06 Mart 2025 09:20
2915
Səhiyyə
A- A+
Təbii minerallarla zəngin, orqanizm üçün faydalı...

Təbii minerallarla zəngin, orqanizm üçün faydalı...


Novruz bayramının gəlişi ilə bütün mağaza və bazarların piştaxtalarında quru meyvə və çərəzlərə rast gəlirik. Öz xüsusi şirniyyatları və xonçaları ilə seçilən bayramı bu məhsullarsız təsəvvür etmək mümkün deyil. Lakin təəssüfdoğurucu məqam odur ki, onlar heç də həmişə gigiyena qaydalarına riayət edilərək təqdim edilmir, çox zaman üstüaçıq satılır.

Bəs alıcılar quru meyvə və çərəzləri alarkən nələrə diqqət etməlidirlər? Bu məhsulların təzə və keyfiyyətli olmasını necə müəyyən etmək olar? Ümumiyyətlə, onlar necə və hansı şəraitdə saxlanılmalıdır?

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, istehsal texnologiyasının tələblərinə düzgün riayət edilərsə, quru meyvə və çərəzlər sağlamlıq üçün olduqca faydalıdır: "Tərkibində insan orqanizmi üçün vacib olan vitamin, mineral və zülallarla zəngin bu məhsullar ürək, beyin, sinir sistemi və əzələlərin fəaliyyətinə müsbət təsir edir, qan təzyiqini normallaşdırır. Çərəzlər və quru meyvələr nəmişlikdən uzaq, quru yerdə saxlanılmalı, sənaye müəssisələri və iaşə obyektlərində yerdən ən az 15 santimetr hündür olmaqla mühafizə olunmalıdır. Ev şəraitində isə onlar şüşə qablara yığılmalıdır".

Quru meyvə və çərəzlərin üstüaçıq şəkildə satıldıqda fiziki və mikrobioloji çirklənməyə məruz qaldığını qeyd edən mütəxəssis bunun yolverilməz olduğunu bildirib: "Buna misal kimi toz, həşəratların məhsulla təması, alıcıların məhsula açıq əllə toxunması kimi çirklənmə səbəblərini sadalamaq olar. Bu amilləri nəzərə alıb onların istehlakdan öncə yuyulmasını tövsiyə edirik. Qabıqlı çərəzləri yumağa ehtiyac yoxdur. Amma quru meyvələr və qabıqsız çərəzlər birbaşa yeyildiyi, üzərində toz, mikrob və saxlanma müddətini artırmaq üçün istifadə olunan kimyəvi maddələr olduğu üçün öncədən iliq su ilə yuyulub, kağız dəsmal üzərində qurudulmalıdır".  

Quru meyvələri alarkən bir sıra məqamlara diqqət etməyin vacibliyini vurğulayan Ağa Salamov deyib ki, bu qida məhsulları nə çox bərk, nə də çox yumşaq olmalıdır: "Meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-25 faizədək azalır. Buna görə də o, elastik, eyni zamanda rahatyeyilən olmalıdır. Məhsulun tərkibində su az olduqda mikroorqanizmlər zəif inkişaf edir və ya inkişafdan qalır ki, bu da quru meyvələrin uzun müddət saxlanılmasına şərait yaradır. Quru meyvə alarkən rənglərinə də diqqət yetirmək lazımdır. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır. Parlaq və cəlbedici rəng isə onun süni yolla qurudulduğuna və sağlamlıq üçün zərərli olduğuna işarədir. Üstəlik, düzgün texnologiya ilə hazırlanmış quru meyvələrin təbii və spesifik qoxusu olmalıdır. Dadında acılıq və xoşagəlməz qoxusu olan məhsullardan uzaq durmaq lazımdır".

Mütəxəssis onu da bildirib ki, təbii mineral və vitaminlərlə zəngin olan quru meyvə və çərəzlərdən gün ərzində yalnız bir ovuca sığacaq qədər yemək lazımdır: "Məsələn, yağ, zülal, karbohidrat, maqnezium, manqan, sink, fosfor, C, E və B qrup vitaminləri ilə zəngin olan qoz orqanizmin ehtiyacı olan bitki tərkibli Omega - 3 ilə təmin edən yeganə çərəzdir. O, sinir sisteminə müsbət təsir göstərir, xolesterolun və qan şəkərinin stabilləşməsinə kömək edir. Tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır. Fındığın tərkibində olan yağların 96 faizi orqanizm üçün faydalı olan doymamış turşular - olein və linolindən, həmçinin zülal, karbohidrat, doymamış yağlar, E və B qrupu vitaminləri, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. O, immun sistemini gücləndirir, diabet riskini azaldır, orqanizmi xərçəngdən, hüceyrələri yaşlanmaqdan qoruyur, beyin fəaliyyətini və zehni qabiliyyəti yaxşılaşdırır, əzələləri gücləndirir, toxluq hissini artırır. Badam da lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. O, qan təzyiqini tənzimləyir, beynin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Yalnız Novruz süfrələrində görməyə öyrəşdiyimiz iydə və innab da orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Bu məhsullar kalori dəyəri aşağı olduğu üçün xüsusən pəhriz saxlayanlar üçün əlverişli seçimdir".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

Donald Tramp Rusiya Prezidentinə zəng edib YENİLƏNİB

09:14
10 Mart

Tramp: İranla müharibə demək olar ki, başa çatıb

23:39
09 Mart

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!