12 İyun 2026 08:30
130
SİYASƏT
A- A+
Qərəzindən əl çəkə bilməyən Fransa

Qərəzindən əl çəkə bilməyən Fransa


Rəsmi Paris daxili böhranları və məhv olmuş reputasiyası barədə düşünsə daha yaxşı olar 


Fransa Azərbaycanla münasibətlərdə qərəzli və destruktiv mövqeyini davam etdirir. Bu ölkənin pozuculuq fəaliyyəti diplomatik fikir ayrılıqları çərçivəsini aşaraq hibrid müharibə müstəvisinə keçib. 

Azərbaycanın öz suverenliyini tam bərpa etməsi və beynəlxalq arenada müstəqil güc mərkəzinə çevrilməsi Yelisey sarayında narahatlıq yaratmaqda davam edir. Daxili siyasi böhranları və Afrika başda olmaqla qlobal miqyasda itirdiyi nüfuzu fonunda bu ölkə diqqəti yayındırmaq üçün yenə Azərbaycanı hədəf seçib. "France 24" adlı media orqanında dərc olunan əsassız iddialarla dolu material da Parisin Azərbaycana münasibətinin bariz göstəricisidir. 

Bakıya yönəlik təxribatları aktivləşdirmək Makron administrasiyasının həm Fransa daxilində, həm də qlobal arenada yaşadığı ciddi nüfuz böhranı ilə birbaşa bağlıdır. "Sarı jiletlilər"in etirazları, cəmiyyətdə böyük rezonans doğuran pensiya islahatları, idarəolunmaz miqrasiya dalğası və daxili təhlükəsizlik problemləri xalqın hakimiyyətə olan inamını minimuma endirib. Belə bir çıxılmaz şəraitdə cəmiyyətdəki etimad böhranını pərdələmək və diqqəti daxili uğursuzluqlardan yayındırmaq üçün Yelisey sarayı klassik siyasi manipulyasiya texnologiyasına əl atır. Yəni süni xarici gündəm yaratmaqla ölkə ictimaiyyətinin tənqid hədəfindən müvəqqəti də olsa qurtulmaq niyyəti güdür. 

Bu mənada Bakının hədəf seçilməsi kortəbii addım deyil, düşünülmüş gedişdir. Azərbaycan Fransanın onilliklər boyu toxunulmaz saxladığı tabunu - Parisin neokolonializm siyasətini, dənizaşırı ərazilərdə törətdiyi insan haqları pozuntularını beynəlxalq müstəvidə açıq şəkildə ifşa etməyi bacarıb. Xüsusilə Bakı Təşəbbüs Qrupunun (BTQ) yarandığı gündən etibarən göstərdiyi fəallıq Parisin ciddi təşvişinə səbəb olub. BTQ dekolonizasiya məsələsini lokal çərçivədən çıxararaq fundamental insan hüquqları və xalqların öz müqəddəratını təyin etməsi prizmasından qlobal gündəliyə daşıyıb. Müstəmləkə idarəçiliyi altında əzilən xalqların səsini dünyaya çatdıran rəsmi Bakının bu fəallığı illərdir başqalarına "demokratiya dərsi" keçən Fransanı indi öz idarəetmə metodlarına görə beynəlxalq hesabat vermək məcburiyyətində qoyub. 

Azərbaycana qara yaxmağa çalışan Fransa öz nəzarətindəki torpaqlarda törətdiyi qanunsuzluqları ört-basdır etməyə çalışır. Məsələn, Yeni Kaledoniyada azadlıq və müstəqillik istəyən yerli xalqa qarşı tətbiq edilən sərt qadağalar, kütləvi həbslər və aksiyaların güclə yatırılması Fransa mətbuatında demək olar ki, işıqlandırılmır. Oxşar şəkildə, Korsikada yerli dilin və identikliyin tanınması uğrunda aparılan uzunmüddətli mübarizə və adanın muxtariyyət tələbləri Parisin daxili etnik-siyasi böhranının göstəricisidir, lakin media bu reallıqları ictimaiyyətdən gizlətməyə çalışır. 

