23 Yanvar 2025 09:11
159
SİYASƏT
A- A+
Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib  

Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib  

Yanvarın 22-də Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclası keçirilib.

Azərbaycanın İrandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda iqtisadiyyat, ticarət-investisiya, neft-qaz, energetika, nəqliyyat-tranzit və humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin davam etdirilməsi üzrə müzakirələr aparılıb.

İclasın yekunu olaraq Azərbaycan Respublikasının Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayevlə İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfindən sədri xanım Fərzanə Sadeq Anlaşma Memorandumunu imzalayıblar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev, həmçinin İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri, İran İslam Respublikasının yol və şəhərsalma, neft, energetika nazirləri ilə görüşlər keçirib, ikitərəfli əlaqələr, regional və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası olub  

13:15
23 Yanvar

“YAŞAT” Fondunun dəstəyi ilə daha bir qazi əməliyyat olunub  

13:02
23 Yanvar

Türkiyədən Suriyaya təyyarə səfərləri başlayıb  

12:45
23 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:42
23 Yanvar

Bugünkü valyuta hərracında tələb 52,5 milyon dollar təşkil edib  

12:34
23 Yanvar

Belarusda prezident seçkiləri ilə bağlı erkən səsvermə keçirilir  

12:28
23 Yanvar

AMEA-nın Naxçıvan Bölməsi ötən il 4 mühüm elmi nəticə əldə edib  

12:23
23 Yanvar

Tacikistanın səfiri: Səylərimiz dünya arenasında MDB-nin müsbət imicinin daha da möhkəmlənməsinə yönələcək  

12:19
23 Yanvar

“Bloomberg Philanthropies” Paris Sazişindən çıxdıqdan sonra ABŞ-ın iqlim üzrə üzvlük haqlarını ödəyəcək  

12:09
23 Yanvar

Polisin əməliyyatı zamanı 36 kiloqram narkotik vasitə aşkarlanıb

12:04
23 Yanvar

Avropa İttifaqı keçən il elektrik enerjisinin 47 faizini bərpaolunan mənbələrdən əldə edib  

12:00
23 Yanvar

AMEA Humanitar Elmlər Bölməsinin ötənilki fəaliyyəti müzakirə edilib  

11:56
23 Yanvar

Qazaxıstan ilk AES-in tikintisinə iddiaçıları müəyyənləşdirib  

11:52
23 Yanvar

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupun növbəti iclası keçirilib  

11:47
23 Yanvar

Los-Ancelesin yaxınlığında yeni meşə yanğınları başlayıb

11:41
23 Yanvar

Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb  

11:36
23 Yanvar

AMEA Rəyasət Heyətinin iclası keçirilib  

11:31
23 Yanvar

Abadlaşan, yenidən qurulan Xankəndi

11:23
23 Yanvar

Bakıda naxçıvanlı Əməkdar rəssam Ülviyyə Həmzəyevanın fərdi sərgisi açılıb  

11:20
23 Yanvar

İsveç dünyanın ən böyük rəsədxanasının tikintisinə qoşulub

10:58
23 Yanvar

İqlimşünas alim: Azərbaycanda orta illik temperaturun artımı qlobal göstəricilərə yaxındır  

10:49
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!