16 Noyabr 2026 10:49
251
SİYASƏT
A- A+
İraq mediasında Zəfər Günü və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri barədə məqalələr dərc olunub

İraq mediasında Zəfər Günü və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri barədə məqalələr dərc olunub


İraqın “Zaman”, “Dustur”, “Besmar”, “alhadathcenter” saytlarında, eləcə də Misirin “əl-Diplomasi” qəzetində Azərbaycanın 8 Noyabr – Zəfər Günü, Vətən müharibəsində qazanılmış tarixi Qələbə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və regionda sülh perspektivlərinə həsr olunmuş məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, iraqlı tədqiqatçı Mutəzz Muhy Əbdülhəmidin müəllifli olduğu yazılarda 8 Noyabrın Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutduğu vurğulanır, bu tarixin ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramın, milli birliyin və həmrəyliyin rəmzi olduğu qeyd edilir.

Məqalələrdə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğu bildirilir. Prezident İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı tarixi Qələbənin əsas amilləri kimi səciyyələndirilir.

Müəllif müharibədənsonrakı dövrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq layihələrinə də diqqət çəkir. Yolların, körpülərin və hava limanlarının inşası, müasir şəhər və kəndlərin salınması, tarixi-mədəni abidələrin bərpası, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində görülən işlər xüsusi vurğulanır. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mədəni irsin bərpası layihələri də qeyd olunur.

Yazılarda mina təhlükəsinin Azərbaycanın üzləşdiyi əsas humanitar problemlərdən biri olduğu, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və ərazilərin təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilir.

Məqalələrin digər hissəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri təhlil edilir. Müəllif 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazisində bərpa olunduğunu vurğulayır.

Müəllif, həmçinin 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin razılaşdırılmış mətninin paraflanmasının Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edir.

Yazılarda Azərbaycanın suverenlik və ərazi bütövlüyünün qorunması ilə yanaşı, regionda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş səyləri müsbət qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

11:42
16 Noyabr

Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb

11:28
16 Noyabr

Diş itkisi demensiyadan xəbər verə bilər

11:05
16 Noyabr

Həftəsonu ölkə ərazisində 59 cinayətin açılması təmin olunub

11:02
16 Noyabr

Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb  

11:00
16 Noyabr

Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA

10:53
16 Noyabr

İraq mediasında Zəfər Günü və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri barədə məqalələr dərc olunub

10:49
16 Noyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:48
16 Noyabr

Bakıda güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın budaqları qırılıb

10:35
16 Noyabr

Birjalarda neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:27
16 Noyabr

COP31-də bu gün elm, sənaye və texnologiya məsələlərinə həsr olunub

10:26
16 Noyabr

16 noyabr – Beynəlxalq Tolerantlıq Günüdür

09:53
16 Noyabr

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub  

09:52
16 Noyabr

ABŞ Putin, Tramp və Si Cinpin arasında noyabrın 19-da keçiriləcək görüşü təsdiqləyib

09:17
16 Noyabr

Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib  

08:57
16 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:05
15 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:54
15 Noyabr

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə  

19:39
15 Noyabr

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

17:09
15 Noyabr

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

16:47
15 Noyabr

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

15:51
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!