№ 383
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 iyul tarixli 720 nömrəli Fərmanının 8.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1146 (Cild I); 2025, № 3, maddə 269, № 10, maddə 964) aşağıdakı məzmunda 3-2-ci hissə əlavə edilsin:
“3-2. Bu Qərar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan qurumlara və ya tabeliyində olan hüquqi şəxslərə, eləcə də onların strukturuna daxil olan və ya tabeliyində olan hüquqi şəxslərə, habelə onlar tərəfindən hüquqi şəxslərin yaradılması və yenidən təşkili, hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi yolu ilə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə şamil edilmir.”.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 13 ” “ noyabr ” 2026-cı il