03 Noyabr 2026 14:17
217
Səhiyyə
A- A+
Depressiyanın 7-ci növü aşkar oluna bilər  

Depressiyanın 7-ci növü aşkar oluna bilər  


Gec saatlara qədər oyaq qalmaq, səhər saatlarında uzun müddət yatmaq, buna baxmayaraq yorğun oyanmaq depressiyadan əziyyət çəkən bir çox insanın tanış ola biləcəyi bir haldır. Bəs  yuxu vərdişləri sadəcə xəstəliyin əlamətləri deyilsə, necə? Avstraliyalı tədqiqatçılar bunların depressiyanın fərqli bir növünün göstəricisi ola biləcəyini irəli sürürlər.

Orqanizm saatının düzgün işləməməsinin sadəcə pis yatmaqdan daha çox zərər verə biləcəyi fikri yeni deyil. Lakin "British Journal of Psychiatry" jurnalında dərc olunan bir tədqiqat irəli sürür ki, bu xüsusiyyətlər toplusuna sahib insanlarda sirkad depressiya – orqanizm saatının pozulmasının əsas əlamət olduğu potensial bir depressiya altnövü  mövcud ola bilər.

2024-cü ildə tədqiqatçılar depressiyadan əziyyət çəkən insanlarda beyin fəaliyyətinin altı fərqli modelini müəyyən ediblər. Bu, müxtəlif bioloji profillərin müalicənin niyə bəzi insanlarda effektli olub, digərlərində isə nəticə vermədiyini izah etməyə kömək edə biləcəyini göstərir. Avstraliyalı tədqiqatçılar qrupu isə fərqli bir yanaşma tətbiq edərək, beyin skanlarına deyil, yuxu və sirkad xüsusiyyətlərinə diqqət yetirirlər. Əldə olunan nəticələr belə bir ehtimalı ortaya qoyur ki, bədənin daxili saatındakı pozuntular depressiyanın nəticəsi olmaqdan daha çox, bəzi insanlarda bu xəstəliyin yaranmasına təkan verən amillərdən biri ola bilər. Əgər belədirsə, həmin ritmləri hədəf alan müalicə üsulları, məsələn, parlaq işıq terapiyası və melatonin qəbulu xəstəliyin idarə olunmasında yeni bir yanaşma təklif edə bilər. Bununla belə kənar mütəxəssislər, hətta müəlliflərin özləri də daha çox tədqiqata ehtiyac olduğunu vurğulayırlar. 

Orqanizm təxminən 24 saatlıq bir dövrlə fəaliyyət göstərir. Bu prosesi beyindəki hipotalamusda yerləşən və orqanizmə nə vaxt yuxulu, nə vaxt isə ayıq və gümrah hiss etməli olduğunu bildirən bioloji saat tənzimləyir. Bu sistem hər gün özünü yenidən tənzimləmək üçün əsasən işığa arxalanır. Yuxusuzluq və ya həddindən artıq çox yatmaq kimi bioloji saat pozuntuları depressiyadan əziyyət çəkən insanlarda o qədər geniş yayılıb ki, hətta xəstəliyin diaqnostik meyarlarının bir hissəsinə çevrilib.

Lakin tədqiqatçılar belə bir fərziyyə irəli sürürlər ki, altı xüsusiyyətdən ən azı üçünə – mövsümi əhval dəyişiklikləri, gec yatmaq, gecə həyat tərzinə meyillilik, həddindən artıq çox yatmaq, yuxudan çox yorğun oyanmaq və həftəiçi və həftəsonu yuxu rejimləri arasındakı uyğunsuzluq – sahib olan insanlar sirkad depressiya adlandırdıqları daha dar bir altqrupa aid ola bilərlər.  Ehtimala görə, bu insanlarda depressiyaya yol açan əsas amil pozulmuş və ya tənzimlənməsi pozulmuş sirkad ritmi ola bilər.

Hazırda Sidney Universitetinin tədqiqatçıları melatoninin təklif olunan sirkad depressiya profilinə uyğun gələn gənclərdə simptomları yaxşılaşdırıb-yaxşılaşdıra bilməyəcəyini sınaqdan keçirirlər. Bu sınaq insanların yuxu və sirkadian ritmlərinə əsasən müəyyən edilməsinin depressiyanın müalicəsində daha effektiv bir üsul olub-olmadığını, yoxsa sadəcə depressiyanı təsvir etməyin başqa bir yolu olduğunu aydınlaşdırmağa kömək edə bilər.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizinin Qazaxıstan sektorunda beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi çökdürülüb  

14:36
03 Noyabr

Depressiyanın 7-ci növü aşkar oluna bilər  

14:17
03 Noyabr

Rusiyanın hücumu nəticəsində Xarkovda 73 nəfər yaralanıb

14:17
03 Noyabr

Con Spenser: Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir  

14:15
03 Noyabr

ABŞ İrana zərbə endirdi, neftin qiyməti artdı

14:13
03 Noyabr

Parlament “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklə bağlı qanun layihəsini təsdiqləyib  

14:12
03 Noyabr

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır  

14:08
03 Noyabr

Everest zirvəsi yaxınlığında iki helikopterin toqquşması nəticəsində bir nəfər ölüb

14:01
03 Noyabr

Ukrayna polisi ilə birgə əməliyyat keçirilib, kiberdələduzluq şəbəkəsinin 11 üzvü Azərbaycana gətirilib 

13:57
03 Noyabr

Alimlər ən kiçik siqnallar aşkarlayıblar

13:39
03 Noyabr

Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilə təsdiqlənib  

13:37
03 Noyabr

Elektromobillərin şarj edilməsi 6 dəqiqə çəkəcək: Çin şirkəti müvafiq danışıqlar aparır  

13:21
03 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

13:16
03 Noyabr

İntizam Komitəsi klubları 12 min manatdan çox cərimələyib

13:07
03 Noyabr

Rusiyanın Yaroslavl vilayətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb  

13:01
03 Noyabr

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb

12:53
03 Noyabr

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib  

12:50
03 Noyabr

Azərbaycanda pul bazası artıb

12:49
03 Noyabr

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib  

12:48
03 Noyabr

Mərkəzi banklar son 2 ilin ən sürətli tempi ilə qızıl alıblar  

12:41
03 Noyabr

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

12:40
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!