10 Yanvar 2025 20:04
1906
Elm və texnika
A- A+
“TEKNOFEST KKTC 2025” texnologiya müsabiqəsinə müraciətlər başlayıb

“TEKNOFEST KKTC 2025” texnologiya müsabiqəsinə müraciətlər başlayıb

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” texnologiya müsabiqəsi 2025-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində texnologiya və innovasiyaya həvəsli iştirakçıları bir araya gətirir.

AZƏRTAC-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, 2025-ci ildə ilk dəfə keçiriləcək və “TEKNOFEST Robolig” Mavi Vətən Müsabiqəsi, “TEKNOFEST” KKTC Araşdırma Layihə Müsabiqəsi və “HackMasters” Mavi Vətən Müsabiqəsi ilə texnologiya və innovasiya dünyasında böyük həyəcan yaradacaq festival üçün müsabiqə müraciətləri başlayıb.

İştirakçılar layihələrini nümayiş və inkişaf etdirmək imkanı əldə edəcək, komandalar isə ümumilikdə 2,5 milyon TL (türk lirəsi) mükafat və 3 milyon TL (türk lirəsi) maliyyə dəstəyi ilə təmin olunacaqlar.

“TEKNOFEST 2025” çərçivəsində keçiriləcək müsabiqələr texnologiyanın müxtəlif sahələrində innovativ həllərin hazırlanması imkanı təqdim edir. Turizm Texnologiyaları Yarışması Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin zəngin mədəni irsi, turizm potensialı və mədəni fəaliyyətləri üçün innovativ həllər hazırlamaqla Sosial İnnovasiya Müsabiqəsi sosial problemlərə texnologiyayönümlü yaradıcı yanaşmalar təqdim edəcək.

İlk dəfə təşkil ediləcək müsabiqələrdən biri olan “TEKNOFEST” KKTC Araşdırma Layihə Müsabiqəsində “Kənd təsərrüfatı, Ətraf mühit və enerji” kateqoriyalarında Şimali Kipr Türk Cümhuriyyətinin problemlərinə yenilikçi həllər tapılacaq. Uçan Avtomobil Simulyasiya Müsabiqəsi simulyasiya mühitində komandaların avtonom uçuşunu, strateji nəzarəti və yenilikçi hava nəqliyyatı həllərini inkişaf etdirməyi hədəflərkən, “TEKNOFEST” Dron Çempionatı KKTC mərhələsi aviasiya həvəskarlarını unikal bir təcrübəyə dəvət edəcək.

“TEKNOFEST Robolig” Mavi Vətən Müsabiqəsi komandalara robototexnika və kodlaşdırma bacarıqlarını inkişaf etdirmək imkanı verməklə “HackMasters” Mavi Vətən Müsabiqəsi öz qapılarını kibertəhlükəsizlik sahəsində istedadlarını nümayiş etdirmək istəyənlərin üzünə açacaq.

Dünyanın hər yerindən iştirakçıları qəbul edəcək “TEKNOFEST” KKTC Texnologiya Müsabiqəsinə son müraciət tarixi yanvarın 15-dir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

23:27
16 Mart

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

22:01
16 Mart

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib  

20:45
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

18:32
16 Mart

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!