16 Noyabr 2026 17:07
160
Səhiyyə
A- A+
Sinir hüceyrələrini məhv olmaqdan qoruyan təbii maddə tapılıb

Sinir hüceyrələrini məhv olmaqdan qoruyan təbii maddə tapılıb


Avstraliyanın Vullonqonq Universitetinin alimləri tropik Anisoptera thurifera ağacında aşkar edilən hopeafenol adlı təbii maddənin hərəki neyron xəstəlikləri zamanı sinir hüceyrələrini məhv olmaqdan qoruya biləcəyini müəyyən ediblər. Araşdırmanın nəticələri nüfuzlu “Cell Death & Disease” (CD&D) elmi jurnalında dərc olunub.

Mütəxəssislər xəstəliyin müxtəlif formalarından əziyyət çəkən pasiyentlərin kök hüceyrələrindən yetişdirilmiş hərəki neyronlar üzərində 500-dən çox təbii birləşməni sınaqdan keçiriblər. Tədqiq edilən maddələr arasında Papua-Yeni Qvineya, İndoneziya və Filippində bitən sözügedən ağacdan əldə olunan iki birləşmə ən perspektivli nəticəni göstərib.

Xüsusilə hopeafenol maddəsi yüksək effektivliyi ilə seçilib. O, sinir hüceyrələrinin parçalanmasının qarşısını almağa və siqnalların ötürülməsinə cavabdeh olan uzun çıxıntıları qorumağa kömək edib. 14 donordan götürülmüş hüceyrələr üzərində aparılan təcrübələrdə maddə 12 halda qoruyucu təsir nümayiş etdirib. Üstəlik, onun təsiri üzümün tərkibində olan və faydalı xüsusiyyətləri ilə tanınan resveratrol birləşməsindən daha güclü olub.

Tədqiqatçılar müəyyən ediblər ki, hopeafenol hüceyrələrin stress və zədələnmələrlə mübarizə aparmasına kömək edən SIRT1 zülalı vasitəsilə qismən təsir göstərir. Alimlər eyni zülala təsir edən SRT2104 birləşməsini də sınaqdan keçiriblər və məlum olub ki, bu maddə neyronları hopeafenol üçün tələb olunandan təxminən üç dəfə aşağı konsentrasiyada qoruya bilir.

Araşdırma müəllifləri hesab edirlər ki, aşkar edilən bu təbii maddələr gələcəkdə hərəki neyron xəstəliklərinə qarşı yeni və effektiv dərman preparatlarının hazırlanması üçün mühüm əsas ola bilər.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsan bədənində toxuma çapı  

17:23
16 Noyabr

Rusiya və Çin arasında hərbi-texniki əməkdaşlıq dərinləşir  

17:15
16 Noyabr

Sinir hüceyrələrini məhv olmaqdan qoruyan təbii maddə tapılıb

17:07
16 Noyabr

Alimlər gəzərkən yorğunluğu azaldan xüsusi corablar hazırlayıblar

17:05
16 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

17:03
16 Noyabr

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub  

17:01
16 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:00
16 Noyabr

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

16:43
16 Noyabr

Azərbaycan ilə Gürcüstan sərhəddə yük və sərnişin qatarlarının keçid müddətinin azaldılmasını müzakirə edib  

16:03
16 Noyabr

Kanada avtomobil sektoru üçün Avropa və Asiya variantlarını araşdırır

15:58
16 Noyabr

Şəhidliyin və qəhrəmanlığın yazıya hopan salnaməsi  

15:51
16 Noyabr

İspaniyada 4 min il əvvələ aid monumental daş məzarlar aşkarlanıb  

15:21
16 Noyabr

Nazir Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:20
16 Noyabr

Yaxın iki günün hava proqnozu açıqlanıb

15:13
16 Noyabr

Sabah meteor yağışı pik həddinə çatacaq

15:01
16 Noyabr

Vüqar Gülməmmədov: 2027-ci ilin dövlət büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsi olacaq

14:57
16 Noyabr

Bakı-London münasibətlərində yeni strateji mərhələ: Azərbaycanın növbəti siyasi uğuru   

14:55
16 Noyabr

Çinə çip satışını sərtləşdirən yeni qanunlara ehtiyac görülmür

14:51
16 Noyabr

 Gürcüstanda V–VI əsrlərə aid saray aşkarlanıb

14:47
16 Noyabr

Gəncə V kitab sərgisi 3 gün davam etdi

14:32
16 Noyabr

Turş dadın digər dad hisslərini necə zəiflətdiyi məlum olub  

14:29
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!