27 May 2024 18:20
160
Elm və texnika
A- A+
“Planetlərin paradı”nın şahidi olacağıq

“Planetlərin paradı”nın şahidi olacağıq

 

İyunun 3-də “planetlərin paradı” müşahidə olunacaq. Venera, Yupiter, Merkuri və Uran planetlərini adi gözlə görmək mümkün olacaq. Saat 02:00-dan başlayaraq Saturn, 03:00-dan Mars, 04:50-dən Günəş doğana qədər şərq tərəfdə üfüqə yaxın Yupiter və Merkuri görünəcək. Uranı adi gözlə çox çətinliklə, Merkuridən 20 dəqiqə əvvəl - saat 04:20-dən sonra görmək olacaq. Urandan təxminən 6 dəfə zəif olan Neptunu isə yalnız teleskop vasitəsilə görmək mümkündür.

Venera həmin gün Günəşlə eyni zamanda doğduğuna görə müşahidəsi mümkün olmayacaq. Buna oxşar 6 planetin paradı avqust ayının axırları və sentyabrın əvvəllərində də baş verəcək. Astronomik hadisə olan “planetlərin paradı” bir neçə planetin bir-birinə kifayət qədər yaxın olduğu və Günəşə nisbətən bir tərəfdə şərti cərgədə düzülüşünə deyilir. “Planetlərin paradı” anlayışı elmi məna daşımır və bu zaman heç bir fiziki hadisə baş vermir.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!