27 Yanvar 2025 17:13
1846
CƏMİYYƏT
A- A+
Daxili Qoşunların Hərbi İnstitutu 2025-2026-cı tədris ili üçün tələbə qəbulu elan edir

Daxili Qoşunların Hərbi İnstitutu 2025-2026-cı tədris ili üçün tələbə qəbulu elan edir


Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutu 2025-2026-cı tədris ili üçün tələbə qəbulu elan edir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Daxili Qoşunların Hərbi İnstitutuna qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 1,65 santimetr, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılan fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilən normativlər üzrə sınaqdan keçməlidirlər. Fiziki hazırlıq üzrə minimal normativlərə turnikdə dartınma çəkisi 80 kiloqramadək 10 dəfə və çəkisi 80 kiloqramdan yuxarı olanlar üçün isə 8 dəfə, qaçış 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi 20 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi 20 dəfə daxildir.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

İnstituta qəbul olunan şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Daxili Qoşunların Hərbi İnstitutunda tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

İnstitutu müvəffəqiyyətlə bitirən məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2025-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili Qoşunların Hərbi İnstitutuna qəbul edilmir.

İnstituta qəbul üçün namizədlər Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, R.Hüseynov küçəsi 4) şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və 2 nüsxədə notarial qaydada təsdiq olunmuş surəti), yaxın qohumlarının (ata, ana, qardaş, bacı) 2 nüsxədə şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri, təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta, texniki peşə, orta ixtisas təhsili haqqında sənəd (attestatın, diplomun əsli və 2 nüsxədə notarial qaydada təsdiq edilmiş surəti), ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə, 9x12 santimetr ölçüdə 2 ədəd, 4x6 santimetr ölçüdə 4 ədəd fotoşəkil (baş geyimsiz, rəngli, donuq kağızda), 2 nüsxədə olmaqla yaşayış yeri və ailə tərkibi haqqında arayışı şəxsən təqdim etməlidirlər.

İnstituta namizədlərin ərizə və sənədlərinin qəbulu 2025-ci il martın 1-dən aprelin 20-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

Məlumat üçün (012) 560-27-00, (012) 513-23-06, (012) 590-65-38 nömrələri ilə əlaqə saxlamaq olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!