14 Noyabr 2026 08:20
41
İQTİSADİYYAT
A- A+
Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır


Yenilik ölkənin aqrar sektoruna nə vəd edir?


Azərbaycanda ev təsərrüfatlarının uçot qaydalarının yenilənməsi fermerlər və fərdi təsərrüfat sahibləri arasında bəzi suallar yaradıb. Yeni qaydalar hansı dəyişiklikləri gətirəcək? Kiçik ailə təsərrüfatlarında istehsal olunan məhsullar da uçota alınacaqmı? Bu proses fermerlər üçün əlavə öhdəliklər yaradacaq, yoxsa kənd təsərrüfatında istehsalın real həcmini müəyyənləşdirməyə və sahənin daha düzgün planlaşdırılmasına kömək edəcək?

Əslində, ev təsərrüfatlarının uçotu Azərbaycanda uzun illərdir aparılan ənənəvi statistik tədbirlərdəndir. Kənddə ötən əsrin 40-cı illərindən, şəhər və qəsəbələrdə isə 2012-ci ildən tətbiq olunan bu proses ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyətinin öyrənilməsini nəzərdə tutur. Dövlət Statistka Komitəsi bildirir ki, uçotun məqsədi ailələrin real vəziyyətini öyrənməkdir. Toplanan məlumatlar əhalinin yaşayış şəraiti, məşğulluğu və təsərrüfat fəaliyyəti barədə dolğun məlumat əldə etməyə imkan verir. Yeni mərhələdə isə əsas dəyişiklik uçotun rəqəmsal formata keçirilməsidir. Başqa sözlə, gələn ildən ev təsərrüfatları haqqında məlumatların toplanması tam elektron qaydada həyata keçiriləcək. Məlumatların vahid informasiya sistemində birləşdirilməsi və Elektron Hökumət İnformasiya Sisteminə (EHİS)  inteqrasiyası nəzərdə tutulur. Bununla da əvvəllər vətəndaşlardan sorğu yolu ilə əldə edilən məlumatların bir hissəsi dövlət informasiya sistemlərindən götürüləcək, eyni məlumatların təkrar təqdim edilməsi zərurəti azalacaq. Sistemin digər yeniliyi vətəndaşların öz ev təsərrüfatlarına dair məlumatlarla "mygov" platforması vasitəsilə tanış ola bilməsidir. Sistemin ən əsas üstünlüyü ondadır ki, məlumatların işlənilməsi və qorunması qanunvericiliyin tələblərinə uyğun aparılacaq, şəxsi informasiyaların məxfiliyi təmin ediləcək.

İqtisadçı Razi Abbasbəylinin fikrincə, ev təsərrüfatları ilə bağlı dəqiq statistik məlumatların toplanması aqrar sektorda mövcud vəziyyətin qiymətləndirilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün vacibdir: "İlk növbədə nəzərə almaq lazımdır ki, hökumətin aqrar sektorun inkişafı ilə bağlı dəqiq strateji proqramları olmalıdır. Belə proqramların hazırlanması üçün isə faktlara əsaslanan statistik məlumatlar tələb olunur. Hökumət həmin məlumatları təhlil etməklə hansı regionlarda ev təsərrüfatlarının inkişaf etdiyini, hansı ərazilərdə istehsalın zəif olduğunu müəyyənləşdirə bilər. Bu günə qədər Azərbaycanda belə bir statistik baza lazımi səviyyədə formalaşmamışdı. Bu da dəqiq təhlillərin aparılmasını çətinləşdirirdi".

Kənd təsərrüfatında dəqiq statistik məlumat bazasının formalaşdırılması ilk növbədə dövlətin aqrar siyasətinin düzgün qurulması üçün vacibdir. Çünki istehsalın real həcmi, təsərrüfatların sayı və regionlar üzrə fəaliyyət göstəriciləri haqqında məlumatı bilmədən aqrar sahənin inkişafına dair effektiv qərarlar qəbul etmək çətindir. Yeni uçot mexanizmi vasitəsilə hansı bölgələrdə kənd təsərrüfatı istehsalının artdığını, hansı ərazilərdə isə gerilədiyini müəyyənləşdirmək mümkün olacaq. Bu məlumatlar dövlət dəstəyinin istiqamətləndirilməsi, istehsal imkanlarının qiymətləndirilməsi və aqrar sahədə mövcud problemlərin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.

