16 Noyabr 2026 11:05
192
Səhiyyə
A- A+
Diş itkisi demensiyadan xəbər verə bilər

Diş itkisi demensiyadan xəbər verə bilər


Yaponiya alimləri təxminən 900 il ərzində yaşı 65 və daha yuxarı olan 47293 nəfərin sağlamlıq məlumatlarını təhlil edərək, ağız boşluğu sağlamlığı ilə demensiya arasındakı əlaqəni araşdırıblar. 2013-2022-ci illəri əhatə edən tədqiqatda iştirak edən 8247 nəfərə demensiya diaqnozu qoyulub. Nəticələr göstərib ki, təbii dişlərin sayı azaldıqca demensiyaya tutulma tezliyi artır. Ən azı 20 dişi olanlarla müqayisədə, heç bir dişi qalmayan şəxslərdə demensiya riskinin 27 faiz daha yüksək olduğu müəyyən edilib.

Tədqiqat müəyyən edib ki, diş itkisi ilə demensiya arasındakı əlaqə kişilərdə daha güclüdür. Alimlərin hesablamalarına görə, ümumi əhali arasında bütün demensiya hallarının 7,2 faizi diş itkisi ilə əlaqəli ola bilər. Bu göstərici qadınlarda 6,1 faiz təşkil etdiyi halda, kişilərdə 12 faizə bərabərdir. Tədqiqatçılar qeyd ediblər ki, demensiya üçün nəzərdən keçirilən və aradan qaldırılması mümkün olan risk amilləri arasında diş itkisi kişilər üçün xüsusilə diqqət çəkir.

Alimlərin fikrincə, diş itkisi çeynəmə çətinliyi səbəbindən qidalanma rejimini pozaraq beyin sağlamlığına mənfi təsir göstərə bilər. Digər mümkün mexanizmlərə ağız boşluğundakı iltihabın bütün orqanizmdə sistemli iltihabı artırması və diş itkisinin sosial təcridə səbəb ola bilməsi daxildir. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, diş itkisinin birbaşa demensiyaya səbəb olduğu sübuta yetirilməyib. Əldə edilən nəticələr göstərir ki, koqnitiv zəifləmə və demensiya ilə mübarizədə ağız və diş sağlamlığına daha çox diqqət yetirilməlidir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

11:42
16 Noyabr

Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb

11:28
16 Noyabr

Diş itkisi demensiyadan xəbər verə bilər

11:05
16 Noyabr

Həftəsonu ölkə ərazisində 59 cinayətin açılması təmin olunub

11:02
16 Noyabr

Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb  

11:00
16 Noyabr

Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA

10:53
16 Noyabr

İraq mediasında Zəfər Günü və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri barədə məqalələr dərc olunub

10:49
16 Noyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:48
16 Noyabr

Bakıda güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın budaqları qırılıb

10:35
16 Noyabr

Birjalarda neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:27
16 Noyabr

COP31-də bu gün elm, sənaye və texnologiya məsələlərinə həsr olunub

10:26
16 Noyabr

16 noyabr – Beynəlxalq Tolerantlıq Günüdür

09:53
16 Noyabr

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub  

09:52
16 Noyabr

ABŞ Putin, Tramp və Si Cinpin arasında noyabrın 19-da keçiriləcək görüşü təsdiqləyib

09:17
16 Noyabr

Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib  

08:57
16 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:05
15 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:54
15 Noyabr

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə  

19:39
15 Noyabr

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

17:09
15 Noyabr

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

16:47
15 Noyabr

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

15:51
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!