14 Mart 2026 08:40
130
Oxucu məktubları
A- A+
AAYDA-ya müraciət olunub

AAYDA-ya müraciət olunub


"Azərbaycan" qəzetinin 27.12.2025-ci il tarixli sayında dərc edilmiş "Küçələrimiz illərdir bərbad vəziyyətdədir" sərlövhəli oxucu məktubunda qaldırılmış problemin həlli ilə bağlı tərəfinizdən Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış 08.01.2026-cı il tarixli müraciətiniz baxılması üçün RİH-nin 13.01.2026-cı il tarixli məktubu ilə M.Ə.Rəsulzadə bələdiyyəsinə daxil olmuşdur.

Bildiririk ki, sözügedən ünvana - M.Ə.Rəsulzadə qəsəbəsi, M.S.Ordubadi küçəsinin kəsişməsindən "Stroydetal" küçəsinin oxucu məktubunda qeyd olunan hissəsinə baxış keçirilmiş və həmin sahəyə asfalt örtüyünün döşənməsinə köməklik göstərilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10.02.2026-cı il tarixli məktubla müraciət olunmuşdur.


Hümbət HÜSEYNOV,

Binəqədi rayonu, 

M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!