13 Noyabr 2026 19:17
94
İQTİSADİYYAT
A- A+
Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədr müavini Musa Qasımlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş 2027-ci ilin dövlət büdcəsi layihəsinin mükəmməl hazırlandığını vurğulayıb. O qeyd edib ki, sənədin əsas məqsədi ölkəmizdə sabit, davamlı inkişafı təmin edərək dövlətimizin qüdrətini daha da möhkəmləndirmək və xalqımızın rifah halını daha da yaxşılaşdırmaqdır.

Sonra iclasda maliyyə nazirinin müavini Himalay Məmişov 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı məlumatı təqdim edib. Növbəti ilin əsas makroiqtisadi göstəriciləri barədə danışan nazir müavini bildirib ki, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 141 milyard manat, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 109,1 milyard manat həcmində planlaşdırılır. Xam neftin 1 barelinin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində müəyyən edilib. Orta illik inflyasiya 5,3 faiz həcmində, manatın məzənnəsi 1,7 manat həcmində nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertin 7 milyard ABŞ dolları həcmində olacağı gözlənilir.

Nazir müavini növbəti il üçün dövlət və icmal büdcənin gəlirləri barədə məlumatında nəzərə çatdırıb ki, icmal büdcənin gəlirləri 47,6 milyard manat, icmal büdcənin gəlirlərinin ÜDM-də payı 33,8 faiz, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faiz təşkil edəcək. Bildirilib ki, dövlət büdcəsinin gəlirləri 39,3 milyard manata, dövlət büdcəsi gəlirlərinin ÜDM-də payı isə 27,8 faizə bərabər olacaq. Dövlət büdcəsi gəlirlərinin strukturunda qeyri-neft sektoru üzrə daxilolmalar ümumi gəlirlərin 60,6 faizi və ya 23,8 milyard həcmində proqnozlaşdırılır. Neft-qaz sektorundan daxilolmalar isə ümumi gəlirlərin 39,4 faizini təşkil etməklə 15,5 milyard manat həcmində olacaq.

Sonra tədbirdə iqtisadiyyat nazirinin müavini Azər Bayramov çıxış edib. O bildirib ki, dayanıqlı iqtisadi artımın təmin olunması, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər nəticəsində növbəti illər üzrə də makroiqtisadi proqnozlarda artım öz əksini tapıb. 2027-ci ildə gözlənilən artım 2,7 faiz təşkil edəcək. Orta müddətli dövrdə - 2027-2030-cu illərdə bu artımın 3,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 4,4 faiz olacağı proqnozlaşdırılır. Həmçinin qeyri-neft sənayesi üzrə 7 faiz, informasiya və rabitə sektorunda 11 faiz, turizm sahəsində 8 faizdən yuxarı, nəqliyyat sektorunda 5 faizdən yuxarı iqtisadi artım gözlənilir. Qeyd edilib ki, tətbiqinə başlanılacaq yeni alətlər sahibkarların maliyyə və əməliyyat xərclərinin azalmasına, istehsalı və ixracı genişləndirməyə yönəlib və regionlarda, o cümlədən kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır.

Sonra iclasda Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib. O bildirib ki, dövlət maliyyəsinin idarəetməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması, dövlət büdcəsinin gəlir və xərclərinin düzgün uçotunun aparılması istiqamətlərində Hesablama Palatasının əvvəlki rəylərində qeyd edilmiş əksər məsələlər təqdim olunmuş büdcə zərfindətam və ya qismən nəzərə alınıb.

Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər "Büdcə sistemi haqqında" Qanunla müəyyən edilmiş tələblərə uyğundur. Hesablama Palatası qanun layihəsində əks etdirilmiş məbləğlərin əsasən düzgün olduğu, bəzi məbləğlərin isə dəqiqləşdirilməli olduğu qənaətindədir.

İclasda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış ediblər.

Müzakirələrdə çıxış edən deputatlar məsələ ilə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini və suallarını səsləndiriblər.

Maliyyə nazirinin müavini Himalay Məmişov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

20:27
13 Noyabr

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

20:19
13 Noyabr

Dublin sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

20:05
13 Noyabr

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı

19:41
13 Noyabr

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

19:17
13 Noyabr

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

19:11
13 Noyabr

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

19:03
13 Noyabr

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

18:27
13 Noyabr

BMT: Yəməndə avqustdan bəri 333 mindən çox insan didərgin düşüb

18:14
13 Noyabr

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

18:13
13 Noyabr

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

18:12
13 Noyabr

Yaddaş itkisinin gizli səbəbi tapılıb

18:03
13 Noyabr

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

17:48
13 Noyabr

Rusiyalıların təxminən üçdə ikisi iş yerində yuxuya gedir

17:47
13 Noyabr

Yer kürəsinin ən uzun heyvanı 119 metr uzunluğundadır  

17:44
13 Noyabr

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

17:43
13 Noyabr

Azərbaycan-Böyük Britaniya əlaqələrində yeni səhifə  

17:31
13 Noyabr

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?  

17:25
13 Noyabr

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb  

17:22
13 Noyabr

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

17:14
13 Noyabr

Qeyri-müntəzəm yuxu rejiminin gözlənilməz təhlükəsi üzə çıxıb

17:02
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!