14 Noyabr 2026 11:24
155
SİYASƏT
A- A+
Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır


Prezident İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısına dəvət olunması Azərbaycanın Avropa siyasi məkanında artan rolunun və ölkəmizlə aparılan siyasi dialoqun genişlənməsinin göstəricisidir. Zirvə toplantısında dövlət başçısının iştirakı Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin mövcud səviyyəsini, eləcə də regional və beynəlxalq məsələlərin müzakirəsində fəal iştirakını nümayiş etdirir. 

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında dedi ki, 50-yə yaxın dövlət və hökumət başçısını bir araya gətirən bu platforma Avropanın təhlükəsizliyi, iqtisadi rəqabətqabiliyyətliliyi, enerji təminatı və nəqliyyat bağlantıları kimi mühüm məsələlərin müzakirəsi üçün geniş siyasi imkanlar yaradır. Prezident İlham Əliyevin bu sammitdə iştirak etməsi Azərbaycanın Avropa üçün dünyada söz sahibi olan, güclü və etibarlı tərəfdaş kimi qəbul edildiyini və ölkəmizlə siyasi təmasların daha da inkişaf etdirilməsinə böyük marağın olduğunu göstərən amildir. “Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin beynəlxalq səviyyədə artan nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi və regional, eləcə də qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə əlaqədardır. Bu maraq Avropa dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, dövlətimizin başçısı ilə keçirilən görüşlərdə, eləcə də yeni əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsində aydın şəkildə özünü göstərir”, – deyə o əlavə etdi.

Deputat diqqətə çatdırdı ki, Avropa Siyasi Birliyi 2022-ci ildə yaradılmış Avropa İttifaqına üzv olan və olmayan dövlətləri ümumi siyasi və strateji məsələlərin müzakirəsi üçün bir araya gətirən dialoq platformasıdır. Bu formatın əsas üstünlüyü müxtəlif siyasi mövqelərə malik ölkələrin liderlərinə ortaq maraq doğuran məsələləri birbaşa müzakirə etmək, qarşılıqlı məsləhətləşmələr aparmaq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək şəraiti yaratmasıdır. Azərbaycan bu platformada iştirak etməklə öz milli maraqlarını Avropa liderləri səviyyəsində təqdim edir, regional təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıqla bağlı mövqeyini çatdırır. Eyni zamanda, ölkəmiz Avropanın gələcəyinə dair müzakirələrdə yalnız müşahidəçi deyil, konkret təşəbbüsləri və regional imkanları olan tərəfdaş kimi iştirak edir. 

V.Rəhimzadə qeyd etdi ki, Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini şərtləndirən əsas istiqamətlərdən biri enerji təhlükəsizliyidir: “2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz tədarükünün genişlənməsi ölkəmizin enerji təchizatının şaxələndirilməsindəki rolunu daha da artırıb. Prezident İlham Əliyev Dublin sammiti çərçivəsində keçirilən “Rəqabətqabiliyyətli Avropanın qurulması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada çıxışı zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə toxunub. Dövlət başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd edib və bildirib ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını 8 milyard kubmetrdən 13 milyard kubmetrə qədər artırıb. Bu faktlar Azərbaycanın enerji tərəfdaşlığının konkret nəticələrini nümayiş etdirir”. 

Deputat vurğuladı ki, Azərbaycanın Avropa ilə əməkdaşlığı ənənəvi enerji resursları ilə məhdudlaşmır. Ölkəmizin bərpaolunan enerji potensialı, Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və Mərkəzi Asiya ilə yaşıl enerji bağlantılarının yaradılması istiqamətində görülən işlər gələcək əməkdaşlıq üçün yeni perspektivlər açır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi də Azərbaycanın yaşıl enerjinin Avropa bazarlarına çatdırılmasında iştirak imkanlarını genişləndirəcək. Beləliklə, Azərbaycan yalnız mövcud enerji tələbatının ödənilməsinə töhfə verən ölkə deyil, həm də Avropanın gələcək enerji keçidində iştirak edəcək vacib və etibarlı tərəfdaşdır.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

Bilmək istəyirəm

09:05
14 Noyabr

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

09:00
14 Noyabr

ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib

08:55
14 Noyabr

Orqanizmi səssiz zədələyən "şirinlik"

08:50
14 Noyabr

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

08:45
14 Noyabr

Tanınmış dilçi alim

08:40
14 Noyabr

Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir

08:35
14 Noyabr

Şimali Makedoniya Prezidenti: "Avropa Siyasi Birliyi"nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir"

08:30
14 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları  

08:25
14 Noyabr

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

08:20
14 Noyabr

Avropada Azərbaycana yüksək diqqət var

08:15
14 Noyabr

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

08:10
14 Noyabr

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

08:05
14 Noyabr

Zəfər yolundan başlayan Böyük qayıdış

08:00
14 Noyabr

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:37
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:36
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:29
14 Noyabr

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

22:27
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!