. Bu da  onu deməyə əsas verir ki, Ermənistanın sülh ritorikası daha çox beynəlxalq ictimaiyyətə yönəlmiş formal bir addımdır. Ermənistanın əsas məqsədi sülh müqaviləsini imzalamadan Azərbaycan üzərində diplomatik təzyiq mexanizmləri yaratmaqdır. 

Ekspert bildirib ki, sülh ritorikasının formal olmasına Azərbaycanın ATƏT-in fəaliyyət göstərməyən Minsk qrupunun ləğv edilməsi tələbinə qarşı Ermənistanın mövqeyi də dəlalət edir: "Fəaliyyət göstərməyən Minsk qrupunun ləğv olunması üçün, əslində, heç bir maneə yoxdur. Bunun üçün heç bir referendum keçirmək lazım deyil və bu istiqamətdə qərarın verilməsi Ermənistanın rəhbərliyinin əlindədir. Lakin buna baxmayaraq, Ermənistan rəhbərliyi bu addımı atmır. Belə bir fakt, əlbəttə ki, rəsmi İrəvanın qeyri-rəsmi mövqeyindən xəbər verir və Ermənistanın real sülh prosesindən yayınaraq siyasi manipulyasiya apardığını göstərir. Ermənistanın sülh ritorikasının qeyri-səmimi olmasına dəlalət edən digər bir fakt da var. Bu da Ermənistan Ali Sovetinin 8 iyul 1992-ci il tarixdə qəbul etdiyi və hələ də qüvvədə olan qərardır. Həmin qərarda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əks olunur. Belə ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edən beynəlxalq və ya daxili hər hansı bir sənədin Ermənistan üçün qəbuledilməz olduğu qeyd edilir. Ümumiyyətlə, belə bir qərarın qüvvədə olması sülh sazişinin bağlanmasına maneədir və onun legitimliyinə kölgə salır. Əslində, bu qərarın ləğv edilməsi üçün də heç bir maneə yoxdur. Ermənistan parlamenti bu qərarı istədiyi vaxt ləğv edə bilər. Lakin görünən odur ki, rəsmi İrəvan buna can atmır. Əksinə, sülh sazişi bağlamaq istəyir ritorikası ilə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir". 

F.Abdullayev düşünür ki, Ermənistan rəhbərliyi həqiqətən sülhə hazır olduğunu göstərmək istəyirsə, mövcud imkanlarından istifadə edərək dərhal ATƏT-in fəaliyyət göstərməyən Minsk qrupunun və 8 iyul 1992-ci il tarixli qərarın ləğv edilməsi istiqamətində əməli addımlar atmalıdır. Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən preambula hissəsindəki Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması üçün isə əhalisini hazırlamalıdır. Mart ayında iki beynəlxalq müstəqil təşkilat (Gallup və FOCUS) tərəfindən keçirilmiş sorğular onu deməyə əsas verir ki, Ermənistan əhalisi hələ də sülhə hazır deyil. Belə ki, sorğuda iştirak edən erməni əhalinin təqribən 60-70 faizi Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən konstitusiyalarının dəyişdirilməsinə qarşıdır. 

Siyasi ekspert vurğulayıb ki, Ermənistanın Azərbaycanla şərti sərhəd zonasında törətdiyi təxribatlara bu ölkə daxilində qeyri-sabit daxili ictimai-siyasi vəziyyət də səbəb ola bilər. Belə ki, Ermənistanın iqtidarının reytinqi gün keçdikcə aşağı düşür, ölkə daxilində müxtəlif əhali qrupları arasında narazılıq yüksəlir və azsaylı etiraz aksiyalarının sayı artır. Bunu Ermənistanın ən böyük şəhərlərindən biri hesab edilən Gümrüdə yerli icra orqanlarına keçirilmiş növbədənkənar seçkilərdə iqtidar partiyasının məğlub olması da göstərir. "Daxili ictimai-siyasi vəziyyətdə büruzə verən bütün bu neqativ hallar, əlbəttə, ki, Ermənistan hakimyyətini şərti sərhəd zonasında təxribatlar törətməyə və bununla da əhalinin diqqətini yayındırmağa vadar edir. Mart ayında Ermənistanda keçirilmiş sorğuların nəticələrinə görə, respondentlərin 56,3 faizi ölkədəki vəziyyətin tamamilə qeyri-sabit olduğuna əminlik ifadə edib", - deyə o əlavə edib.

Ermənistanın sürətlə silahlanması və ordusunun yeni müharibəyə hazırlığı prosesinin davam etdiyini qeyd edən F.Abdullayev bildirib ki, ordunun şəxsi heyəti müxtəlif xüsusi təyinatlı qüvvələrin təlimlərinə cəlb edilir. Bu prosesdə Hindistan və Fransa Ermənistana ciddi dəstək göstərir. Yəni bu iki ölkə yalnız silah və hərbi-texnika satmır, eyni zamanda Ermənistan ordusunu yeni müharibəyə hazırlayır. Bütün bu faktlar Ermənistanın sülh ritorikasının yalan və manipulyasiyadan başqa heç nə olmadığını göz onünə sərir.  


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

"Çətin yollar boyunca..."

09:15
13 Aprel

Gənc muğam ifaçısı

09:10
13 Aprel

"Kimyaçı olmağımla fəxr edirəm"

09:05
13 Aprel

Bir "yaşıl enerji" dəhlizi isə başlanğıcını Naxçıvandan götürəcək

09:00
13 Aprel

İkinci həyat

08:55
13 Aprel

Bakıda I Gənc Kardioloqlar Forumu olub

08:50
13 Aprel

Azərbaycan Astanada II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq

08:45
13 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim keçirilib

08:40
13 Aprel

Revanşist siyasəti Ermənistanı uçuruma aparır

08:35
13 Aprel

İkili standartların növbəti təzahürü

08:30
13 Aprel

İlham Əliyevin uğur formulu

08:25
13 Aprel

Ağstafada "Qərbi Azərbaycana qayıdış yolunda" adlı elmi-praktik konfrans keçirilib 

08:20
13 Aprel

Sumqayıtda Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirilib

08:15
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!