23 Yanvar 2025 08:00
1646
SİYASƏT
A- A+
Qarşı tərəfin müraciətinə əsasən...

Qarşı tərəfin müraciətinə əsasən...



İlham Əliyevin Davos görüşləri Azərbaycanın artan qlobal nüfuzunun bariz təcəssümüdür


Dünyanın siyasi-iqtisadi elitasının diqqəti Davosa yönəlib. Yanvarın 20-dən 24-nə qədər davam edəcək Davos Dünya İqtisadi Forumunda mühüm məsələlər müzakirə olunmaqdadır. 

Beynəlxalq səviyyədə ən mühüm tədbirlərdən olan forum bir sıra ölkə liderini, əsas beynəlxalq aktorları və ekspertləri bir məkanda birləşdirən nəhəng hadisədir.

Hər il İsveçrənin Davos şəhərində təşkil olunan tədbir çərçivəsində qlobal iqtisadi inkişafın vacib problemləri, dünya iqtisadiyyatında əsas meyillər müəyyən edilir, növbəti il üçün bir növ vəzifələr müəyyənləşdirilir.

Builki Davos İqtisadi Forumunda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edirlər. Foruma həmçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri də qatılıblar. İclasda ümumilikdə 3 minə yaxın insanın iştirakı gözlənilir.

Beş gün ərzində iştirakçılar qlobal iqtisadiyyatda yeni artım mənbələrinin, biznes strategiyalarının əsas geoiqtisadi və texnoloji dəyişikliklərinin nəzərə alınmaqla uyğunlaşdırılması, insan kapitalının inkişafına sərmayə qoyuluşunu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılmasını müzakirə edirlər. 

Bu tədbirin ölkəmiz üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycanın adı forumun fəal ölkələri sırasında öndə gəlir. 

Prezident İlham Əliyev hər il forumun işində aktiv iştirak edir. Azərbaycan lideri bu qlobal iqtisadi tədbirin ən nüfuzlu qonaqları sırasındadır. Dövlət başçısının hər il bu nüfuzlu tədbirə dəvət olunması onun dünya liderləri arasında tutduğu yüksək mövqenin göstəricisidir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları, strateji layihələri və əməkdaşlıq perspektivləri forum çərçivəsində dünyaya çatdırılır. Dövlətimizin başçısı öz iqtisadi, siyasi və sosial strategiyalarını geniş formatda təqdim edir. Bir mərama da diqqət yetirmək lazımdır ki, İlham Əliyev hər il forumda iştirakı zamanı ayrı-ayrı ölkələrin liderləri ilə yanaşı, dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri, tanınmış iş adamları ilə çoxsaylı görüşlər keçirir, beynəlxalq miqyaslı media qurumlarına, jurnalistlərə müsahibələr verir.

Hazırda da Prezident İlham Əliyev Davos şəhərindədir və Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirir.

Dünən İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Yanvarın 22-də Azərbaycan Prezidenti Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb. Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanıb. Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub.

Əlavə edək ki, bundan öncə İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşlər keçirib. 

Ümumiyyətlə, Azərbaycanın bugünkü reallıqlarına nəzər salsaq görərik ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf məkanına çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirib, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərib. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin dünyada şəxsi nüfuzunun artmasına gətirib çıxarıb, cənab Prezidentin regionda mübaliğəsiz lider olduğunu isbat edib. 

Xüsusilə qeyd etməliyik ki, İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizliyə və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirir və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.

Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini dəyərləndirir və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.

İstər Davos İqtisadi Forumu, istər Münhen Təhlükəsizlik Konfransı, istərsə də digər beynəlxalq təşkilatların toplantılarında iştirak bir daha sübut edir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa yüksək önəm verir, cənab İlham Əliyevi sözünün sahibi, etibarlı tərəfdaş və ən önəmli lider hesab edirlər. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahmar Mövsümov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb  

11:02
08 Dekabr

Azərbaycan Prezidentinin köməkçisi: Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir  

11:01
08 Dekabr

DİN: Son iki gündə 53 cinayətin açılması təmin edilib  

11:00
08 Dekabr

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər  

10:59
08 Dekabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:58
08 Dekabr

Tailand Kamboca ilə qarşıdurmaya döyüş təyyarələri cəlb edib  

10:57
08 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:56
08 Dekabr

Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?  

10:51
08 Dekabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbir keçirilib  

10:37
08 Dekabr

Maqnit qasırğası gözlənilir

10:15
08 Dekabr

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!