16 Noyabr 2026 16:43
113
CƏMİYYƏT
A- A+
Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır


Bakıdan Belemə, daha sonra isə Antalyayadək iqlim öhdəliklərini icraata çevirmək məqsədilə birgə çalışdıq. Məsləhətləşmələrlə yanaşı, 148 yazılı təklifi bir araya gətirərək müvafiq sənədi hazırladıq. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün lazım olan həllərin bir çoxuna artıq sahibik. Lakin bu fəaliyyətlərin həyata keçirilməsi qeyri-kafi maliyyələşmə, texnologiyaya məhdud çıxış və zəif institusional imkanlar səbəbindən məhdudlaşmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən "Belem Missiyası: 1,5-ə doğru" mövzusunda yüksəksəviyyəli görüşdə çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev deyib.

Onun sözlərinə görə, maliyyə məsələsi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin və Milli Uyğunlaşma Planlarının həyata keçirilməsində ən sıx rast gəlinən maneədir.

“İnkişaf etmiş ölkələr tərəfindən 2024-cü ildə iqlim məqsədləri üçün ayrılan dövlət maliyyəsinin təxminən üçdə ikisi kreditlər şəklində olub, qrantlar isə cəmi 30 faizə yaxın hissəni təşkil edib. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə kapitalın dəyəri çox vaxt inkişaf etmiş iqtisadiyyatlardan iki-üç dəfə yüksək olur”, - deyə M.Babayev qeyd edib.

COP29-un Prezidenti məsələnin sadəcə daha çox vəsait səfərbər etməkdən ibarət olmadığını vurğulayıb. Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, vacib olan maliyyənin əlverişli və əlçatan olmasını, həmçinin ölkələrin ehtiyaclarına uyğun gəlməsini təmin etməkdir.

“Artıq həm maneələr, həm də həll yolları barədə daha aydın təsəvvürə malikik. Ümumi məsuliyyətimiz ondan ibarətdir ki, daha möhkəm tərəfdaşlıqlar, daha səmərəli maliyyələşdirmə və praktiki səviyyədə ölçülə bilən irəliləyişlər vasitəsilə bu işin Antalyadan sonra da davam etməsini təmin edək”, - deyə M.Babayev fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftənin iqtisadi icmalı  

17:03
16 Noyabr

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub  

17:01
16 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:00
16 Noyabr

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

16:43
16 Noyabr

Azərbaycan ilə Gürcüstan sərhəddə yük və sərnişin qatarlarının keçid müddətinin azaldılmasını müzakirə edib  

16:03
16 Noyabr

Kanada avtomobil sektoru üçün Avropa və Asiya variantlarını araşdırır

15:58
16 Noyabr

Şəhidliyin və qəhrəmanlığın yazıya hopan salnaməsi  

15:51
16 Noyabr

İspaniyada 4 min il əvvələ aid monumental daş məzarlar aşkarlanıb  

15:21
16 Noyabr

Nazir Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:20
16 Noyabr

Yaxın iki günün hava proqnozu açıqlanıb

15:13
16 Noyabr

Sabah meteor yağışı pik həddinə çatacaq

15:01
16 Noyabr

Vüqar Gülməmmədov: 2027-ci ilin dövlət büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsi olacaq

14:57
16 Noyabr

Bakı-London münasibətlərində yeni strateji mərhələ: Azərbaycanın növbəti siyasi uğuru   

14:55
16 Noyabr

Çinə çip satışını sərtləşdirən yeni qanunlara ehtiyac görülmür

14:51
16 Noyabr

 Gürcüstanda V–VI əsrlərə aid saray aşkarlanıb

14:47
16 Noyabr

Gəncə V kitab sərgisi 3 gün davam etdi

14:32
16 Noyabr

Turş dadın digər dad hisslərini necə zəiflətdiyi məlum olub  

14:29
16 Noyabr

2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək

14:10
16 Noyabr

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb - SƏRƏNCAM

14:03
16 Noyabr

Mərkəzi Bankın sədri: Məzənnə 2027-ci ildə də makroiqtisadi sabitliyin əsas dayağı olacaq 

13:46
16 Noyabr

Nazir: Qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar konservativ yanaşma əsasında hazırlanıb 

13:39
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!