14 Noyabr 2026 08:50
146
Səhiyyə
A- A+
Orqanizmi səssiz zədələyən "şirinlik"

Orqanizmi səssiz zədələyən "şirinlik"


Gəncləşən diabet artıq uşaqları da hədələyir


Dünyada geniş yayılan xroniki xəstəliklərdən biri olan şəkərli diabet müasir dövrün ən ciddi səhiyyə problemləri sırasında yer alır. Hər il noyabrın 14-də qeyd olunan Ümumdünya Diabet Günü bu xəstəliyin yaratdığı təhlükələrə diqqət çəkmək, əhalini erkən diaqnostika və profilaktika barədə maarifləndirmək məqsədi daşıyır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada yüz milyonlarla insan diabetlə yaşayır və onların əhəmiyyətli hissəsi xəstəliyindən xəbərsizdir. Əvvəllər daha çox yaşlı insanlarda rast gəlinən ikinci tip diabetin son illərdə gənclər və uşaqlar arasında da yayılması narahatlıq doğurur.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-endokrinoloq Tural İbrahimov deyir ki, şəkərli diabet qanda qlükozanın miqdarının yüksəlməsi ilə xarakterizə olunan, gözləri, ürəyi, böyrəkləri, qaraciyəri və ümumilikdə orqanizmin müxtəlif sistemlərini zədələyə bilən xroniki metabolik xəstəlikdir: "Şəkərli diabetin bir neçə tipi mövcuddur. Lakin ən geniş yayılan formaları birinci və ikinci tip diabetdir. Birinci tip diabetə daha çox uşaqlarda, yeniyetmələrdə və 30 yaşdan aşağı şəxslərdə rast gəlinir. Bununla belə, xəstəlik istənilən yaşda yarana bilər. Bu tip diabetin əsas səbəbi autoimmun proseslərdir. Belə ki, immun sistemi mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrini zədələyir və nəticədə orqanizmdə insulin çatışmazlığı yaranır. İkinci tip diabet isə daha çox orta və yuxarı yaş qruplarında müşahidə olunur".

İkinci tip diabetin xüsusilə artıq çəkisi və piylənməsi olan insanlarda aşkarlandığını deyən mütəxəssis qeyd edir ki, xəstəliyin yayılmasının sürətlənməsində gündəlik qidalanma vərdişləri və həyat tərzi mühüm rol oynayır: "Son dövrlər ikinci tip diabet hallarının artmasının əsas səbəblərindən biri insanların qida rasionunda fastfud məhsullarının, hazır şirniyyatların, şəkərlə zəngin içkilərin və yüksək kalorili qidaların geniş yer tutmasıdır. Bununla yanaşı, hərəkətsiz həyat tərzi, uzun müddət oturaq vəziyyətdə qalmaq və fiziki aktivliyin azalması da diabet riskini yüksəldir. Streslə əlaqəli həyat tərzi dəyişiklikləri, eləcə də bəzi psixotrop dərmanların istifadəsi nəticəsində iştahanın və bədən çəkisinin artması da risk amilləri sırasında qeyd edilə bilər. Bundan başqa, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan bəzi dərman preparatları qanda şəkərin miqdarına təsir göstərir. Buna misal olaraq COVID-19-un müəyyən ağır hallarında, həmçinin revmatoloji və digər iltihabi xəstəliklərin müalicəsində istifadə edilən steroid preparatlarını göstərmək olar. Bu dərmanlar xüsusilə uzun müddət və ya yüksək dozada istifadə edildikdə qanda qlükozanın yüksəlməsinə səbəb ola, diabetə meyilli insanlarda xəstəliyin üzə çıxmasını sürətləndirə bilər".

