26 Yanvar 2025 08:45
509
SİYASƏT
A- A+
Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir

Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir


Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Qeyri-Hökumət Təşkilatları (QHT) üzrə Komitəsinin sessiyası çərçivəsində ECOSOC-un məsləhətçi statuslu üzvü olan Christian Solidarity International (CSI) təşkilatının fəaliyyəti ilə bağlı narahatlığını ifadə edərək xüsusi məsələ qaldırıb. Müzakirələrin nəticəsi olaraq, həmin təşkilata konkret suallar ünvanlanıb.

BMT-nin İqtisadi və Sosial Şurasının xüsusi məşvərətçi statuslu üzvü olan "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərə qarşı belə hallarda hansı tədbirlərin görülməli olduğunu AZƏRTAC-a şərh edib.

Ekspert qeyd edib ki, Azərbaycan haqlı olaraq CSI təşkilatının fəaliyyətini gündəmə gətirib və təşkilatın BMT prinsiplərinə və ECOSOC-un tələblərinə uyğunluğu ciddi şəkildə araşdırılmalıdır.

O bildirib ki, Christian Solidarity International təşkilatının 2024-cü il iyulun 9-da və oktyabrın 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının tədbirləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən xəritələr nümayiş etdirməsi və ölkənin suveren ərazilərini qeyri-qanuni adlarla təqdim etməsi BMT prinsiplərinə ziddir. Bundan əlavə, həmin tədbirlərə işğal dövründə Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətlərdə iştirak etmiş şəxslərin əsas çıxışçılar kimi dəvət olunması beynəlxalq hüququn normalarının pozulmasına birbaşa şərait yaradır.

ECOSOC-un 1996/31 saylı qətnaməsinə əsasən, əgər bir təşkilat:

* BMT Nizamnaməsinə zidd fəaliyyət göstərirsə, üzv dövlətlərin suverenliyini və ərazi bütövlüyünü pozursa,

* Siyasi və qərəzli fəaliyyətlərdə iştirak edirsə və ya dövlətlərə qarşı əsassız ittihamlar irəli sürürsə,

* Qeyri-qanuni maliyyələşdirilmə və ya digər cinayətkar fəaliyyətlərlə əlaqələndirilirsə, 

* Son üç il ərzində ECOSOC və ya BMT-nin digər strukturlarına heç bir töhfə verməyibsə, bu halda həmin təşkilatın məsləhətçi statusunun dayandırılması və ya tamamilə ləğv edilməsi nəzərdə tutulur. Azərbaycanın ECOSOC-da qaldırdığı bu məsələ beynəlxalq hüququn normalarına əsaslanaraq, CSI təşkilatının fəaliyyətinin obyektiv araşdırılmasını tələb edir.

Cəsarət Hüseynzadə qeyd edib ki, bu cür hallar ECOSOC-un təcrübəsində kifayət qədər mövcuddur. Adətən məsləhətçi statusun dayandırılması əsasən hesabat verilməməsi ilə bağlı həyata keçirilir. Lakin digər məsələlərlə bağlı da kifayət qədər presedentlər mövcuddur. Məsələn, 2015-ci ildə Azərbaycan ECOSOC-un QHT komitəsində üzvü olduğu dövrdə, BMT 2 Afrika qeyri-hökumət təşkilatının məsləhətçi statusunu ləğv edərək onların BMT ilə əməkdaşlığının qarşısını aldı. Belə nümunələr kifayət qədərdir.

"Bildirmək istəyirəm ki, ECOSOC-un 1996/31 saylı qətnaməsinin 57(a) maddəsinə əsasən, əgər bir təşkilat BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə zidd olan fəaliyyət həyata keçirirsə, onun məsləhətçi statusu dayandırıla və ya ləğv edilə bilər. Bu müddəa BMT üzv dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş addımların ECOSOC statusunun itirilməsinə səbəb ola biləcəyini açıq şəkildə göstərir. Bu da BMT Nizamnaməsinin 2-ci maddəsinə əsaslanır. Buna əsasən, əgər bir QHT üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirsə, onun məsləhətçi statusunun ləğvi tələb oluna bilər", - deyə C.Hüseynzadə əlavə edib.

Onun sözlərinə görə, CSI təşkilatı özünü insan hüquqları təşkilatı kimi təqdim etsə də, monitorinq nəticəsində məlum olub ki, bu təşkilat əsasən ermənilərin hüquqlarını müdafiə etməyə yönəlib. Eyni zamanda, təşkilatın maliyyələşməsi ilə bağlı heç bir şəffaf məlumat yoxdur, halbuki vətəndaş cəmiyyəti təşkilatlarının maliyyə fəaliyyətləri açıq və şəffaf olmalıdır.

QHT sədri deyib: "Biz bilirik ki, bu təşkilat qeyri-qanuni şəkildə ermənipərəst qüvvələr tərəfindən maliyyələşdirilir. Bundan əlavə, təşkilatın sosial şəbəkə hesablarındakı paylaşımlarının böyük əksəriyyəti Azərbaycan dövlətinə qarşı yönəlib. Təşkilatın idarə heyətinin rəhbəri John Eibner sosial şəbəkələrdə Ruben Vardanyanın təbliğatına aktiv şəkildə dəstək verir. Həmçinin BMT tədbirlərində təşkilatın adından çıxış edənlər arasında Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın da olması təşkilatın müstəqil fəaliyyətini şübhə altına alır".

Ekspert bildirib ki, təşkilat təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Afrika ölkələrinin xəritələrində də öz maraqlarına uyğun dəyişikliklər edib. Bütün bu faktlar və ECOSOC-un 1996/31 saylı qətnaməsi Christian Solidarity International təşkilatının ECOSOC-dakı xüsusi məşvərətçi statusunun ləğv edilməsi üçün əsas yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ

14:05
14 Mart

Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır

13:59
14 Mart

Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”

13:36
14 Mart

Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb  

13:33
14 Mart

Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir  

13:32
14 Mart

Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik

13:27
14 Mart

Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir

13:19
14 Mart

Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb

13:18
14 Mart

Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır

12:56
14 Mart

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub  

12:52
14 Mart

İşğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib  

12:51
14 Mart

Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir

12:50
14 Mart

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb 

12:46
14 Mart

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği 8 faizdən çox artıb  

12:31
14 Mart

Annalena Berbok: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir  

12:23
14 Mart

“Politico” nəşri: Avropa Parlamenti yenidən korrupsiya ittihamı ilə çalxalanır  

12:14
14 Mart

Əli Əsədov: Ötən il sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub

11:53
14 Mart

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası müzakirə olunub  

11:53
14 Mart

Əli Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir

11:50
14 Mart

Baş nazir: 2024-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb

11:47
14 Mart

Sabiq Prezident: Bakı Forumu böhranların mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir  

11:43
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!