16 Noyabr 2026 14:47
79
CƏMİYYƏT
A- A+
 Gürcüstanda V–VI əsrlərə aid saray aşkarlanıb

 Gürcüstanda V–VI əsrlərə aid saray aşkarlanıb


Arxeoloqlar Tbilisi yaxınlığında, Marneuli rayonunda aparılan qazıntılar zamanı V–VI əsrlərə aid olduğu ehtimal edilən sarayın bir hissəsini aşkar ediblər. Bu barədə Gürcüstanın Milli Mədəni İrsin Qorunması Agentliyi məlumat yayıb.

Məlumata görə, arxeoloji qazıntılar Marneuli bələdiyyəsinin İkinci Kəsalo kəndində aparılır. Aşkar edilən tikili çay yaxınlığında, uçurumun kənarında yerləşən qədim tikilinin alçaq divar bünövrəsindən ibarətdir. Mütəxəssislərin ilkin ehtimalına görə, bu tikili yerli hökmdara və ya nüfuzlu zadəgan ailəsinin nümayəndəsinə məxsus saray olub.

Hazırda kompleksin yeni sahələrində arxeoloji tədqiqatlar davam etdirilir. Növbəti mərhələdə divarların, kirəmit qatlarının və qədim otaqların döşəmələrinin üzə çıxarılması nəzərdə tutulur. Sarayın tədqiqində iştirak edən arxeoloq David Mindoraşvilinin sözlərinə görə, tikili vahid memarlıq planı əsasında inşa edilib və müxtəlif otaqlardan, dəhlizlərdən, eləcə də anbar sahələrindən ibarət olub. Arxeoloq qeyd edib ki, indiyədək Gürcüstanda bu miqyasda saray kompleksi aşkar edilməyib.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:20
16 Noyabr

Yaxın iki günün hava proqnozu açıqlanıb

15:13
16 Noyabr

Sabah meteor yağışı pik həddinə çatacaq

15:01
16 Noyabr

Vüqar Gülməmmədov: 2027-ci ilin dövlət büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsi olacaq

14:57
16 Noyabr

Bakı-London münasibətlərində yeni strateji mərhələ: Azərbaycanın növbəti siyasi uğuru   

14:55
16 Noyabr

Çinə çip satışını sərtləşdirən yeni qanunlara ehtiyac görülmür

14:51
16 Noyabr

 Gürcüstanda V–VI əsrlərə aid saray aşkarlanıb

14:47
16 Noyabr

Gəncə V kitab sərgisi 3 gün davam etdi

14:32
16 Noyabr

Turş dadın digər dad hisslərini necə zəiflətdiyi məlum olub  

14:29
16 Noyabr

2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək

14:10
16 Noyabr

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb - SƏRƏNCAM

14:03
16 Noyabr

Mərkəzi Bankın sədri: Məzənnə 2027-ci ildə də makroiqtisadi sabitliyin əsas dayağı olacaq 

13:46
16 Noyabr

Nazir: Qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar konservativ yanaşma əsasında hazırlanıb 

13:39
16 Noyabr

2022-2026-cı illərdə ÜDM-in orta illik artımı 2,7 faiz olacaq 

13:31
16 Noyabr

Azərbaycanda qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub

13:27
16 Noyabr

Nazir: Yeni artım mənbələrinə keçid qaçılmazdır

13:13
16 Noyabr

"Sabah" - "Barselona" oyununa satılmış biletlərin sayı açıqlanıb

13:01
16 Noyabr

2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb

12:58
16 Noyabr

Neftin qiyməti hələ ki, yüksək səviyyədə qalmaqda davam edir  

12:53
16 Noyabr

İqtisadiyyat naziri: Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir  

12:49
16 Noyabr

Nazir: Növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq  

12:41
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!