Bəlkə kiməsə elə gələ bilər ki, uçotun məqsədi təsərrüfatları əlavə öhdəliklərlə yükləməkdir. Təbii ki, elə deyil. Əsas məsələ onların fəaliyyətini və istehsal imkanlarını düzgün qiymətləndirməkdir. Toplanan məlumatlar məhz bu məqsədə xidmət edəcək. Bu isə həm kiçik fermerlərin ehtiyaclarını müəyyənləşdirməyə, həm də kənd təsərrüfatının ümumi inkişaf istiqamətlərini planlaşdırmağa imkan verəcək.  Məsələn, süd, yumurta, ət və digər məhsulların istehsalı barədə dəqiq məlumatlar əldə etmək mümkün olacaq ki, bu da ölkədə ərzaq istehsalının ümumi mənzərəsinin müəyyənləşdirilməsi deməkdir. 

Unutmaq olmaz ki, uçotun səmərəli təşkili üçün məlumatların toplanması prosesi fermerlər üçün sadə və anlaşıqlı olmalıdır. Xüsusən kiçik ailə təsərrüfatlarının imkanları nəzərə alınmalı, onlardan tələb olunan məlumatların həcmi və təqdimetmə qaydası əlavə çətinlik yaratmamalıdır. Rəqəmsal sistemin tətbiqi də məhz bu baxımdan əlçatan və rahat mexanizmə çevrilməlidir.  Buraya  Razi Abbasbəylinin  iqtisadçı mövqeyini də əlavə etsək, mənzərə aydın olar: "Əsas məqsəd iqtisadi təhlillər üçün etibarlı statistik bazanın yaradılmasıdır. 2027-ci ildə toplanacaq məlumatlar 2028-ci ildə yenidən aparılacaq uçotla müqayisə edilə bilər. Bu zaman təsərrüfatlarda heyvanların, quşların və digər istehsal vasitələrinin   sayında artımın, yoxsa azalmanın baş verdiyini dəqiq görmək mümkün olacaq. Bu həm aqrar sektorun inkişafı, həm də ölkənin ümumi iqtisadi vəziyyətinin daha dolğun təhlili üçün vacibdir. Hesab edirəm ki, ev təsərrüfatlarının uçotunun aparılmasını sosial şəbəkələrdə narahatlıq doğuran məsələ kimi təqdim etmək doğru deyil. Bu, inkişaf etmiş Avropa ölkələrində də tətbiq olunan praktikadır".

Bütün hallarda kənd təsərrüfatında dəqiq uçot sisteminin formalaşdırılması istehsalın real vəziyyətini görmək və mövcud imkanları düzgün qiymətləndirmək sarıdan vacib addımdır. Ancaq bu mexanizmin səmərəsi toplanan məlumatların aqrar siyasətdə, fermerlərə dəstək proqramlarında və ərzaq təhlükəsizliyinin təmin olunmasında nə dərəcədə istifadə ediləcəyi ilə ölçüləcək. O üzdən əsas məsələ uçotun ev təsərrüfatları üçün əlavə bürokratik yükə deyil, onların fəaliyyətinin inkişafına xidmət edən vasitəyə çevrilməsidir ki, buna da şübhə etmirik.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

08:20
14 Noyabr

Avropada Azərbaycana yüksək diqqət var

08:15
14 Noyabr

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

08:10
14 Noyabr

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

08:05
14 Noyabr

Zəfər yolundan başlayan Böyük qayıdış

08:00
14 Noyabr

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:37
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:36
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:29
14 Noyabr

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

22:27
13 Noyabr

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

22:17
13 Noyabr

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

22:01
13 Noyabr

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

21:53
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

21:31
13 Noyabr

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

20:43
13 Noyabr

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

20:27
13 Noyabr

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

20:19
13 Noyabr

Dublin sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

20:05
13 Noyabr

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı

19:41
13 Noyabr

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

19:17
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!