16 Noyabr 2026 17:05
165
DÜNYA
A- A+
Alimlər gəzərkən yorğunluğu azaldan xüsusi corablar hazırlayıblar

Alimlər gəzərkən yorğunluğu azaldan xüsusi corablar hazırlayıblar


ABŞ-nin Texas Universitetinin alimləri insanın yeriyərkən daha az enerji sərf etməsinə və gec yorulmasına kömək edən xüsusi corablar yaradıblar. Bu corablar ayağın ön hissəsini möhkəm sıxaraq pəncənin ortasındakı qövsü daha sərt vəziyyətdə saxlayır.

“Science Alert” portalının məlumatına görə, tədqiqatın nəticələri “Proceedings of the Royal Society B” elmi jurnalında dərc olunub.

Alimlər əvvəlcə insan ayağının niyə meymunlarınkından daha sərt quruluşa malik olduğunu araşdırıblar. Təcrübələr göstərib ki, ayağın sərt qalması iki ayaq üstə daha az enerji sərf edərək yeriməyə imkan verir. 12 sağlam könüllü üzərində aparılan sınaqlar zamanı məlum olub ki, bu xüsusi corablar adi corablarla müqayisədə bədənin enerji sərfiyyatını 2 faiz azaldır. Mütəxəssislər bunu uzun yol gedərkən belinizdən iki kiloqramlıq yükün götürülməsi ilə müqayisə edirlər. Corabların sıx toxunmuş hissəsi ayağın eninə yayılmasının qarşısını alır, lakin addım atarkən ayağın bükülməsinə mane olmur. Nəticədə baldır əzələləri daha rahat və qənaətlə işləyir.

Əvvəllər ayaqqabılar üçün hazırlanan sərt içliklər bu effekti verməmişdi. Bahalı və ağır texnoloji cihazlardan fərqli olaraq bu corablar həm ucuz, həm də gündəlik istifadə üçün çox rahatdır. Artıq patenti alınan bu ixtiranın gələcəkdə həm idmançılar, həm də hərəkət etməkdə çətinlik çəkən insanlar üçün faydalı olacağı düşünülür.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsan bədənində toxuma çapı  

17:23
16 Noyabr

Rusiya və Çin arasında hərbi-texniki əməkdaşlıq dərinləşir  

17:15
16 Noyabr

Sinir hüceyrələrini məhv olmaqdan qoruyan təbii maddə tapılıb

17:07
16 Noyabr

Alimlər gəzərkən yorğunluğu azaldan xüsusi corablar hazırlayıblar

17:05
16 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

17:03
16 Noyabr

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub  

17:01
16 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:00
16 Noyabr

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

16:43
16 Noyabr

Azərbaycan ilə Gürcüstan sərhəddə yük və sərnişin qatarlarının keçid müddətinin azaldılmasını müzakirə edib  

16:03
16 Noyabr

Kanada avtomobil sektoru üçün Avropa və Asiya variantlarını araşdırır

15:58
16 Noyabr

Şəhidliyin və qəhrəmanlığın yazıya hopan salnaməsi  

15:51
16 Noyabr

İspaniyada 4 min il əvvələ aid monumental daş məzarlar aşkarlanıb  

15:21
16 Noyabr

Nazir Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:20
16 Noyabr

Yaxın iki günün hava proqnozu açıqlanıb

15:13
16 Noyabr

Sabah meteor yağışı pik həddinə çatacaq

15:01
16 Noyabr

Vüqar Gülməmmədov: 2027-ci ilin dövlət büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsi olacaq

14:57
16 Noyabr

Bakı-London münasibətlərində yeni strateji mərhələ: Azərbaycanın növbəti siyasi uğuru   

14:55
16 Noyabr

Çinə çip satışını sərtləşdirən yeni qanunlara ehtiyac görülmür

14:51
16 Noyabr

 Gürcüstanda V–VI əsrlərə aid saray aşkarlanıb

14:47
16 Noyabr

Gəncə V kitab sərgisi 3 gün davam etdi

14:32
16 Noyabr

Turş dadın digər dad hisslərini necə zəiflətdiyi məlum olub  

14:29
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!