№ 381
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465, № 7, maddələr 891, 903, № 9, maddələr 1045, 1106, № 10, maddələr 1165, 1178, № 11, maddə 1257, № 12 (I kitab), maddələr 1319, 1324; 2025, № 2, maddə 187, № 3,maddələr 266, 268, № 5, maddə 512, № 9, maddələr 845, 868, № 10, maddə 971, № 12 (II kitab), maddə 1261; 2026, № 1, maddə 80, № 2, maddə 178, № 4, maddə 383,№ 5 (II kitab), maddələr 452, 466, № 7 (II kitab), maddələr 732, 737; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 sentyabr tarixli 282 nömrəli və 22 sentyabr tarixli 311 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1604 31 000 0 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (31.12.2030-cu il tarixinədək 15%, lakin 1 kq 200 ABŞ dollarından az olmamaqla)” sözləri ilə əvəz edilsin;
1.2. 2402 10 000 2, 2402 10 000 9, 2402 20 100 0, 2402 20 900 0, 2402 90 000 2, 2402 90 000 3, 2402 90 000 9 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütunlarına “1000 ədəd, 0,5 ABŞ dolları” sözlərindən sonra “(31.12.2030-cu il tarixinədək 15%, lakin 1000 ədədinə 3,0 ABŞ dollarından az olmamaqla)” sözləri əlavə edilsin;
1.3. 5903 10 100 0 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “5” rəqəmi “5 (31.12.2030-cu il tarixinədək 15%)” sözləri ilə, 5903 10 900 0 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0” rəqəmi “0 (31.12.2030-cu il tarixinədək 15%)” sözləri ilə əvəz edilsin.
2. Bu Qərarın 1.1-ci və 1.2-ci bəndləri bu Qərarın dərc edildiyi gündən 90 (doxsan) gün, 1.3-cü bəndi isə 30 (otuz) gün sonra qüvvəyə minir.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 13 ” “ noyabr ” 2026-cı il