12 İyun 2026 09:00
163
CƏMİYYƏT
A- A+
"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib


Tovuz rayonu Nizami adına Mədəniyyət Evində keçirilən konfransda iştirakçılar öncə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olmuşlar. Sonra Ümummilli Liderin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələri birdəqiqəlik sükutla yad edilmişdir.

Milli Məclis deputatlarının, Respublika Baş Prokurorluğunun məsul əməkdaşlarının, rayon icra hakimiyyəti rəhbərlərinin, hüquq-mühafizə orqanları nümayəndələrinin, Müdafiə Nazirliyinin, Ombudsman Aparatının və rayon ağsaqqallarının iştirakı ilə keçirilən konfransda Baş Prokurorluğun idarə rəisi Ceyhun Kazımov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyində sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi və qanunun aliliyinin bərqərar olunması baxımından tarixi əhəmiyyət daşıdığını qeyd etmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquq sistemində aparılan islahatların bu gün də davamlı inkişafın əsasını təşkil etdiyini diqqətə çatdırmışdır. Milli Məclisin deputatı Nizami Səfərov çıxışında bu tarixi mərhələnin müasir Azərbaycan dövlətçiliyinin hüquqi-siyasi əsaslarının formalaşmasında həlledici rol oynadığını, konstitusion inkişafın və qanunvericilik sisteminin güclənməsinə şərait yaratdığını qeyd etmişdir.

Sonra Tovuz rayon prokuroru Maarif Hüseynov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin qardaşı Valeh Rzayev çıxış edərək Milli Qurtuluşun hüquqi dövlət quruculuğu, milli həmrəylik və qanunçuluğun möhkəmləndirilməsində əvəzsiz rolundan danışmışlar.

Konfransda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək Milli Qurtuluşun hüquqi əsaslarının və qanunçuluğun təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Qeyd etmişdir ki, 15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla ölkəmizi xaos və parçalanma təhlükəsindən xilas etmişdir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiq ölkədə həyata keçirilən hüquqi islahatların regionların inkişafına mühüm töhfə verdiyini, Tovuz rayonunda qanunçuluğun təmin olunması istiqamətində prokurorluq orqanları ilə səmərəli əməkdaşlığın davam etdirildiyini bildirmişdir. 

Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də onun müəyyən etdiyi quruculuq və şəhərsalma siyasətinə həsr olunmuş "Qurulan gələcək" sənədli filmi nümayiş etdirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 96 dollardan baha satılır

09:57
12 İyun

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

09:56
12 İyun

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

09:54
12 İyun

İlon Mask tarixdə ilk trilyonçu olub

09:42
12 İyun

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

09:40
12 İyun

Yayda düzgün qidalanmağın yolları

09:40
12 İyun

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

09:39
12 İyun

Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 

09:35
12 İyun

Aktyor əbədiyyəti səhnədə qazanır

09:30
12 İyun

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

09:26
12 İyun

Çətinliklərdən ümidə doğru...

09:25
12 İyun

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

09:24
12 İyun

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb  

09:23
12 İyun

Lənkərandakı Həzi Aslanov parkında yenidənqurma işləri aparılır

09:23
12 İyun

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbirlər davam edir

09:20
12 İyun

Astara: sitrusçuluq və düyüçülükdən tutmuş balıqçılıq və akvakulturayacan

09:15
12 İyun

Masallıda yaş barama tədarükünə başlanılıb

09:10
12 İyun

Rayon Prokurorluğunda "Açıq qapı" günü 

09:05
12 İyun

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

09:00
12 İyun

Şəfəqdə ucalan yurd sevgisi

08:55
12 İyun

Əli bəy Hüseynzadənin Vətənə son gəlişi və tarixi missiyası

08:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!