Tural İbrahimovun sözlərinə görə, şəkərli diabetin vaxtında aşkarlanmasını çətinləşdirən əsas məqamlardan biri xəstəliyin uzun müddət gizli inkişaf etməsidir: "Xüsusilə ikinci tip diabetdə qlükozanın miqdarı zamanla, mərhələli şəkildə yüksəlir. Bu proses tədricən baş verdiyindən insan uzun müddət heç bir ciddi narahatlıq hiss etməyə bilər. Ancaq  hər hansı bir infeksion xəstəlik və ya stres halı yarandıqda qanda şəkər miqdarında çox yüksəlmə olur, şəkərli diabet aşkarlanır", - deyən həkim onu da vurğulayır ki, şəkərli diabetin üç əsas klassik əlaməti mövcuddur. Bunlar polidipsiya, poliuriya və polifagiya adlanır: "Polidipsiya həddindən artıq susuzluq hissi və çoxlu su içmək, poliuriya tez-tez sidiyə getmək, polifagiya isə iştahanın artması və davamlı aclıq hissi ilə xarakterizə olunur. Bu üç əlamət şəkərli diabet üçün xarakterik hesab edilsə də, xəstəliyin ilkin xəbərdarlıq siqnalları yalnız bunlarla məhdudlaşmır. Bəzi insanlarda yeməkdən sonra güclü halsızlıq, yuxululuq, gün ərzində davamlı yorğunluq, bədən çəkisində dəyişikliklər müşahidə oluna bilər. Digər tərəfdən, nəzarətsiz yüksək qan şəkəri zamanı orqanizm enerji əldə etmək üçün yağ və əzələ toxumasından istifadə etməyə başlayır. Nəticədə əzələ kütləsinin azalması, qol və ayaqlarda arıqlama, ümumi zəiflik yarana bilər. Bəzi xəstələrdə səbəbsiz çəki itkisi də müşahidə edilir. Sadalanan əlamətlər başqa xəstəliklərdə də rast gəlindiyindən yalnız şikayətlər əsasında diabet diaqnozu qoymaq düzgün deyil. Ona görə də  bu əlamətlər meydana çıxdıqda mütləq həkimə müraciət etmək və qanda qlükozanın səviyyəsini yoxlatmaq lazımdır".

Mütəxəssis insulin rezistentliyi və prediabetin vaxtında müalicə olunmasa, şəkərli diabetə çevriləcəyini diqqətə çatdırır: "İkinci tip diabetin inkişaf prosesini sadələşdirilmiş şəkildə üç mərhələyə bölmək olar. Birinci mərhələ insulin rezistentliyi, ikinci mərhələ prediabet, yəni xalq arasında deyildiyi kimi, gizli şəkər, üçüncü mərhələ isə artıq aşkar şəkərli diabetdir. İlkin dövrdə qidalanma pozğunluqları, fiziki aktivliyin azalması, streslə əlaqəli davranış dəyişiklikləri və digər amillərin təsiri ilə bədən çəkisi arta bilər. Çəkinin artması nəticəsində enerji mənbəyi olaraq qanda şəkərin miqdarı artır və bu şəkəri nəzarətdə saxlamaq üçün qanda insulinin də miqdarı artır, bu zaman insulin rezistentlik yaranır. Zamanla mədəaltə vəzidən ifraz olunan insulinin gücü çatmır və nəticədə qanda şəkərin miqdarı xüsusilə yeməkdən sonralar artmağa başlayır".

Tural İbrahimov əlavə edir ki, bu mərhələdə həkim müayinəsi zamanı qanda şəkərin səviyyəsi və "HbA1c" göstəricisi qiymətləndirilir: "O, son iki-üç ay ərzində qanda qlükozanın orta səviyyəsi haqqında məlumat verən mühüm laborator göstəricidir. Əgər "HbA1c" göstəricisi 5,7-6,4 faiz arasında müəyyən edilirsə, bu, prediabetə uyğun hesab olunur. Prediabet artıq orqanizmdə karbohidrat mübadiləsinin pozulduğunu və gələcəkdə ikinci tip diabetin yaranma riskinin yüksəldiyini göstərir. Lakin bu mərhələdə xəstəliyin inkişafı qaçılmaz deyil. Vaxtında həkimə müraciət etmək, düzgün qidalanma rejiminə keçmək, artıq çəkini azaltmaq, fiziki aktivliyi artırmaq və zəruri hallarda müalicə almaqla diabetin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür".

