14 Noyabr 2026 15:12
63
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır


Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər indiyədək də  strateji tərəfdaşlıq xarakteri daşıyırdı. Bu il noyabrın 12-də  Prezident İlham Əliyevin Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşü çərçivəsində   “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin  mübadilə olunması münasibətləri daha mühüm  mərhələyə çatdırdı.

     Məlum olduğu kimi, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkədir. Belə ki, indiyədək  iqtisadiyyatımıza qoyduğu investisiyanın həcmi 39,9 milyard dolları ötüb. Bu vəsaitin təxminən 37 milyard dolları enerji sektoruna yönəldilib. Cari ilin ilk altı ayında Birləşmiş Krallıqdan Azərbaycana 936,4 milyon dollar birbaşa investisiya cəlb edilib. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz çoxdur. Yanvar–sentyabr aylarında isə Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi 3 milyard 720,7 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,8 dəfə çoxdur. Eyni zamanda Böyük Britaniya 39,9 milyard dollardan çox sərmayə ilə Azərbaycanın ən böyük xarici investoru olaraq qalır. 

        Eyni dövrdə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına yatırdığı birbaşa sərmayələr 5,1 dəfə artaraq 329,2 milyon dollara yüksəlib.  Ötən il ərzində Britaniyanın Azərbaycana birbaşa investisiyaları 1,74 milyard dollar, Azərbaycanın Britaniyaya yatırdığı sərmayələr isə 212,3 milyon dollar təşkil edib. 

Hazırda Azərbaycanda 600-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir. Təkcə BP-ni xatırlatmaq kifayətdir.

Dünya səviyyəli bu  şirkət 30 ildən çoxdur Azərbaycanın enerji sektorunda misilsiz uğurlara imza atıb. Ölkəmizin neft, qaz  və ixrac layihələrində  operator,  yaxud əsas tərəfdaşlardan biri kimi  çıxış edir. O cümlədən “Azəri-Çıraq-Günəşli” (AÇG) kimi  mühüm layihənin əməliyyatçısıdır. 

        AÇG blokundan  ilk dəfə  neft 1997-ci il  noyabrın 7- də əldə edilib. 2017-ci il  sentyabrın  14- də AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb və bununla  da 1994-cü il sentyabrın 20-də imzalanmış  ilkin sazişin  müddəti 2050- ci ilin əvvəlinə qədər uzadılıb.Bu günədək  isə AÇG -dən təxminən 4,7milyard barel  neft hasil edilib. Yeni texnologiyalara iri sərmayələr və laylardan neftvermənin maksimuma çatdırılması istiqamətində digər səylər nəticəsində bu dünya səviyyəli yataqlar blokundan hasilatın gələcək  onilliklər ərzində də davam  etməsi  gözlənilir. Prezident İlham Əliyev dəfələrlə AÇG-ni Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbəyi  adlandırıb. 

      BP ölkəmizdə daha bir sahədə uğurla fəaliyyət göstərməyə başlayıb. Cəbrayil rayonunda “Şəfəq”  Günəş-Elektrik Stansiyanı inşa edir. Başqa sözlə, Azərbaycanın “Yaşıl gündəliyində”  də öz dəst-xətti ilə imza atır.

       Məhz bütün bunlara görə Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələrindən söz düşəndə birinci növbədə enerji sektorundakı əməkdaşlıq yada düşür. 

       Lakin  iqtisadi əlaqələr bununla məhdudlaşmır. Belə ki, Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya  fəaliyyət göstərir. Komissiya iki ölkə arasında iqtisadi, energetika, texnoloji və humanitar əlaqələrin inkişafını və tənzimlənməsini təmin edən əsas platforma kimi çıxış edir.

      Komissiyanın sonuncu - 8-ci iclası bu il oktyabrın 6-da Bakıda keçirilib. İclasda ticarət-iqtisadi əlaqələr, “yaşıl enerji”, enerji keçidi, süni intellekt, kibertəhlükəsizlik, data mərkəzləri, Orta Dəhliz üzrə logistika, mina təmizləmə fəaliyyəti, kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.  Böyük Britaniyanın İxrac Kredit Agentliyinin (UKEF) və Britaniya şirkətlərinin layihələrdə iştirakı vurğulanıb. 

      Hazırda iki ölkə arasında qeyri-neft sektoru, nəqliyyat-logistika (Orta Dəhliz), maliyyə, konsaltinq, mühəndislik, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya sahələrində əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

        Elə bir neçə gün əvvəl  “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin mübadiləsi zamanı da məhz hazırda bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Bu xüsusda son aylarda Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunuldu.

     Görüşdə  həmçinin beynəlxalq gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı bu Bəyannamənin qəbul edilməsinin əlaqələrimizin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət etdiyi vurğulandı. 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

10:06
14 Noyabr

Bilmək istəyirəm

09:05
14 Noyabr

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

09:00
14 Noyabr

ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib

08:55
14 Noyabr

Orqanizmi səssiz zədələyən "şirinlik"

08:50
14 Noyabr

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

08:45
14 Noyabr

Tanınmış dilçi alim

08:40
14 Noyabr

Dublin görüşü Azərbaycan və Ermənistan arasında sülhün praktiki müstəvidə irəliləməsinin göstəricisidir

08:35
14 Noyabr

Şimali Makedoniya Prezidenti: "Avropa Siyasi Birliyi"nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir"

08:30
14 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları  

08:25
14 Noyabr

Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır

08:20
14 Noyabr

Avropada Azərbaycana yüksək diqqət var

08:15
14 Noyabr

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

08:10
14 Noyabr

Görülən tədbirlər "Azəri-Çıraq-Günəşli"nin ömrünü uzadır

08:05
14 Noyabr

Zəfər yolundan başlayan Böyük qayıdış

08:00
14 Noyabr

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!