12 İyun 2026 09:54
144
CƏMİYYƏT
A- A+
İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür


İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu gün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 1997-ci ildə Amsterdam və Osloda keçirilən uşaq əməyinin ən pis formalarına qarşı mübarizəyə və mövcud problemlərə dair konfransların nəticələrinə görə təsis olunub. Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü dünya əhalisinin diqqətini müxtəlif ölkələrdə uşaq əməyi problemlərinə cəlb etmək məqsədi daşıyır. Uşaq əməyinin istismarı ilə bağlı qlobal məlumatlılığı artırmaq və bu kimi halların aradan qaldırılması üçün kollektiv fəaliyyəti gücləndirmək məqsədilə 2002-ci ildən bəri hər il iyunun 12-də Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü qeyd olunur. Əsas fəaliyyət yaşı 14-dən az olan uşaqların müxtəlif sahələrdə işləməsi, həmçinin onların yoxsulluq, təzyiq və ya istismara məruz qalması hallarının aradan qaldırılmasına yönəlib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, 2026-cı ildə “Uşaq əməyinə qırmızı vərəqə göstər: Uşaqlar üçün ədalətli oyun, böyüklər üçün layiqli əmək” süarı ilə qeyd edilən bu gündə təşkilat uşaq əməyinin qarşısını alan və uşaqların bu prosesdən uzaqlaşdırılmasını təmin edən siyasətlərin gücləndirilməsinə çağırır. Bu siyasətlərə keyfiyyətli təhsil, universal sosial müdafiə, böyüklər üçün layiqli iş və adekvat dolanışıq imkanları, daha güclü qanunvericilik və icra mexanizmləri, daha yaxşı məlumat və monitorinq sistemləri, eləcə də kənd təsərrüfatı və təchizat zəncirlərində məsuliyyətli fəaliyyət daxildir.

Məlumatda, həmçinin bildirilib ki, əldə olunan irəliləyişlərə baxmayaraq, dünyada hələ də 138 milyon uşaq əmək fəaliyyəti ilə məşğuldur, onlardan təxminən 54 milyonu təhlükəli işlərdə çalışır.

Afrika qitəsi həm işləyən uşaqların faizinə (22 faiz), həm də istismara məruz qalan azyaşlıların mütləq sayına görə (87 milyon nəfərə yaxın) regionlar arasında ən yüksək yerdədir. Asiya və Sakit Okean regionu isə 2020-ci ildən bəri ən böyük azalma göstəricisini əldə edib. Burada uşaq əməyinin səviyyəsi 6 faizdən 3 faizə enib, uşaqların sayı isə 49 milyondan 28 milyona düşüb. Latın Amerikası və Karib hövzəsində son 4 ildə uşaq əməyinin yayılma göstəricisi dəyişməsə də, təsirlənən uşaqların ümumi sayı 8 milyondan təxminən 7 milyona enib.

Məlumatda qeyd olunub ki, 2000-ci ildən bəri uşaq əməyinin miqyası demək olar ki, iki dəfə azalıb – 246 milyondan 138 milyona düşüb. Lakin mövcud azalma tempi kifayət deyil və dünya 2025-ci ilə qədər uşaq əməyinin aradan qaldırılması üzrə qlobal hədəfə çata bilməyib. Növbəti 5 il ərzində bu problemin tam həlli üçün hazırkı irəliləyiş tempi 11 dəfə sürətlənməlidir.

BMT-nin məlumatında vurğulanıb ki, kənd təsərrüfatı uşaq əməyinin ən geniş yayıldığı sahə olaraq qalır və bütün halların 61 faizini təşkil edir. Sonrakı yerlərdə xidmət sektoru, o cümlədən ev işləri və bazarlarda məhsul satışı, həmçinin sənaye sektoru – mədənçilik və istehsalat sahələri yer alır.

Qeyd edək ki, Azərbaycan BƏT-in “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib. Bundan başqa, milli qanunvericiliyimizdə yaşı 15-dən az olan uşaqların çalışmasına icazə verilmir. Eyni zamanda, ölkəmizdə uşaq əməyinin istismarı hallarına qarşı həm inzibati, həm də maarifləndirmə tədbirləri həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 96 dollardan baha satılır

09:57
12 İyun

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

09:56
12 İyun

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

09:54
12 İyun

İlon Mask tarixdə ilk trilyonçu olub

09:42
12 İyun

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

09:40
12 İyun

Yayda düzgün qidalanmağın yolları

09:40
12 İyun

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

09:39
12 İyun

Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 

09:35
12 İyun

Aktyor əbədiyyəti səhnədə qazanır

09:30
12 İyun

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

09:26
12 İyun

Çətinliklərdən ümidə doğru...

09:25
12 İyun

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

09:24
12 İyun

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb  

09:23
12 İyun

Lənkərandakı Həzi Aslanov parkında yenidənqurma işləri aparılır

09:23
12 İyun

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbirlər davam edir

09:20
12 İyun

Astara: sitrusçuluq və düyüçülükdən tutmuş balıqçılıq və akvakulturayacan

09:15
12 İyun

Masallıda yaş barama tədarükünə başlanılıb

09:10
12 İyun

Rayon Prokurorluğunda "Açıq qapı" günü 

09:05
12 İyun

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

09:00
12 İyun

Şəfəqdə ucalan yurd sevgisi

08:55
12 İyun

Əli bəy Hüseynzadənin Vətənə son gəlişi və tarixi missiyası

08:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!