Müasir tibbin inkişafının şəkərli diabetin vaxtında aşkar olunması və müalicəsində yeni imkanlar yaratdığını deyən  mütəxəssisin sözlərinə görə, xüsusilə birinci tip diabetin klinik əlamətlər meydana çıxmazdan əvvəl müəyyənləşdirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. "Anti-GAD", "IA-2", "ZnT8" və insulinə qarşı autoanticisimlərin yoxlanılması nəticəsində immun sisteminin mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrinə qarşı reaksiyası klinik diabetin yaranmasından illər əvvəl aşkarlana bilər. Bu testlər yeni deyil, yenilik onların sistemli skrininq və erkən müdaxilə üçün istifadəsinin genişlənməsidir. Belə müayinələr xüsusilə birinci tip diabetli şəxslərin yaxın qohumları və digər yüksək risk qrupları üçün əhəmiyyət daşıyır. İnsulin müalicəsində diqqətçəkən yeniliklərdən biri də gündəlik tətbiq edilən bəzi bazal insulin preparatlarına alternativ olaraq həftədə bir dəfə istifadə üçün nəzərdə tutulan uzunmüddətli təsirə malik insulinlərin hazırlanmasıdır. Bu istiqamətdə aparılan tədqiqatlar və əldə olunan nəticələr müəyyən xəstə qrupları üçün müalicənin daha rahat təşkilinə imkan yaradır".

Tural İbrahimovun qənaətinə görə, gələcək üçün böyük ümidlər vəd edən istiqamətlərdən biri də kök hüceyrə texnologiyalarının diabetin müalicəsində tətbiqidir: "Məqsəd orqanizmdə insulin istehsalını bərpa etmək və xəstələrin xaricdən insulin qəbuluna ehtiyacını azaltmaq, mümkün olduqda isə aradan qaldırmaqdır. Bu sahədə ümidverici nəticələr əldə olunsa da, kök hüceyrə müalicəsi hələ geniş tətbiq olunan və birinci tip diabetin tam sağalmasına zəmanət verən standart müalicə üsulu deyil. Bunun üçün əlavə klinik tədqiqatlara, uzunmüddətli təhlükəsizlik və effektivlik nəticələrinə ehtiyac var. Müasir diabet müalicəsində əsas yanaşma da əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər diabetdə əsas məqsəd qanda qlükozanın səviyyəsini aşağı salmaq və onu normal hədlərdə saxlamaq idi. Hazırda isə müalicəyə daha kompleks yanaşılır. Artıq yalnız şəkəri azaltmaq deyil, eyni zamanda ürəyi, böyrəkləri, gözləri, qaraciyəri və damar sistemini qorumaq da əsas hədəflər sırasındadır".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

09:00
14 Noyabr

ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib

08:55
14 Noyabr

Orqanizmi səssiz zədələyən "şirinlik"

08:50
14 Noyabr

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

08:45
14 Noyabr

Tanınmış dilçi alim

08:40
14 Noyabr

Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir

08:35
14 Noyabr

Şimali Makedoniya Prezidenti: "Avropa Siyasi Birliyi"nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir"

08:30
14 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları  

08:25
14 Noyabr

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

08:20
14 Noyabr

Avropada Azərbaycana yüksək diqqət var

08:15
14 Noyabr

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

08:10
14 Noyabr

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

08:05
14 Noyabr

Zəfər yolundan başlayan Böyük qayıdış

08:00
14 Noyabr

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:37
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:36
14 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:29
14 Noyabr

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

22:27
13 Noyabr

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

22:17
13 Noyabr

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

22:01
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!