Makron administrasiyasının qərəzi bəzən idman və mədəniyyət müstəvisinə də sirayət edir. 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı fransalı telejurnalistin idman prinsiplərinə tamamilə zidd olaraq Azərbaycana qarşı nümayiş etdirdiyi açıq təxribat və qeyri-peşəkar davranış bunun bariz sübutudur.

Fransanın aşkar qərəzi və qeyri-obyektiv mövqeyi xüsusilə 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən sonra daha da dərinləşdi.

Bu kontekstdə Fransanın media qurumlarının regionda münaqişənin hüquqi və fiziki olaraq bitməsinə, Azərbaycanın ərazi bütövlüyünün qlobal səviyyədə təsdiqlənməsinə baxmayaraq, köhnəlmiş ambisiyaları israrla gündəmə gətirməsi hibrid strategiyanın tərkib hissəsidir. Bu addımlar həm də Azərbaycanın qlobal aləmdə artan nüfuzuna və regional uğurlarına qarşı bir qısqanclıq reaksiyasıdır. 

Eyni zamanda Fransa hökuməti regiondakı reallıqları tamamilə kənara qoyaraq, birtərəfli qaydada Ermənistanın maraqlarının müdafiəçisi və vəkili kimi çıxış edir. Makronun İrəvana səfərləri zamanı nümayiş etdirdiyi qeyri-ciddi, diplomatik etiketdən uzaq davranışları və bölgədəki reallıqları görməzdən gələn absurd bəyanatları Fransanın qərəzli siyasətinin növbəti göstəricisi oldu. 

Fransa dünyada zəifləyən geosiyasi mövqeyini, qlobal uğursuzluqlarını və zədələnmiş reputasiyasını kompensasiya etmək üçün məqsədyönlü strategiya həyata keçirir. Lakin Paris anlamalıdır ki, Cənubi Qafqazdakı yeni reallıqları güc yolu ilə dəyişmək cəhdləri iflasa məhkumdur. Bakıya qarşı aparılan bu hibrid müharibə və qarayaxma kampaniyaları Azərbaycanı öz müstəqil xarici siyasətindən və qlobal miqyasda apardığı ədalətli mübarizədən döndərə bilməz. Əksinə, Paris selektiv ritorikası və qərəzli hücumları ilə, sadəcə, öz diplomatik təcridini sürətləndirir. 

Dənizaşırı ərazilərdə haqq səsini ucaldan xalqların Bakıdan dəstək tapması da göstərir ki, tarixin çarxını geriyə fırlatmaq və neokolonialist ambisiyaları "sülh" adı altında pərdələmək artıq illüziyadır. Yaxşı olar ki, Paris başqalarını ittiham etmək əvəzinə, gec olmadan öz daxili böhranları və zədələnmiş reputasiyası barədə düşünsün. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 

09:35
12 İyun

Aktyor əbədiyyəti səhnədə qazanır

09:30
12 İyun

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

09:26
12 İyun

Çətinliklərdən ümidə doğru...

09:25
12 İyun

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

09:24
12 İyun

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb  

09:23
12 İyun

Lənkərandakı Həzi Aslanov parkında yenidənqurma işləri aparılır

09:23
12 İyun

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbirlər davam edir

09:20
12 İyun

Astara: sitrusçuluq və düyüçülükdən tutmuş balıqçılıq və akvakulturayacan

09:15
12 İyun

Masallıda yaş barama tədarükünə başlanılıb

09:10
12 İyun

Rayon Prokurorluğunda "Açıq qapı" günü 

09:05
12 İyun

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

09:00
12 İyun

Şəfəqdə ucalan yurd sevgisi

08:55
12 İyun

Əli bəy Hüseynzadənin Vətənə son gəlişi və tarixi missiyası

08:50
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il ötür

08:45
12 İyun

Neftdənkənar inkişaf - Azərbaycan iqtisadiyyatının yenilənmə modeli

08:40
12 İyun

Dayanıqlı və rəqabətqabiliyyətli inkişafın Azərbaycan nümunəsi

08:35
12 İyun

Qərəzindən əl çəkə bilməyən Fransa

08:30
12 İyun

Neft qiymətləri yenidən artdı 

08:25
12 İyun

Dövlətçiliyin xilasına aparan yol

08:23
12 İyun

Milli qurtuluşdan güclü və qalib Azərbaycana

08:20
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!