16 Noyabr 2026 17:01
94
CƏMİYYƏT
A- A+
COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub  

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub  


Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində noyabrın 16-də “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Bir ovuc dünya” ( A Handful of World) sənədli filminin xüsusi nümayişi olub.

AZƏRTAC xəbər verir ki, Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin nümayişi COP31-dəki Azərbaycan pavilyonunda baş tutub.

Tədbirin rəsmi hissəsində danışan filmin müəllifi, tanınmış jurnalist, Mətbuat Şurası İdarə heyətinin üzvü Ayaz Mirzəyev bildirib ki, “Bir ovuc dünya” – Qarabağ və Şərqi Zəngəzurda törədilən ekoloji dağıntıların sənədli vizual yaddaşıdır. Ekran əsəri işğal zamanı Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətlərinə, meşə örtüyünə, su ehtiyatlarına və ekoloji mühitinə vurulan zərəri sənədli materiallar və faktlar vasitəsilə diqqətə çatdırır.

Qeyd edilib ki, hər bir kadr müəyyən bir ərazinin, təbiət mənzərəsinin və baş vermiş hadisənin vizual sənədi olmaqla yanaşı, gələcəkdə elmi araşdırmalar və ekoloji qiymətləndirmələr üçün də əhəmiyyətli mənbə kimi nəzərdən keçirilə bilər.

“Bu ekran əsərinin ərsəyə gəlməsində əsas məqsəd ekoloji dağıntıların miqyasını, nəticələrini və gələcək nəsillər üçün daşıdığı əhəmiyyəti nümayiş etdirməklə yanaşı, beynəlxalq auditoriyanı da məlumatlandırmaqdır. Film bizə təbiətə vurulan zərərin yalnız bu günün deyil, gələcəyin də problemi olduğunu göstərir”.

O, filmin istehsalında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də minnətdarlığını bildirib.

Sonra film ingilis dilində nümayiş etdirilib.

Filmin baxışında “Great Whale Conservancy” təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, BMT-nin COP29 üzrə yüksəksəviyyəli iqlim çempionu Nigar Arpadarai, COP31-ə qatılan ekologiya sahəsi üzrə beynəlxalq mütəxəssislər, alimlər, ekspertlər, vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

Nümayişdən sonra iştirakçılar mövzu ilə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, “Bir ovuc dünya” sənədli filminin ilk nümayişi 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində baş tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya və Çin arasında hərbi-texniki əməkdaşlıq dərinləşir  

17:15
16 Noyabr

Sinir hüceyrələrini məhv olmaqdan qoruyan təbii maddə tapılıb

17:07
16 Noyabr

Alimlər gəzərkən yorğunluğu azaldan xüsusi corablar hazırlayıblar

17:05
16 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

17:03
16 Noyabr

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub  

17:01
16 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:00
16 Noyabr

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

16:43
16 Noyabr

Azərbaycan ilə Gürcüstan sərhəddə yük və sərnişin qatarlarının keçid müddətinin azaldılmasını müzakirə edib  

16:03
16 Noyabr

Kanada avtomobil sektoru üçün Avropa və Asiya variantlarını araşdırır

15:58
16 Noyabr

Şəhidliyin və qəhrəmanlığın yazıya hopan salnaməsi  

15:51
16 Noyabr

İspaniyada 4 min il əvvələ aid monumental daş məzarlar aşkarlanıb  

15:21
16 Noyabr

Nazir Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:20
16 Noyabr

Yaxın iki günün hava proqnozu açıqlanıb

15:13
16 Noyabr

Sabah meteor yağışı pik həddinə çatacaq

15:01
16 Noyabr

Vüqar Gülməmmədov: 2027-ci ilin dövlət büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsi olacaq

14:57
16 Noyabr

Bakı-London münasibətlərində yeni strateji mərhələ: Azərbaycanın növbəti siyasi uğuru   

14:55
16 Noyabr

Çinə çip satışını sərtləşdirən yeni qanunlara ehtiyac görülmür

14:51
16 Noyabr

 Gürcüstanda V–VI əsrlərə aid saray aşkarlanıb

14:47
16 Noyabr

Gəncə V kitab sərgisi 3 gün davam etdi

14:32
16 Noyabr

Turş dadın digər dad hisslərini necə zəiflətdiyi məlum olub  

14:29
16 Noyabr

2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək

14:10
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!