25 Yanvar 2025 15:06
255
Elm və texnika
A- A+
Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib


ADA Universitetinin Qazax Mərkəzində artıq ənənə halını alan Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ziyalıları, regional təhsil nümayəndələrini, ADA Universitetinin, onun Qazax Mərkəzinin və ADA Məktəbinin pedaqoqlarını bir araya gətirib.

Təhsil tariximizin dəyərlərindən ilhamlanaraq maarifpərvərlər beşiyi olan Qazaxda keçirilən tədbir müasir pedaqoji problemlərə innovativ yanaşmaları irəli sürmək məqsədi daşıyıb. Səmərəli təcrübələri region müəllimləri ilə bölüşmək də tədbirin əsas məqsədlərindən biridir.

İkinci Regional İnnovasiyalar Forumunda təlim-tədrisin keçmişi, qorunan ənənələr müzakirə edilib, təhsilin gələcəyinə nəzər salınıb.

ADA Universitetinin prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdal çıxış edərək bildirib ki, irəli sürülən ideya və yanaşmalar təhsil sahəsindəki uğurlarımıza və qarşılaşdığımız çətinliklərin həllinə fərqli bucaqdan baxmağa kömək edəcək. Müzakirələrin sonunda isə yeni fikirlər, praktiki üsullar ortaya çıxacaq.

Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova çıxışında Azərbaycanlılıq və azərbaycançılıq anlayışlarının milli kimliyin qorunmasındakı roluna toxunub.

Çıxışçı dilimizin milli ideologiyanın əsas daşıyıcısı olduğunu söyləyib. Əlavə edib ki, təhsildə azərbaycançılıq məfkurəsi gəncləri tarixi keçmişi anlayaraq qlobal mühitdə milli kimliklərini qorumağa təşviq edir.

Təqdimat, sual-cavab sessiyaları ilə davam edən forumda Mingəçevir, Füzuli, Laçın, Ağstafa və digər bölgələrdən pedaqoqlar fikir mübadiləsi aparıblar. Onlar şagirdlərin yaradıcı düşüncə tərzinin inkişafında müasir məktəb idarəçiliyinin rolu, inklüziv təhsilin tədris mühitinə təsiri mövzularını müzakirə ediblər.

Tədbir məlumat əsaslı strategiyalar və texnologiyalar vasitəsilə təhsilin dəstəklənməsinə dair təqdimatlarla davam edib.

Layihə və praktika əsaslı tədris ilə müasir, bacarıqlı şagirdlərin yetişdirilməsi metodları da təhlil olunub.

Pedaqoqlar təhsilin inkişafı üçün müəllimlərin də peşəkar inkişaf təlimlərinə cəlb olunmalarının vacibliyini vurğulayıblar. Region məktəblərində problemin həlli yönümlü yanaşma, tədqiqat ənənəsinin təşviqi və innovasiyaların tətbiqi xüsusi vurğulanıb.

Qeyd edək ki, Regional Pedaqoji İnnovasiyalar Forumunun mədəni proqramı çərçivəsində tanınmış kinorejissor, Xalq artisti Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Keçmişdən məktublar” filminin nümayişi olub.

Film barədə məlumat verən rejissor filmin İkinci Dünya müharibəsi illərində Azərbaycandan deportasiya edilən alman koloniyaçıların taleyinə həsr olunduğunu bildirib.

Oqtay Mirqasımov izləyicilərin tədrisdə incəsənətin tətbiqinə dair suallarını cavablandırıb.

Qeyd edək ki, ADA Universitetinin Gəncədə yeni proqramı başlayıb. Proqram Universitetin Qazax Mərkəzinin magistr məzunları, “Bir müəllimin manifesti” proqramının iştirakçıları və regional müəllimlər üçün nəzərdə tutulub. Bu yeni proqram məktəblilərin zehni sağlamlığını dəstəkləmək üçün müəllimlərin peşəkar bacarıqlarının inkişafını nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusda prezident seçkilərində seçicilərin 85,70 faizi iştirak edib

23:19
26 Yanvar

Belarusda keçirilən prezident seçkilərində seçicilər arasında exit-poll sorğusunun nəticələrinə yekun vurulub  

23:13
26 Yanvar

Mərakeşdə terror aktına cəhdin qarşısı alınıb  

21:41
26 Yanvar

Misli Premyer Liqası: "Qarabağ" doğma meydanda "Turan Tovuz"a məğlub olub

20:48
26 Yanvar

“AzerGold”un qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub

20:39
26 Yanvar

Britaniya universitetləri son dörd ildə Çindən milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb  

19:11
26 Yanvar

Baş konsul: Türkiyə ilə quru sərhəddə ticarət həcmi artırılmalıdır

18:18
26 Yanvar

Aleksandr Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək

17:59
26 Yanvar

Qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli olub  

17:49
26 Yanvar

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

17:37
26 Yanvar

Ukraynalı ailələr uşaqlarını Böyük Britaniyaya gətirmək üçün qeyri-qanuni yollara əl atmaq məcburiyyətində qalıblar  

17:22
26 Yanvar

Bərdədə keçirilən eksternat imtahanında 374 nəfər iştirak edib

16:57
26 Yanvar

Tramp ilk beynəlxalq səfərini Britaniyaya edə bilər

16:31
26 Yanvar

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb  

15:58
26 Yanvar

Lukaşenko Belarusda prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı Aİ-nin bəyanatını pisləyib  

15:41
26 Yanvar

Ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyənlər üçün eksternat imtahanı keçirilib

15:14
26 Yanvar

XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

14:51
26 Yanvar

Fransada 48 saat ərzində iki polis intihar edib

14:27
26 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib 

14:03
26 Yanvar

Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib

13:59
26 Yanvar

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib

13:19
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!