№ 379
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 534 (Cild I); 2026, № 2, maddə 173) ilə təsdiq edilmiş “İcra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları”nın 4-cü hissəsinin “c” bəndinin beşinci abzasında “uşağın” sözündən sonra “, habelə borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29 (Cild I); 2022, № 4, maddə 386, № 8, maddə 1024; 2023, № 8 (II kitab), maddə 1266; 2025, № 12 (II kitab), maddə 1216) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 6.7.1.10-cu yarımbəndində “borclunun” sözü “borclu fiziki şəxsin, hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 13 ” “ noyabr ” 2026-cı il