11 Noyabr 2026 10:44
196
Səhiyyə
A- A+
ABŞ Qida və Dərman Administrasiyası arıqlama iynələri ilə bağlı xəbərdarlıq edib  

ABŞ Qida və Dərman Administrasiyası arıqlama iynələri ilə bağlı xəbərdarlıq edib  


ABŞ Qida və Dərman Administrasiyası (FDA) məşhur arıqlama GLP-1 dərmanlarının istehsalçılarına qəfil korluğa səbəb ola biləcək nadir bir göz xəstəliyi haqqında xəbərdarlıq etiketləri əlavə etmələrini tapşırıb.

Ozempic, Wegovy, Mounjaro və Zepbound istehsalçıları arterial olmayan ön işemik optik neyropatiya barədə xəbərdarlıq etməlidirlər. Bu xəstəlik optik sinirlərə qan verən damarların tıxanması və sinirlərin oksigendən məhrum olması zamanı baş verir.

FDA bildirib ki, bu vəziyyət bir gözdə ağrısız görmə azalmasına səbəb ola bilər ki, bu da daimi ola bilər.

Amerika Oftalmologiya Akademiyası BBC-yə verdiyi açıqlamada bildirib ki, hər hansı əlavə risk cüzi görünür və bu dərmanların ön işemik optik neyropatiyaya səbəb olduğu sübuta yetirilməyib.

Təşkilat qeyd edib ki, GLP-1 qrupuna daxil olan dərmanlar şəkərli diabet, piylənmə və ürək xəstəlikləri olan insanlar üçün mühüm faydaları var.  “Həkiminizlə məsləhətləşmədən dərman qəbulunu dayandırmayın. Əgər bir gözünüzdə qəfil və ağrısız görmə itkisi müşahidə etsəniz, dərhal oftalmoloqa müraciət edin”, – deyə bildirilib.

Ön işemik optik neyropatiya səbəbindən yaranan görmə itkisini geri qaytaracaq məlum bir müalicə üsulu yoxdur. Akademiyanın məlumatına görə, bu, 50 yaşdan yuxarı insanlarda kəskin görmə siniri zədələnməsinin ən geniş yayılmış səbəbidir.

FDA bildirib ki, GLP-1 preparatlarından istifadə edənlər arasında müşahidə olunan bu hallar ilə bağlı hesabatları, həmçinin digər tədqiqatları ətraflı nəzərdən keçirib. Qurum belə qənaətə gəlib ki, həmin dərmanları qəbul edən şəxslərdə nadir optik neyropatiya hallarının baş vermə riski daha yüksəkdir.

Tənzimləyici orqanın məlumatına görə, bəzi tədqiqatları təhlil etmək çətindir, çünki piylənmə və 2-ci tip şəkərli diabet səbəbindən GLP-1 preparatları qəbul edən şəxslərdə həmin dərmanlardan asılı olmayaraq, onsuz da ön işemik optik neyropatiya üçün risk faktorları mövcud ola bilər. FDA bildirib ki, GLP-1 preparatları qəbul edən şəxslərin bu göz xəstəliyi ilə üzləşmək riskinin niyə daha yüksək ola biləcəyi hələlik məlum deyil. Bu dərmanların üzərində artıq pankreatit (mədəaltı vəzin  iltihabi xəstəliyi) və öd kisəsi xəstəlikləri də daxil olmaqla, bir sıra digər vəziyyətlərlə bağlı xəbərdarlıqlar mövcuddur. Bir çox GLP-1 preparatının əsas tərkib hissəsi olan semaqlutidin ən çox rast gəlinən əlavə təsirlərinə ürəkbulanma, qusma və mədə ağrısı daxildir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın xarici dövlət borcu azalıb

11:31
11 Noyabr

Azərbaycanda ÜDM 1,7 faiz artıb

11:18
11 Noyabr

Rusiyanın Smolensk vilayətinə dron hücumları nəticəsində iki nəfər ölüb

11:18
11 Noyabr

Pirşağı-Novxanı-Xırdalan-M-4 avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər açıqlanıb  

11:17
11 Noyabr

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb

11:15
11 Noyabr

Dünya birjalarında qızıl və gümüş bahalaşıb

11:14
11 Noyabr

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir

11:01
11 Noyabr

Birjalarda neft bahalaşıb

11:00
11 Noyabr

ABŞ Qida və Dərman Administrasiyası arıqlama iynələri ilə bağlı xəbərdarlıq edib  

10:44
11 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:02
11 Noyabr

İsrail Qəzzaya əlavə humanitar yardımın çatdırılmasına icazə verib

09:42
11 Noyabr

Almaniyada Çin dronlarının hərbi obyektlərdə istifadəsi qadağan edilib

09:32
11 Noyabr

“Bild”: Suriyalı qaçqınların Almaniyadan deportasiyası 3,5 il çəkə bilər

09:21
11 Noyabr

Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib

09:13
11 Noyabr

NYT: ABŞ doqquz ayda Venesuela neftindən 12 milyard dollardan çox gəlir əldə edib  

09:01
11 Noyabr

Ərdoğan: Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik

23:40
10 Noyabr

Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib

22:38
10 Noyabr

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

21:21
10 Noyabr

Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib  

20:28
10 Noyabr

COP31-də Azərbaycanda aşağıkarbonlu hidrogen sektorunun inkişaf perspektivlərindən danışılıb  

19:53
10 Noyabr

Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb

19:37
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!