26 Yanvar 2025 14:51
299
SİYASƏT
A- A+
XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

XİN: Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub

Separatçı rejimin nümayəndələrinə psixotrop maddələrin tətbiqinə dair iddialar gülüncdür.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərh verərkən belə deyib. Bildirib ki, yanvarın 25-də Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür: “Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib.

Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır.

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan Baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma "müstəqillik" münasibətilə təbrik etdiyini heç kim unutmayıb.

Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əlcəzair ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını Fransadan tələb edir  

19:30
27 Yanvar

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

18:32
27 Yanvar

Hotellərin gəliri artıb

18:06
27 Yanvar

ANAMA yanında İctimai Şuranın üzvlərinə Agentliyin 25 illiyi yubiley medalı təqdim olunub

17:53
27 Yanvar

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb - FƏRMAN

17:44
27 Yanvar

Avropa İttifaqı Gürcüstanla viza rejiminin sadələşdirilməsinə dair qərara dəyişiklik edib

17:28
27 Yanvar

Lüksemburqla iqtisadi əlaqələrin mövcud vəziyyəti müzakirə olunub

17:26
27 Yanvar

Azərbaycan qılıncoynadanı Estoniyada fəxri kürsüyə qalxıb

17:17
27 Yanvar

Daxili Qoşunların Hərbi İnstitutu 2025-2026-cı tədris ili üçün tələbə qəbulu elan edir

17:13
27 Yanvar

Ötən il Bakı metrosundan istifadə edən sərnişinlərin sayı artıb  

17:10
27 Yanvar

Türkiyənin XİN başçısı Səudiyyə Ərəbistanına səfər edəcək

17:08
27 Yanvar

Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk iclası keçirilib

16:59
27 Yanvar

Ekspertlər: Trampın enerji siyasəti neftin qiymətlərinə ciddi təsir etməyəcək

16:56
27 Yanvar

“ASAN xidmət” gəncləri robototexnika sahəsində bir araya gətirir

16:50
27 Yanvar

Azərbaycan savatçıları beynəlxalq turniri 11 medalla başa vurublar

16:49
27 Yanvar

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

16:45
27 Yanvar

AŞPA-nın yeni prezidenti seçilib

16:44
27 Yanvar

Emmanuel Makronun populyarlıq reytinqi ən aşağı səviyyəyə düşüb - Sorğu

16:43
27 Yanvar

“Akşam” qəzeti: ABŞ və Ermənistan qeyri-qanuni bukmeyker saytlarının əsas mənbəyidir

16:42
27 Yanvar

ANAMA: Ötən həftə 705,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

16:42
27 Yanvar

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

16:31
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!