14 Noyabr 2026 21:08
104
SİYASƏT
A- A+
Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   


 Prezident İlham Əliyevin İrlandiyaya səfəri Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, Avropa ilə siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) 9-cu Zirvə toplantısı «güclü, təhlükəsiz və əlaqəli Avropa» şüarı altında keçirildi və sammitdə 40-dan çox dövlət və hökumət başçısının iştirakı Avropa qitəsinin qarşılaşdığı təhlükəsizlik, enerji, nəqliyyat və siyasi çağırışların müzakirəsi üçün geniş platforma yaratdı.

Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı göstərdi ki, Avropanın təhlükəsizlik arxitekturası, nəqliyyat-kommunikasiya əlaqələri və regional siyasi prosesləri ilə bağlı müzakirələrdə Azərbaycanın da mövqeyi nəzərə alınır.

Prezident İlham Əliyevin səfərinin diqqətçəkən məqamlarından biri yüksək səviyyəli görüşlərin intensivliyi oldu. Dövlət başçısı bir gün ərzində 10 görüş keçirdi.

Bu görüşlərin coğrafiyası və müzakirə olunan məsələlər Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini bir daha nümayiş etdirdi.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüş isə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin gələcək inkişafı baxımından əhəmiyyətli idi. Tərəflər enerji əməkdaşlığını, uzunmüddətli qaz təchizatı müqavilələrini, nəqliyyat-kommunikasiya layihələrini və Naxçıvan dəmir yolu layihəsinin perspektivlərini müzakirə etdilər.

Koştanın Azərbaycan Prezidentini Brüsselə dəvət etməsi dialoqun davam etdirilməsində qarşılıqlı marağın göstəricisidir.

Dublin sammiti çərçivəsində Prezident İlham Əliyevin iştirak etdiyi «Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya, bağlantılar və əlçatan enerji» mövzusunda dəyirmi masa xüsusi əhəmiyyət daşıyırdı. Dövlət başçımız çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri konkret rəqəmlərlə diqqətə çatdırdı. Qeyd olundu ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandıqdan sonra Avropa İttifaqına qaz tədarükü illik 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu həcm Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edir. Eyni zamanda, Bakıdan İtaliyaya uzanan və yeddi ölkənin ərazisindən keçən qaz kəməri sistemi vasitəsilə Avropa İttifaqının 10 üzv dövlətinə qaz çatdırılır. Eyni zamanda ötürmə imkanlarının genişləndirilməsinin vacibliyi də vurğulandı.

Bu rəqəmlər Azərbaycanın enerji siyasətinin mühüm geosiyasi xarakterini göstərir.

Burada ənənəvi enerji ilə yanaşı bərpaolunan enerji, yaşıl enerji dəhlizləri, yeni texnologiyalar və enerji infrastrukturunun inkişafı da əməkdaşlığın prioritet istiqamətlərinə çevrilib.

Beləliklə, Azərbaycanın Avropa üçün əhəmiyyəti tədricən qaz təchizatından daha geniş strateji çərçivəyə keçir.

Dublin səfərinin mühüm siyasi nəticələrindən biri də Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş oldu. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların davamı olaraq sülh gündəliyinin irəlilədilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticarət münasibətləri və etimad quruculuğu tədbirlərini müzakirə etdilər.

TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, həmçinin tranzit imkanlarının inkişafı diqqət mərkəzində oldu. Görüşdə Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan tranzit yüklərin daşınmasının müsbət nəticələri də qeyd edildi. Bildirildi ki, ötən ilin noyabrından etibarən Azərbaycan ərazisi vasitəsilə Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Bu fakt Azərbaycanın regionda kommunikasiyaların açılması və iqtisadi əlaqələrin qurulması məsələsinə praktiki yanaşmasını nümayiş etdirir.

Sülh prosesinin yalnız siyasi bəyanatlarla məhdudlaşmaması, real iqtisadi və nəqliyyat əlaqələri ilə möhkəmləndirilməsi regionun gələcək inkişafı baxımından vacibdir. Eyni zamanda, bütün bu proseslərin Azərbaycanın suverenliyi və milli maraqları çərçivəsində həyata keçirilməsi əsas prinsip olaraq qalır.

Dublin səfərinin ən mühüm ikitərəfli nəticələrindən biri Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması oldu. Bununla Azərbaycan-Böyük Britaniya münasibətləri rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildi. Bu sənəd də göstərdi ki, Azərbaycan və Böyük Britaniya arasında formalaşmış uzunmüddətli münasibətlər yeni geosiyasi və iqtisadi reallıqlara uyğunlaşdırılıb.

Prezident İlham Əliyev görüş zamanı Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investor olduğunu, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın 30 ildən artıq tarixə malik olduğunu vurğulayıb. Bununla yanaşı, bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğu diqqətə çatdırılıb.

Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi Azərbaycanın xarici siyasətində mühüm geosiyasi məna daşıyır. Çünki Böyük Britaniya Avropanın aparıcı iqtisadi və maliyyə mərkəzlərindən biri olmaqla yanaşı, həm də beynəlxalq təhlükəsizlik, müdafiə, enerji və maliyyə sistemində mühüm mövqeyə malik dövlətdir.

Azərbaycan üçün Londonla münasibətlərin genişləndirilməsi Qərbin aparıcı siyasi və iqtisadi mərkəzləri ilə əlaqələrin şaxələndirilməsi, investisiya imkanlarının artırılması, müdafiə və təhlükəsizlik sahəsində təcrübə mübadiləsi baxımından əlavə imkanlar yaradır.

Xüsusilə qlobal ticarət marşrutlarının təhlükəsizliyi və alternativ nəqliyyat bağlantılarının inkişafı məsələlərinin aktuallaşdığı bir dövrdə bu əməkdaşlığın əhəmiyyəti artır.

Bütövlükdə Dublin görüşləri də göstərdi ki, regional sabitliyə, Avropanın enerji təhlükəsizliyinə, Şərq-Qərb nəqliyyat bağlantılarına və beynəlxalq siyasi dialoqa verdiyi töhfələr Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini müəyyən edən əsas amillərdəndir.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!