11 Oktyabr 2024 09:00
4723
Səhiyyə
A- A+
Payız depressiyasına necə düşməyək?

Payız depressiyasına necə düşməyək?


Mövsüm dəyişiklikləri insanların sosial həyatına, əhvali-ruhiyyəsinə, enerji tənzimləməsinə, yuxu müddəti və qida qəbuluna birbaşa təsir edir. Hər 20 insandan biri mövsümi depressiyadan əziyyət çəkir.

Mövsümi depressiya fəsil dəyişikliyi zamanı, xüsusən payız və qış aylarında meydana çıxan depressiya növüdür. Depressiyanın bu növündən əsasən 18-30 yaşlı insanlar əziyyət çəkirlər. Araşdırmalar göstərir ki, qadınlar mövsümi depressiyadan kişilərə nisbətən daha çox problem yaşayırlar. Bu, hormonal dəyişikliklər və qadınların emosionallığının daha yüksək olması ilə əlaqələndirilir. Gün işığının azalması, insanların daha çox evdə qalması və sosial fəaliyyətlərin məhdudlaşması kimi faktorlar emosional vəziyyətə təsir edərək depressiya simptomlarını artırır.


İki həftədən çox çəkərsə...


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, mövsümi depressiyanın əsas simptomları enerji azlığı, yorğunluq, yuxusuzluq və ya həddən artıq yuxu istəyi, motivasiyanın azalması, şirniyyat və karbonhidratlı qidalara meyillilik, kədər, ümidsizlik, stres, sosial fəaliyyətdən uzaqlaşma və tək qalmaq istəyidir: "Daha az gün işığı alan ölkələrdə, xüsusilə şimalda yaşayan insanlar mövsümi depressiyaya meyilli olurlar. Gün işığı azaldıqca bədəndə serotoninin səviyyəsi düşür ki, bu da depressiya riskini artırır". 

Psixoloq bildirib ki, psixi sağlamlıq problemlərindən əziyyət çəkən insanlarda mövsümi depressiya riski daha yüksəkdir. Habelə ailəsində depressiya yaşayan insanlar daha çox risk qrupuna daxildirlər. 

Mövsümi depressiya müxtəlif simptomlarla özünü göstərir və həm emosional, həm də fiziki dəyişikliklərə səbəb olur. Elnur Rüstəmov bildirib ki, bu problemdən əziyyət çəkən insan özünü həmişə kədərli və ümidsiz hiss edir. Bu hisslər günlər, hətta həftələrlə davam edə bilər. Onlar əvvəllər həzz aldığı fəaliyyətlərə artıq maraq göstərmir, özlərini daim dəyərsiz və günahkar hiss edirlər. Bu hiss qidalanmaya da birbaşa təsir edir. Yemək istəyi azalır və ya əksinə, artır. Bu da çəki azalması və ya artması ilə nəticələnir.

Depressiyada olan şəxsdə narahatlıq hissi artır və lüzumsuz məsələlərə belə kəskin reaksiya verir. Yaddaş zəifliyi, qərarvermədə çətinlik və konsentrasiyanın pozulması da mövsümi depressiyanın əlamətləri arasında yer alır. Bu dövrdə insan ailə üzvlərindən, dostlarından və ictimai fəaliyyətlərdən uzaqlaşa bilər. Özünü təcridetmə meyli artır, ən sadə işlər belə yorucu gəlir. İnsan özünü həmişə yorğun hiss edir, bu da gündəlik fəaliyyətini çətinləşdirir.

Mövsümi depressiyada olan insanın üzləşdiyi ən önəmli problemlərdən biri yuxu nizamının pozulmasıdır. Bu zaman insan ya həddindən artıq yatmaq istəyir, ya da yuxusuzluqdan əziyyət çəkir. Gecə tez-tez yuxudan oyanma halları baş verir. Qısa yuxu müddətləri nəticəsində də bədəndə əlavə gərginlik yaranır. 

Psixoloq qeyd edib ki, depressiya simptomlarından bir neçəsi iki həftədən artıq davam edərsə, peşəkar psixoloq və ya psixoterapevtlə görüşmək lazımdır. Depressiyanın diaqnozu və müalicəsi üçün psixoloji dəstək vacibdir, çünki hər bir insanın fərdi təcrübəsi fərqli olur və uyğun müdaxilə ilə vəziyyət yaxşılaşa bilər.


Psixi sağlamlıq fiziki sağlamlıq qədər önəmlidir


Mövsümi depressiyaya yaxalanmamaq və ya onunla mübarizə aparmaq üçün əhəmiyyətli addımlar atıb, öz üzərimizdə çalışıb bəzi vərdişlərə yiyələnməliyik. Gündəlik fiziki aktivliyin bədəndə endorfini artırdığını deyən psixoloq gəzinti, qaçış, yoqa və ya rəqs kimi məşğuliyyətlərin həm bədən, həm də zehin üçün faydalı olduğunu vurğulayıb: "Hər gün qısamüddətli gəzintilər də zehni rahatlaşdırmağa və depressiya simptomlarını azaltmağa kömək edir. Stresi azaldan meditasiya və dərin nəfəsalma texnikalarını öyrənmək də əhvali-ruhiyyəni yaxşılaşdırır və narahatlıq hissini azaldır. Sağlam və balanslı qida rasionu enerji səviyyəsini artırır, ümumi ruh halını yaxşılaşdırır. Meyvə, tərəvəz və zülal əsaslı qidalara üstünlük vermək məsləhətdir.

Gün işığı azaldıqda D vitamini səviyyəsi aşağı düşür. Bu, depressiyaya təsir göstərən əsas faktorlardan biridir. Həkim məsləhəti ilə D vitamini əlavələri qəbul etmək faydalı ola bilər. Hər gün eyni saatda yatmaq və oyanmaq bədən ritminin balansda qalmasına kömək edir. Gecə yuxusu dərin və keyfiyyətli olduqda, insanın ruh halı daha yaxşı olur".

Sosial əlaqələri gücləndirməyin vacibliyini vurğulayan Elnur Rüstəmovun sözlərinə görə, ailə üzvləri və dostlarla görüşmək, söhbət etmək dəstək hissini artırır və təkliyi aradan qaldırır. Sosial dəstək depressiyanın azalmasına kömək edən əsas faktorlardan biridir. Maraq dairələrinizə uyğun könüllü qrup fəaliyyətlərində iştirak etmək inasna özünü daha yaxşı hiss etməyə, həm də yeni dostlar qazanmağa şərait yaradır. Yeni fəaliyyətlər qazanmaq psixoloji vəziyyətə olduqca müsbət təsir göstərir. Gündəlik həyatda kiçik hədəflər qoymaq və bu hədəflərə nail olmaq fərdin özünü daha pozitiv hiss etməyə kömək edir. Hər gün qısa bir fəaliyyət planı hazırlamaq və bu plana sadiq qalmaq həm iradəni gücləndirir, həm də ruh halını yaxşılaşdırır. Unutmamaq lazımdır ki, psixi sağlamlıq fiziki sağlamlıq qədər önəmlidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!