Bu məkrli plan Cənubi Qafqazda təhlükəsizliyə birbaşa zərbədir
II Qarabağ müharibəsində kapitulyasiya aktına imza atan Ermənistan hazırda Azərbaycanla sülhə yox, revanşa hazırlaşır. İşğalçı və təcavüzkar ölkə Azərbaycana qarşı ərazi iddiaları əks olunan konstitusiyasını dəyişmək, ATƏT-in keçmiş Minsk qrupunun de-yure ləğvi üçün ölkəmizlə birgə müraciət etmək əvəzinə silahlanmağa, üçüncü ölkələrin hərbi güclərini sərhədimizə yerləşdirməyə başlayıb. Avropa İttifaqının (Aİ) qondarma müşahidə missiyasının müddətinin uzadılması, hərbiləşdirilməsi planları da Cənubi Qafqazda müharibə niyyətlərinin gerçəkləşdirilməsinə xidmət edir.
Çirkin məqsəd
Xatırladaq ki, 2025-ci il yanvarın 10-da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti Brüsselin Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətində olduğunu açıqlayıb. Bununla bağlı mediada gedən məlumatlara görə, yanvarın 27-də kəşfiyyat missiyasının mandatının daha iki il müddətinə uzadılacağı gözlənilir. Eyni zamanda Brüssel bu missiyanın hərbiləşdirilməsini planlaşdırıb. Caliber.az saytının əldə etdiyi məlumata əsasən, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Bu hərbi bölmələrin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır.
Məqsəd Ermənistandan plasdarm kimi istifadə etməklə bölgədə Aİ-nin hərbi amil olaraq mövcudluğuna şərait yaratmaqdır. Ancaq Ermənistanla sərhəd xətləri hələ tam müəyyənləşdirilməmiş Azərbaycan Aİ missiyasının müddətinin ölkəmizlə razılaşdırılmadan uzadılmasına, onun hərbiləşdirilməsinə qarşıdır və buna sərt münasibətini göstərib. Bakı ilk gündən bu missiyanın varlığına heç bir lüzum olmadığını qətiyyətlə bildirib.
Təkcə ötən il Ermənistan ilə Azərbaycan arasında normallaşma istiqamətində baş verən müsbət irəliləyişlərə nəzər salmaqla görərik ki, belə məsələdə üçüncü tərəflərin iştirakına ehtiyac yoxdur. Məsələn, iki ölkə rəsmilərinin bir neçə dəfə kənar vasitəçilər olmadan dialoqlar həyata keçirməsi, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiya işlərinə start verilməsi, Qazaxın dörd kəndinin azad edilməsi, 17 maddə və preambuladan ibarət sülh müqaviləsi layihəsinin 10-dan çox maddəsinin razılaşdırılması, sərhəd dirəklərinin quraşdırılması və sair buna əyani misaldır.
Lakin hadisələrin bu istiqamətdə inkişafı müstəmləkəçi Fransanın yönləndirməsi ilə hərəkət edən Aİ-nin maraqlarına uyğun gəlmir. Ona görə də Qərb kəşfiyyat missiyasının bölgədə varlığını sürdürməsi üçün əlindən gələni edir və bu vasitə ilə gərginlik yaratmağa çalışır.
Xatırladaq ki, 2022-ci ilin dekabrından əslində qısa müddətlik zaman ərzində fəaliyyət üçün işə başlayan bu missiya Azərbaycanın razılığı olmadan hazırda da fəaliyyətini davam etdirir. Ötən müddətdə bu missiya sülhə töhfə vermək əvəzinə ona mane olmaqdan başqa bir iş görməyib.
Hər şeyə adekvat cavab veriləcək
Missiyanın fəaliyyətinə dördəlli razılıq verən və vaxtının uzadılmasına tərəfdar çıxan İrəvan bununla elə hesab edirdi ki, Aİ-nin bu missiyasının çətiri altında Azərbaycana qarşı istədiyi təxribat və təcavüzkarlıqları edə biləcək. Amma törətdiyi təxribatlara qarşı hər dəfə aldığı adekvat cavablarla bu niyyətinin puç olduğunu gördü. Ötən müddətdə Aİ-nin kəşfiyyat missiyasının üzvləri vaxtaşırı Ermənistanla sərhədimizə gəlib, Azərbaycana tərəf durbinlə baxmaqla məşğul olub. Yəni Qərb "binokl diplomatiyası"nı işə salıb. Caliber.az saytının məlumatında bildirilir ki, missiyanın mövcud kəşfiyyat infrastrukturu (yalnız binokllar deyil, həm də Azərbaycan istiqamətinə baxmaq üçün istifadə olunan kameralar) ilə yanaşı, müvafiq avadanlıqlar və xüsusi texnikanın, o cümlədən hərbi nəqliyyat vasitələrinin tətbiqi də nəzərdə tutulur. Həmçinin avromissiya üzvlərinə silah daşımağa da icazə veriləcək.
Qeyd edək ki, ötən cümə günü günorta saatlarında 4 nəfərin üzərində Avropa İttifaqının bayrağı olan 2 ədəd "Toyota Land Cruiser LX" markalı avtomobildə Ermənistanın Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə gələrək əraziyə baxış keçirməsi müşahidə olunub.
Bu fakt da açıq göstərir ki, Aİ-nin dırnaqarası missiyasının güddüyü məram heç də xoş deyil. Onsuz da Vətən müharibəsindən sonra Ermənistanın sürətlə silahlandırılmasına başçılıq edən Fransanın davranışları, Avropa İttifaqının normallaşma prosesində birmənalı olaraq İrəvanın tərəfini tutması, Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirməsi və sair bu kimi məsələlər Azərbaycana münasibəti açıq göstərmişdi. Aİ-nin qondarma müşahidə missiyasının müddətinin uzadılması, hərbiləşdirilməsi isə etimada daha bir zərbədir. Bu, Aİ-nin "missiya" adı altında bölgəyə hərbi güc kimi yerləşməkdə israr etdiyini bir daha təsdiqləyir.
O da faktdır ki, Azərbaycanın siyasi iradəsindən kənarda hər hansı missiyanın regionda formalaşması Cənubi Qafqazda problemlərin nizamlanmasına töhfə vermək əvəzinə daha gərgin vəziyyətin yaranmasına səbəb olacaq. Bunun nəticəsi isə ilk növbədə sülh müqaviləsini imzalamaqdan ötrü tələb olunan şərtləri yerinə yetirməkdən yayınan Ermənistan üçün acınacaqlı olacaq. Eyni zamanda regionda lider mövqeyə malik Azərbaycanla əməkdaşlıq etmək əvəzinə bu cür qərəzli və təhlükəli siyasət həyata keçirən Aİ-yə üzv ölkələr davranışlarının nəticələrini yüz dəfə ölçüb biçməlidirlər. Çünki Azərbaycan yaxşılığa yaxşılıqla, pisliyə isə adekvat cavab verəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 23 may tarixli 2834 nömrəli, "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
"Yazın Şanslı Sığortası" tirajlı
Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib
Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb
Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub
BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir
İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır
BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir
Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var
Cəbrayılda əmək yarmarkası keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib
Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər
XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!