11 Mart 2025 17:59
1073
Səhiyyə
A- A+
Parkinson xəstəliyinin kök hüceyrə ilə müalicəsinə başlanılıb

Parkinson xəstəliyinin kök hüceyrə ilə müalicəsinə başlanılıb


ABŞ alimləri xəstələrin öz proqramlaşdırılmış kök hüceyrələrindən istifadə edərək zədələnmiş dopamin neyronlarını əvəz etməyə yönəlmiş klinik tədqiqat mərhələsinə start veriblər. Artıq bir neçə insan eksperimental müalicə alıb.

İlkin mərhələyə daxil edilən tədqiqatda Parkinson xəstəliyindən əziyyət çəkən altı nəfər iştirak edir. Onların müalicəsində öz kök hüceyrələrindən istifadə olunacaq. Məqsəd, motor funksiyası, öyrənmə və davranışın tənzimlənməsində iştirak edən dopamin neyronlarını bərpa etməkdir.

Parkinson xəstəliyi zamanı bu neyronların ölümü müşahidə edilir. Buna görə də onların bərpası xəstəliyin simptomlarını yüngülləşdirə və hətta zədələnmiş sinir toxumasını bərpa edə bilər. Məlumata görə, kök hüceyrələr xəstənin öz qanından əldə edilir. Bu hüceyrələr əvvəlcə plüripotent (istənilən hüceyrə növünə çevrilə bilən) hala gətirilir, daha sonra orta beyin hissəsindəki dopamin neyronlarına proqramlaşdırılır.

 Hazırda artıq eksperimental müalicə alan ilk 3 pasiyentin səhhəti 1 il müddətində müşahidə ediləcək.

 Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!