05 Mart 2025 17:11
1477
Səhiyyə
A- A+
Meyit donordan alınan orqan köçürülməsi əməliyyatının Azərbaycanda ilk icraçısı

Meyit donordan alınan orqan köçürülməsi əməliyyatının Azərbaycanda ilk icraçısı


Cərrah-transplantoloq Kamran Beydullayev böyrək və qaraciyər transplantasiyası əməliyyatlarında donorun əməliyyatını laparoskopik (qapalı) və açıq üsulla yerinə yetirir

“Həkimlərimizi tanıyın!” rubrikasında transplantasiya sahəsində bir çox yeniliklərə imza atan ümumi cərrah və transplantoloq Kamran Beydullayevi təqdim edirik.

Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını icra edir, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatları, yırtıqlar, endokrin vəzi xəstəlikləri əməliyyatlarını, böyrəküstü vəzi əməliyyatlarını həm açıq, həm də laparoskopik yolla həyata keçirir. Laparoskopik üsulla aparılan əməliyyatlara böyrək transplantasiyası zamanı icra edilən donor əməliyyatı da daxildir.

O, canlıdan-canlıya böyrək və qaraciyər transplantasiyası əməliyyatlarında donorun əməliyyatını laparoskopik (qapalı) və açıq üsulla icra edir. Bu ilin fevral ayında meyit donordan alınan orqan köçürülməsi əməliyyatını Azərbaycanda ilk dəfə yerinə yetirib. İndi Mərkəzi Gömrük Hospitalında İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində böyrək və qaraciyər transplantasiyası əməliyyatları canlıdan canlıya və beyin ölümü keçirmiş meyitdən canlıya uğurla həyata keçirilir.

1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirəndən sonra Kamran Beydullayev cərrahiyyə üzrə internatura təhsili alıb və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə imtahanlarını uğurla verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu alıb. O, 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçib. Həkim barədə daha ətraflı məlumatı https://customshospital.az/kamran-beydullayev/ linkinə daxil olaraq əldə etmək olar.

Kamran Beydullayev 2007-2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan transplantasiyası şöbəsində həkim-cərrah kimi çalışıb, 2018-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi fəaliyyət göstərir. O, müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 20-ə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında Hepatit B və Hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına meyit donordan götürülmüş qaraciyərin köçürülməsi əməliyyatı uğurla icra olunub.

Onun ABŞ-ın nüfuzlu “Elsevier” nəşriyyatının “Transplantation Proceedings” jurnalında həmmüəlliflərdən biri olduğu iki məqaləsi dərc edilib. MDB məkanında uşaqlarda qaraciyər transplantasiyası əməliyyatlarında donor əməliyyatını ilk dəfə laparoskopik yolla icra edib.

Cərrah-transplantoloq Kamran Beydullayevin qəbuluna yazılmaq üçün (012) 404-08-08 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!